Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

Oktyabr 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05

“Vahid geyim forması ilə bağlı etirazların zorakı formada əksi yolverilməzdir

Səmyar Abdullayev: “Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə bilməz”

Məlum olduğu kimi, “Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarlarının icrası Türkiyənin sosial media platformalarında bir qrup şəxs tərəfindən sərt tənqid olunmaqdadır. Azərbaycan Respublikasının daxili işi olan bu addıma anti-islami don geyindirməyə çalışan bu şəxslər ölkəmizi sionist siyasətinin təbliğatçısı kimi təqdim etməkdə, dövlətimiz haqqında ağlasığmaz yalanlar səsləndirməkdədir.

Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməyə çalışdıq:

–Səmyar bəy, Azərbaycanın təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarların icrası qardaş Türkiyədə bir qrup şəxs tərəfindən etirazla qarşılanıb. Sosial media platformalarında ölkəmizə qarşı təhqirlər yağdıran sözügedən şəxslərin absurd ittihamları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilərmi?

-Hər şeydən öncə qeyd edim ki, Türkiyənin sosial media platformalarında anti-Azərbaycan kampaniyasının aparılması təəssüf doğuran bir haldır və bu hal haqlı olaraq hər bir azərbaycanlını məyus edir. Təbii ki, həmin kampaniya çərçivəsində dövlətimizlə bağlı səslənən fikirlər, irəli sürülən ittihamlar absurddur və həqiqəti əks etdirmir. Azərbaycan öz milli-mənəvi dəyələrinə sahib çıxan dünyəvi bir dövlətdir və təhsil müəssisələrində vahid geyim formasının tətbiqi qərarı dövlətimizin daxili işidir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə müdaxiəl etməyib və bundan sonra da belə bir niyyəti yoxdur. Türkiyənin sosial media platformalarında ölkəmizlə bağlı məsələlərin təhqir və dezinformasiya fonunda müzakirəsi Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu da həm beynəlxalq qanunlar, həm də əxlaq və mənəviyyatla təzad təşkil edir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu münasibətlər sağlam, dərin və səmimidir. Hesab edirəm ki, heç bir təxribat, heç bir təbliğat bu müasibətlərə xələl gətirə bilməz. Lakin bununla belə Türkiyə tərəfinin anti-Azərbaycan kampaniyasına “dur” deməsi vacibdir. Çünki bu kampaniya Azərbaycanı maraq və mənafeyi ilə yanaşı, həm də Türkiyənin özünün maraq və mənafeyinə ziddir.

–Səmyar bəy, nə qədər arzuedilməz olsa da Türkiyə hakimiyyətində, parlamentində də Azərbayca əleyhinə bu kampaniyada iştirak edən şəxslərə rast gəlinir. Həmin şəxslər barəsində nə demək istərdiniz?

-Təəssüf hissi ilə etiraf etməliyik ki, həqiqətən də qeyd etdiyiniz hallara ara-sıra da olsa rast gəlmək mümkündür. Buna nümunə olaraq Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikriləri nümunə gətirmək olar.

Aydındır ki, Türkiyənin sosial media platformalarında aparılan anti-Azərbaycan kampaniyasına qardaş Türkiyənin az sayda da olsa rəsmi şəxslərinin qoşulması bizi məyus edir. Bu, xalqımızın məlum tendensiya ilə bağlı narahatlığını da artırır. Hesab edirəm ki, Türkiyə hökuməti bu cür halların qarşısını almaq üçün ciddi addımlar atmalı, ən azından bu kampaniyada rəsmi şəxslərin iştirakına sədd çəkməlidir. Çünki baş verənlər mahiyyət etibarı ilə Azərbaycan və Türkiyənin timsalında iki qardaş arasında nifaq salmaq, türk dünyasının birlik və həmrəyliyini pozmağa hesablanıb. Odur ki, bu cür hallara qarşı bütün türk dünyasının həssaslıqla yanaşması, ümüumtürk maraqlarından çıxş etməsi vacibdir.

–Vahid geyim formasının tətbiqi məsələsinə Azərbaycanda da fərqli aspektdən yanaşanlar, hətta məktəblərə hücum edənlər, zorakılıq sərgiləyənlər oldu…

-Haqlısınız. Nə qədər arzuedilməz olsa da, biz ötən gün ərzində bu cür hallara şahid olduq. Bu məsələ ilə bağlı öncə onu qeyd edək ki, məktəb hamımız üçün müqəddəs bir məkandır. Hər birimiz elmə, biliyə məhz məktəb vasitəsilə nail olmuşuq. Bu məktəbləri inşa edən, bizə həmin məktəblər vasitəsilə təhsil verən isə dövlətimiz olub. Bu baxımdan məktəbə hücum etmək, onu yandırmağa, dağıtmağa cəhd etmək hər şeydən öncə nankorluqdur. Bu, eyni zamanda zorakılıq kampaniyasında iştirak edən şəxslərin nə qədər dar, məhdud düşüncəyə malik olduğundan xəbər verir.

