Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“ŞaurmaN1” qalmaqalının gerçəkləri: ölkə rəhbərliyindən ədalət istənilir

Oktyabr 14, 2024
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir.

“ŞaurmaN1” necə dirçəldi, yaxud Natiq Sadıqovun Aqil Babayevə borclanması

“ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür. Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır.

Natiq Sadıqovun xəyanəti: pul hərisliyindən sənəd saxtakarlığınadək

Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Aqil Babayevlə aralarında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş sertifikat, əmtəə nişanı saxta yolla Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına keçirilir. Belə ki, sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzası saxtalaşdırılır. Daha sonra İmaməliyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilib.

Aqil Babayevin evinə quldur basqını

Bütün bu proseslərin fonunda Natiq Sadıqovla Aqil Babayev arasında son telefon mesajlaşmasında N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir. İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Əvvəlcə bağ evindəki pullarını və qiymətli əşyalarını götürərək soyğunçuluqla əldə etdiklərinin əslində elə onlara aid olduğunu bildiriblər. Bu əməlləri başının dəstəsi ilə icra edən Anar adlı şəxs isə Aqilin telefonundan həyat yoldaşına mesaj yazaraq Xətai rayonunda onun yaşadığı evə daxil olub, mənzilin 5-ci mərtəbəsindən bütün zinyət əşyalarını, 9 milyon pulu götürərək BMV GT markalı avtomobillə aparıblar. Baş vermiş soyğunçuluq faktı üzrə heç bir istintaq hərəkəti aparılmayıb, hüquq-mühafizə orqanları hadisə yerinə baxış belə keçirilməyib. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edən Aqil Babayev özü şərlənərək həbs olunub.

Aqil Babayevə qarşı məhkəmə ədalətsizliyi: “zərərçəkmişlərin” gerçək siması

Bakı Ağır Cinayətlər Məhkəməsində “Şaurma N 1″ restoranının şəriki Aqil Babayevə hökm oxunmasından bir il keçir. Ötən il oktyabrın 18-də hökmə əsasən, A.Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Zərərçəkmiş” qismində tanınan şəxlərin gülünc və məntiqsiz məhkəmə çıxışları da gündəmi zəbt etməyə davam etdiyindən, bu işin pərdəarxası məqamları ortaya çıxmağa başlayıb. Belə ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 00:00-də santexnik kimi smestitel dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin guya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad” restoran sahibi Babaşova 200 min dollar borclu olduğu təqdirdə isə guya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini” bildirib.

Natiq Sadıqov və dəstəsinin məhkəmə uydurmaları

Digər “zərərçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərərçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildiriblər. Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən” Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil Babayevin yanında Cəbrayıl mələyi görməsini”, “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara qüvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini” və s. göstərən dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyiblər.

Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərərçəkən” şəxslər hansısa qüvvələrin himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldurlar. Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olublar.

Hakim ədalətsizliyi

Bunu da qeyd etmək lazımdır ki, ittiham tərəfindən çıxış edən şahidlərindən biri Layiq Şıxəliyev Aqil Babayevdən şikayət edən öz qohumunun Emin Həsənovun yalanını dolayısı yolla üzə çıxarsa da və Aqil Babayevin dediklərini təsdiq etsə də, digər ittiham tərəfdən cıxış edən şahid və zərərçəkənlərin məhkəməyə məcburi gətirilmə qərarı ilə belə işə cəlb edilməsi mümkün olmayıb.

Lakin müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim yalnız T.Dadaşovanın müdafiə tərəfinin təqdim etdiyi şahid qismində dindirməsini təmin edib. Belə ki, hakim Eldar İsmayılovun T.Dadaşovanın dindirilməsi zamanı həqiqətləri deyərək hər ay yığılan zəkatın paylanılmasını etiraf etməsi və beləliklə də Aqil Babayevin işi üzrə ittiham edildiyi CM-in 178.4 maddəsinin dispozisiyasının əlamətlərinin olmaması göz önündədirsə, “Aqil Babayevin hələ də həbsdə saxlanılmasında maraqlı şəxslərin hansı qanuna tabe olması” sualı yaranır.

Ölkə rəhbərliyinə müraciət

Aqil Babayevin həbs edilməsinin təşkil edilməsi üçün müvafiq dövlət orqanlarına yalan məlumatlarla çıxış edən şəxslərin əməllərinin araşdırılmasının təmin edilməsi və Aqil Babayevin pozulmuş hüquq və azadlıqlarının bərpası üçün onun yaxınları, ailə üzvləri və media rəhbərləri ölkə rəhbərliyinə müraciət edib.

