Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Fevral 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft ixracından gəlir əldə etməyə davam edir və bu gəliri özünün aqressiv hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir. Bu barədə məlumat verən UNIAN bildirir ki, Avropa Birliyinin sanksiya siyahısına daxil edilməsi planlaşdırılan təşkilatlardan biri də “Coral Energy” Rusiya neft sektoru ilə sıx əlaqəli şirkətlər şəbəkəsinə daxildir. “Coral Energy” şirkəti Tahir Qarayev tərəfindən 2010-cu ildə təsis edilib. 2023-cü ilin may ayına qədər Qarayev şirkətin səhmlərinin 100%-nə mürəkkəb korporativ struktur vasitəsilə sahib olub. Onun holdinq şirkəti Novus Middle East DMCC (BƏƏ), Vetus Investments Limited (BƏƏ) vasitəsilə “Coral Energy” şirkətinə nəzarət edirdi. Lakin Qərbin sanksiyalarından yayınmağa kömək edən şirkətlərə artan təzyiq altında Qarayev Novus Middle East DMCC səhmlərinin 60%-ni “Coral Energy” rəhbərliyi tərəfindən idarə olunan “Pura Vida Holding Limited” (BƏƏ) şirkətinə ötürüb. Maraqlıdır ki, bu təşkilatın əsas menecerlərindən biri Qarayevin qohumu Anar Mədətlidir. Lakin 2024-cü ilin iyul ayında səhmlərin rəsmi şəkildə ötürülməsinə baxmayaraq, Qarayev “Coral Energy” şirkətini etibarnamələr vasitəsilə idarə etməyə davam edir.

Ukrayna Gələcək İnstitutunun həmtəsisçisi və iqtisadi proqramlar direktoru Anatoli Amelin qeyd edir ki, Qarayev Kremlin əsas “meneceri”, qanunsuz Rusiya prezidenti Vladimir Putinin “kölgə donanması” və “kölgə neft dollarları” üçün işləyir. Onun sözlərinə görə, “Coral Energy” şirkətinin təsisçisi və direktoru ofşor şirkətlər şəbəkəsi vasitəsilə çoxsaylı törəmə müəssisələrə sahibdir və Rusiya hakimiyyəti ilə, xüsusən də “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə sıx əlaqələr saxlayır.
Şəxslər və onların aktivləri arasındakı əlaqələr göz qabağındadır: Tahir Qarayev və Anar Mədətli əsl sahiblərini gizlətmək üçün müxtəlif şəxslər tərəfindən rəsmi olaraq nəzarət edilən “Coral Energy” və “Polar Energy” şirkətlərini idarə edirlər; Ədalət Kərimov və Əhməd Kərimov “Coral Energy” şirkətinin əməliyyatlarını əlaqələndirməklə məşğuldurlar. Rusiyanın enerji aktivləri üzərində dövlət nəzarəti ilə əlaqəli əsas fiqurlardan biri olan İqor Seçin beynəlxalq sanksiyalardan yayınmaq üçün “Coral Energy” şirkətindən istifadə edir. Bu, həm sanksiyalara, həm də cinayət məsuliyyətinə cəlb edilməli olan əsas şəxslərin kifayət qədər əhatəli siyahısıdır. Amma dünya və Ukrayna onları çətinliklə görür.
Araşdırma müəllifi sanksiyalara baxmayaraq, Rusiyaya neft ticarətində kömək edən bir sıra şirkətləri aşkar edib. Bunlara Voliton DMCC, Pontus Trading DMCC, Nord Axis Ltd, Polar Energy SA və Alpen Energy MMC daxildir. Amelin qeyd edib ki, Qarayev Ukrayna Prezidenti Zelenski və ABŞ tərəfindən sanksiyalara məruz qalıb, lakin o, nəzarət etdiyi şəxslər və şirkətlər vasitəsilə biznes imperiyasını idarə etməyə davam edir. O, həmçinin Türkiyə prokurorluğu tərəfindən axtarışdadır. Buna görə də o, şirkətlərini yenidən qeydiyyata almağa və yenidən satmağa başlayıb. Bütün bu şirkətlər, mürəkkəb və qeyri-şəffaf bir şəbəkənin bir hissəsi olaraq, Rusiya neftini tədarük etməyə davam edir.

