Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Leyla Əliyeva İSESKO-nun qərargahında

Oktyabr 15, 2024
A A

REDAKTORUN SEÇİMİ

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

31 Oktyabr 25 / 11:35

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də İSESKO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- İSESKO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Cumhuriyyet.az xəbər verir ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və İSESKO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində İSESKO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

Daha sonra Heydər Əliyev Fondu ilə İSESKO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra İSESKO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə İSESKO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr İSESKO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və İSESKO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

Əvvəlki Yazı

Azad edilmiş ərazilərdə daha 205 mina, 625 PHS aşkarlanıb

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 2025 / 12:14
7
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 2025 / 12:01
1
Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

02 Noyabr 2025 / 11:59
0
Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

02 Noyabr 2025 / 11:56
0

XƏBƏR LENTİ

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Dünya qopur: NATO Rusiya ilə müharibəni qaçılmaz sayır – hərbi rəhbərlik savaşa hazırlaşır

Ziya Məmmədov həbsdən necə qurtulub? — SENSASİON SİRLƏR ÜZƏ ÇIXDI

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Trampın oğlu Ermənistana niyə gəlir? (ŞƏRH)

Mənzil bazarında bahalaşma davam edir – Səbəb nədir?

Əsgərlik müddəti azaldıla bilər – Ermənistandan sonra…

Rusiya Qafqazda yeni “cəbhə” açır – sensasion hədə

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Paşinyana qarşı hərbi çevriliş planı – 102-ci bazaya yaxın…

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Cinayət işi ən ağır bəndlərlə aparılır

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Sürücülük vəsiqəsin evdə unudub, maşın sürmək olarmı?

Parlamentdə YENİ QAYDA – 1 MiLYONLUQ CƏRİMƏ

Vəkillər üçün YENİ XƏBƏR

DTX-nin həbs etdiyi icra başçısı Ramiz Mehdiyevlə qonşu imiş – FOTOLAR

Güney hərəkatının fəalları aclıq aksiyasına başlayıb

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını niyə icra etmir?

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Tramp–Putin sammiti ləğv edildi – Moskva Vaşinqtona sərt şərtlər göndərib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.