Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Baş nazirdən qərar: Vəhşi heyvanların yetişdirilməsi…

Dekabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri müəyyən edilib.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla “Ovçuluq haqqında” qanuna uyğun olaraq ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri aşağıdakı kimi müəyyənləşib:

– heyvanlara təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;

– heyvanları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;

– heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək, onları baytarlıq və zootexniki xidmətlə təmin etmək;

– heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra –

Nazirlik) məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;

– nəsilartırma və çoxalma dövrlərində heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaq;

– heyvanların il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;

– heyvanların təbiətdə olan cinsiyyət nisbətini və artım sürətini nəzərə almaq;

– heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;

– heyvanlarla heyvanlar aləmindən istifadənin humanist prinsiplərinə uyğun rəftar etmək;

– yem məhsulları saxlanılan yerlərdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl etmək;

– heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;

– heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən Nazirliyin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

– heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;

– ovçuluq təsərrüfatlarına bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;

– heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;

– dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılmasına, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji məhsulların istehsalına yol verməmək;

– heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına əməl etmək;

– heyvanların yaşayış mühitini, miqrasiya yollarını, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini qorumaq;

– Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının yaradılmasına imkan verməmək;

– heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Əvvəlki Yazı

Milli Məclisin iclası başladı

Növbəti Yazı

Cənubi Koreyada bütün uçuşlar ləğv edildi

EKSKLUZİV

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

20 Dekabr 2025 / 9:57
2
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
31
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3

XƏBƏR LENTİ

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.