Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Bələdiyyələrlə əlaqədar 21 cinayət işi başlanıb

Fevral 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07

Keçən il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.

Aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanıb. O cümlədən:

– Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin sədri Q.Qəfərovun qanunsuz hərəkətləri faktı üzrə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb;

– Ağsu rayonu İlxıçı bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyənin vergi müfəttişinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin icarə haqlarını nağd qaydada yığaraq yerli büdcəyə ödəməməsi faktı üzrə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb;

– Göygöl rayonu Toğanalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyənin adından iclas protokolları tərtib edilərək yerli (bələdiyyə) büdcə vəsaitlərinin xərclənməsinə və torpaq sahələrinin ayrılmasına dair təkbaşına qərarlar verilməsi faktı üzrə Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 5 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Saatlı rayonu Mircəlal bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Astara rayonu Şahağacı bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 6 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid tor- paq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.1- ci, 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin Saatlı rayonu Nabatkənd, Göygöl rayonu Çaykənd, Cəlilabad rayonu Cəlilabad, Şəmkir rayonu Qılıncbəyli, Ağcabədi rayonu Ağcabədi, İsmayıllı rayonu Qalagah və s. bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyəti barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Əvvəlki Yazı

Bu həftə Əfv Komissiyasının iclası keçiriləcək

Növbəti Yazı

Aİ-nin anbarlarında qazın həcmi 50%-dən aşağı enib

EKSKLUZİV

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

15 Fevral 2026 / 10:41
2
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

15 Fevral 2026 / 7:56
3
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 2026 / 17:05
20
FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

13 Fevral 2026 / 16:05
2

XƏBƏR LENTİ

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı

Azərbaycanın ilk ordu generalı yad edildi – FOTOLAR

“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Qürur və ağrı ortaqlarımız

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Gənc idmançı Respublika çempionu oldu

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.