Mövzunu davam etdirəcəyik…

     

Əvvəlki Yazı

DYP-nin postunda gərginlik: maşını yandırmaq istədi…

Növbəti Yazı

İşçilərin Ezamiyyə Qaydaları dəyişdi

EKSKLUZİV

Almaniyada Şok Kəşf: 16 Yaşlı Gənc Göldə Qızıl Külçə Tapdı!

21 Aprel 2026 / 20:19
0

Kenan Yıldız Premyer Liqaya keçid ərəfəsində: Nəhəng klublar yarışa qoşulur

21 Aprel 2026 / 20:19
0

Polşada duz mədəni xəstəxanası: Nəfəs yolları xəstəlikləri üçün yeraltı müalicə mərkəzi

21 Aprel 2026 / 20:19
0

Taker Karlson Trampı dəstəklədiyi üçün amerikalılardan üzr istədi

21 Aprel 2026 / 20:17
0

XƏBƏR LENTİ

Almaniyada Şok Kəşf: 16 Yaşlı Gənc Göldə Qızıl Külçə Tapdı!

Kenan Yıldız Premyer Liqaya keçid ərəfəsində: Nəhəng klublar yarışa qoşulur

Polşada duz mədəni xəstəxanası: Nəfəs yolları xəstəlikləri üçün yeraltı müalicə mərkəzi

Taker Karlson Trampı dəstəklədiyi üçün amerikalılardan üzr istədi

Putin müharibə səylərini gücləndirir: “Hər kəs cəbhə üçün çalışmalıdır”

Azərbaycan Məktəblərində “Son Zəng” Günü Elan Olundu: Tarix Bəlli Oldu

Azərbaycan Güləşçiləri Avropa Çempionatının Finalında: Qızıl Uğur Gözlənilir!

Azərbaycanda minimum əməkhaqqının artırılması: Nazir yeni addımları açıqladı

Milli Arxivdə Ciddi Nöqsanlar: Hesablama Palatası Həyəcan Təbili Çalır

Sülxan Tamazaşvili Gürcüstanın Daxili İşlər Naziri Təyin Edildi: Kobaxidze Elan Etdi

“WhatsApp Plus”un ödənişli abunə qiyməti BƏLLİ OLDU

Əbülfəs Qarayevin Rusiyadakı balıq biznesində ciddi gəlir azalması: Milyon dollarlıq eniş

Azərbaycanın regional diplomatiyası: Tehran-Təl-Əviv oxunda sabitlik axtarışı

Avtomobil sığortasında MÜHÜM DƏYİŞİKLİK: AMB-dən rəsmi açıqlama

Minatəmizləmə əməliyyatlarında iştirak edənlərə müharibə veteranı adı veriləcək: Deputatdan mühüm təklif

Şəki İcra Hakimiyyəti 41 Min Manatlıq “Tədbir Paketi” Üçün Müqavilə İmzaladı

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman

Futbol meydanında görünməmiş qalmaqal: Hakimə oyun zamanı federasiyadan zəng!

Azərbaycanın Qadın Millisinin FİFA Reytinqindəki Yeni Mövqeyi BƏLLİ OLDU

U-14 Liqasında Həlledici Mərhələ: Pley-off Cütlükləri Bəlli Oldu

ABŞ İranla Əlaqəli ‘Tifani’ Tankerini Saxladı: Sanksiya Siyasətində Yeni Addım

Fitch Ratings Azərbaycanda İqtisadi Artım Proqnozunu Açıqladı: 2%-dən Yüksək!

Azərbaycan Kubokunda İlk Finalçı Bəlli Oldu: Tarixi Qələbənin Detalları

Ukrayna ‘Drujba’ Neft Kəmərinin Təmirini Tamamladı: Avropaya Neft Tədarükü Bərpa Olunur

Ələt Azad İqtisadi Zonasının Gələcəyi Müzakirə Olundu: Strateji İclasın Detalları

Aİ-nin Ermənistandakı Yeni Missiyası: Məqsədlər və Bölgəyə Təsirlər

Bakı məktəbindəki təhdidlə bağlı – Açıqlama

Tramp İrana Səsləndi: “Bu Qadınları Asmayın!”

Nyu-Yorkda Dəhşətli Mənzərə: 400 Milyon Dollarlıq Göydələn Əyilməyə Başladı!

“Zirə” – “Turan Tovuz”: Start heyətləri BƏLLİ OLDU!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.