Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirdi

Yanvar 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.

Şahid Xuraman Abbasova bildirib ki, “MedEra” hospitalda xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub:

“Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım bir az içəridə dayanmışdı”.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

Şahidin ifadəsi A.Ağayevi də hiddətləndirib. Belə ki, xalq artisti ona bir neçə sual ünvanlayıb:

“Siz deyirsiniz ki, balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsınız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsınız”.

Prosesdə şahid qismində ifadə verən “MedEra” hospitalın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub:

“İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panikada idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənarda dururduq. Ona görə də hadisə tam yadımda qalmayıb”.

Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqələndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.

Bununla da xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.

Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “MedEra” hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Əvvəlki Yazı

Ukraynaya bu silahları elə Tramp vermişdi – Stoltenberq

Növbəti Yazı

Maral Akşənər vitse-prezident olur – KİV

EKSKLUZİV

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

06 İyul 2025 / 23:49
0
Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

06 İyul 2025 / 13:22
3
Suriya İsraillə razılığa gəlmək istəyir

Suriya İsraillə razılığa gəlmək istəyir

04 İyul 2025 / 17:00
0
Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

04 İyul 2025 / 16:55
0

XƏBƏR LENTİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Suriya İsraillə razılığa gəlmək istəyir

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Ərsin Tatardan Xankəndidə ÇAĞIRIŞ: Buna son qoyulmalıdır!

Ərdoğan və Pezeşkian Xankəndidə görüşüb

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır…

Şuşa İƏT-in turizm paytaxtı seçildi

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Putin bunu istəmir və bu, pisdir – Tramp

Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib

Bakıda qadın aliment ödəməyən keçmiş ərini döydü

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Xankəndidə İƏT-in 17-ci Zirvə görüşü başlayıb, Prezident çıxış edir – CANLI –

Sabahın hava proqnozu açıqlanıb

Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Sarkisyana qarşı yeni ittiham irəli sürülüb

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü keçirildi

Prezidentlər mühüm iclasda iştirak edir

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz…

Lukaşenko 16 nəfəri əfv etdi

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.