Ümumiyyətlə, hər bir vətəndaş anlamalıdır ki, istənilən bir məsələ ilə bağlı mövqeyini mədəni, sivil qaydada, qanunun müəyyən etdiyi üsul və vasitələrlə ortaya qoymalıdır. Məktəbə hücum etmək, onun qapısını, pəncərəsini qırmaq çıxış yolu deyil və bu ancaq həmin şəxslər üçün məsuliyyət yaradır.

–Səmyar bəy, bəzi millət vəkilləri, politoloqlar iddia edir ki, ölkəmizdə vahid geyim formasının tətbiqi ilə bağlı etirazları koordinasiya edən, prosesləri qızışdırmağa çalışan kənar güclər mövcuddur. Bu ehtimalı nə dərəcədə real hesab edirsiniz?

-Hələlik əlimizdə bununla bağlı konkret bir sübut olmasa da, belə bir ehtimalın reallıq əmsalı böyükdür. Bu gün Azərbaycanın ətrafında, eləcə də regionda və dünyada gedən proseslərə baxsanız görərsiniz ki, bütün dünya müharibə və münaqişələrdəm, terror və qarşıdurmalardan əziyyət çəkir. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində bütün bu konfiliktlərdən kənardadır. Azərbaycanda dinclik, sabitlik, əmin-amanlıq mövcuddur. Təbii ki, Azərbaycandakı bu sabitlk, inkişaf və tərəqqi anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda daxili gərdinlik və qarşıdurma yaratmağa çalışırlar.

Odur ki, hər bir Azərbaycan vətəndaşı sayıq olmalı, təxribat və zorakılığa yol verməməlidir. Azərbaycan qanun və konstitusiya ilə idarə olunan müasir, sivil, dünyəvi bir dövlətdir və öz dövlətçilik modelini bundan sonra da eyni əzmdə qorumaqda qərarlıdır.

–Necə hesab edirsiniz, sizcə indiki gərgin zamanda ziyalıların, QHT təmsilçilərinin, tanınmışların üzərinə hansı missiya düşür? Mövcud gərginliyi azaltmaq, yeni qarşıdurmaları qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Düşünürəm ki, bu gün hər bir ziyalı, elm və mədəniyyət xadimi, QHT təmsilçisi, cəmiyətdə az-çox nüfuz sahibi olan hər kəs məktəblərdə, təhsil müəssisələrində şagird və valideynlərl aktiv iş aparmalı, görüşlər keçirməli, vahid geyim formasının tətbiqinin vacibliyini onlara başa salmalıdır. Vətəndaşlar anlamalıdırlar ki, məlum yenilikdə məqsəd kiminsə dini inancına qəsd etmək, kiminsə hüququnu məhdulaşdırmaq deyil. Məqsəd tədris mühitini yaxşılaşdırmaq, şagirdlərin məsuliyətini artırmaq, nizam-intizamı gücləndirməkdir. Hansı ki, dünyanın bütün qabaqcıl, sivil ölkələrində vahid geyim forması mövcuddur və Azərbaycanda istisna təşkil etmir.

Azərbaycanda inanclı kəsimin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, dövlətimiz inanclı kəsimin təhsili üçün hər cür şərait yaradıb ki, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin və bu qəbildən olan digər təhsil müəssisələrinin fəaliyyəti buna nümunədir.

Heç kim unutmamalıdır ki, bu gün bizim qarşımızda dayanan olduqca vacib, həyati məsələlər mövcuddur. Bunlardan ən vacibi təhlükəsizlyimizi gücləndirmək, milli həmrəyliyimizi qoruyub saxlamaqdır. Bu, bizi hər cür təhdid və təhlükədən hifz edə biləcək yeganə vasitədir. Buna görə də hər bir azərbaycanlı dövlətinin, Prezidentinin ətrafında sıx birləşməkdə davam etməli, bütün qanunazidd əməllərə “yox” deməlidir.

Bundan başqa, biz xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz tarixi zəfərin nəticələrindən irəli gələn missiyanı əzmlə davam etdirməli, işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi, “Böyük qayıdış”ın uğurla başa çatdırılması üçün dövlətimizə dəstək verməliyik. Vicdanımızın, dövlətimiz qarşısındakı vətəndaşlıq borcumuzun bizdən tələb etdiyi məhz budur!.

 

Seymur ƏLİYEV

Əvvəlki Yazı

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

EKSKLUZİV

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

13 Oktyabr 2026 / 22:42
3
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 2026 / 12:18
17
Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

13 Oktyabr 2026 / 10:16
15
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

12 Oktyabr 2026 / 14:17
10

XƏBƏR LENTİ

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.