Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

DSMF-nin gəlir və xərcləri 10%-dən çox artırılır

Noyabr 18, 2024
A A

REDAKTORUN SEÇİMİ

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 25 / 11:11
5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

15 Sentyabr 25 / 12:50
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12
Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

13 Sentyabr 25 / 11:12
Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…

201 saylı məktəbin direktoru ilə bağlı şok faktlar: SƏS YAZISI

12 Sentyabr 25 / 15:15

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.

Cumhuriyyet.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45% çoxdur.

DSMF-nin gəlirlərinin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3% çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74% az) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5% çox – 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1% artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17% artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.

Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57,5% artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8,3% artaraq 2,6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10,45% çox – 7 milyard 676,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturundə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10,5% çox – 7 milyard 408,9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10,5% artaraq 7 milyard 210,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9,25% çox – 198,4 milyon manat təşkil etməlidir.

Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2% artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10,8% artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10,6% artaraq 149,4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0,1 milyon manat, sair xərclər isə 17,65% artaraq 6 milyon manat olacağı gözlənilir.

Əvvəlki Yazı

2025-də manatın taleyi necə olacaq? – Mərkəzi Bank

Növbəti Yazı

Bu şəxslər üçün 280,1 milyon ayrılır

EKSKLUZİV

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 2025 / 11:11
6
“Azərbaycan Dünyası” konsepsiyası

“Azərbaycan Dünyası” konsepsiyası

15 Sentyabr 2025 / 21:09
1
“Formula-1″ə görə Bakıya nə qədər turist gələcək? (VİDEO)

“Formula-1″ə görə Bakıya nə qədər turist gələcək? (VİDEO)

15 Sentyabr 2025 / 14:31
0
Azərbaycanlı Rusiyada deputatı seçildi

Azərbaycanlı Rusiyada deputatı seçildi

15 Sentyabr 2025 / 14:29
1

XƏBƏR LENTİ

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

“Azərbaycan Dünyası” konsepsiyası

“Formula-1″ə görə Bakıya nə qədər turist gələcək? (VİDEO)

Azərbaycanlı Rusiyada deputatı seçildi

7 körpənin öldüyü yanğında təqsirləndirilən sabiq direktor məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib

Azərbaycanda ən yüksək maaşı kimlər alır? – Bu sahədə çalışanlar 3-4 min manat qazanır

Əvvəl müqavilə, ödəniş, sonra… – TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu

Karen Livanda “ASALA” terror düşərgəsində gizli hərbi təlim keçib, hərbidə kod adı “Kakadu” olub – TƏFƏRRÜAT

Emin Ağalarov açıqladı – “Sea Breeze”də sərhədləri aşan musiqi təcrübəsi

Paşinyan: Qarabağa iddialardan vaz keçdikcə Ermənistanın silah bazarı genişlənir

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı

Qazax şəhərinin Əliağa Şıxlınski küçəsinə yeni asvalt örtüyü vurulur

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

Pezeşkiandan Azərbaycanla bağlı jest – Xamenei də dəstəklədi

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim…

“Vüsal 300” kimi tanınan iş adamına cinayət işi açılıb – Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və…

Müstəsna əməliyyat: Ukrayna elit bölməsi “Şimal Axını” qaz kəmərlərini necə partladıb?..

Süni intellekt nazir oldu: Bu təcrübə sürətlə yayıla bilər?

GDU-dan tədris dövründə təmirə hazırlaşır: Universitet bütün yayı niyə “yatıb?”

Dövlətin strateji obyekti Azercell-ə verilir – ÖZƏL

Avropa Məhkəməsi Azərbaycana casusluq edən ermənilərə görə Ermənistanı cərimələyib

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Kozakının Putinə Azərbaycanla bağlı məxfi hesabatı – 100 MİLYON DOLLAR!

“Dostlarını zavodlardan gətirib təhsil sisteminə yerləşdirib” – Ekspertlərdən nazirə SƏRT CAVABLAR

Sülh yolu – Zəngəzur dəhlizi: Hansı işlər görülür?

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

HƏR ADDIMIMIZI İZLƏYİRLƏR… – Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.