İnternet üzərindən araşdırmamızdan bəlli oldu ki, bu şirkətin adı hələ 2023-cü ildə sanksiya altında olan neftin daşınmasından hallanıb. Elə o vaxt, konkret olaraq 2023-cü ilin oktyabrında bu yazıda da adı xatırlanan “Coral Energy” nin maliyyə direktoru kimi təqdim edilən Əhməd Kərimov haqqın.az saytına geniş müsahibə verib.

Aİ hazırda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün alətlər hazırlayır. Bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta cümə axşamı, sentyabrın 12-də keçirdiyi brifinqdə məlumat verib. Jurnalistin konkret şirkətlərə və gəmilərə qarşı sanksiyaların nəzərdə tutulub-tutulmadığını, Rusiyanın qeyri-qanuni neft ticarətindən ayda 18-19 milyard avro qazandığını, 600-ə yaxın “kölgə donanması” tankerinin cəlb etməklə 60 dollarlıq “qiymət tavanı”na məhəl qoymadığını soruşduqda, o, AB-nin indi yeni sanksiya alətləri üzərində işlədiyini qeyd edib.

“Sanksiyalar davam edən prosesdir, çünki Rusiya daim sanksiyalardan yan keçməyə çalışıb və buna görə də bu cür yayınma manevrlərini aradan qaldırmaq üçün zamanla bizim sanksiyalar paketimiz dəyişib. Mən bilirəm ki, bu proses müxtəlif mərhələlərdə davam edir”, deyə o əlavə edib. “Bloomberg”in məlumatına görə, az tanınan, o cümlədən bir ildən az əvvəl yaradılmış şirkətlər Rusiyadan gündə təxminən 1,5 milyon barel neft ixracında iştirak edir.

Onlardan ən əsası arxasında Azərbaycan vətəndaşı Tahir Qarayevin durduğu “Coral Energy” şirkətidir. Avqustun sonunda məlum olub ki, şirkət rəhbərliyi tərəfindən səhmlərin geri alınması başa çatdıqdan sonra “Coral Energy Group” adının “2Rivers Group”a dəyişdiyini elan edib. 2022-2023-cü illərdə “CoraI Energy” Qərb mediası nəşrlərində Rusiya neft və neft məhsullarının satışı üzrə ən güclü operatorlardan biri kimi görünüb.

Sirli “Coral Energy korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur

“Energy Intelligence”nin 2022-ci ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni “Rosnef”lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, “Coral Energy” hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, “Coral Energy” 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən “Vetus Investments” şirkətinə məxsusdur.

Yada salaq ki, Vaşinqton və London öz məlumatlarına əsasən, İrandan Rusiya Federasiyasına hərbi nəqliyyatda iştirak edən şəxslər və şirkətlərə məhdudiyyətlər qoyub. Böyük Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, bu şirkətlər “Rusiya Federasiyasının iqtisadiyyatının dəniz sektorunda fəaliyyət göstərib və ya fəaliyyət göstərirlər”. ABŞ səlahiyyətlilərinə görə, “Vafa Wholesale Ltd” İranın PUA ilə əlaqəli avadanlıqlarını Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşıyan gəmilərə sahibdir.

Konkret olaraq, söhbət ABŞ-ın da sanksiyalarına məruz qalan “Vəfa” və “Vəfa-1” gəmilərindən gedir. “Sea River Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmilər arasında “Omski-103”, “Omski-119” və “Zakamsk” gəmilərinə məhdudiyyətlər qoyulub. ABŞ səlahiyyətlilərinə görə, “Omski-103” gəmisi digər şeylərlə yanaşı, 2024-cü ilin fevralında Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya sursat daşıyıb. Tətbiq olunan sanksiyalara görə yuxarıda adı çəkilən şirkətlərin ABŞ-dakı və ya ABŞ vətəndaşlarının əlində olan bütün əmlakları dondurulub. Dövlət Departamenti qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumatlandırılmalıdır.

Sentyabrın 10-da Böyük Britaniya Rusiyanın “Skif-V”, “Omski-103”, “Musa Cəlil”, “Baltiyski” və “Begey” gəmilərinə qarşı sanksiyalar elan edib. Böyük Britaniya hökumətinin saytında qeyd edildiyi kimi, bu gəmilər İrandan Rusiyaya hərbi yüklərin daşınmasında iştirak edir.

Əvvəlki Yazı

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

Növbəti Yazı

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

EKSKLUZİV

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

31 Avqust 2026 / 18:21
2

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

28 Avqust 2026 / 18:06
3
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 2026 / 17:50
8
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 2026 / 17:44
3

XƏBƏR LENTİ

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.