Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? – SİYAHI

Aprel 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Son rəsmi məlumatlara görə, 2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.

“Rolls-Royce”dən başqa 2024-cü ildə ölkədə yüksək qiymətə digər maşınlar da satılıb – 35 ədəd “Jaguar”, 15 ədəd “Bentley” və s.

Maraqlıdır, bu dəbdəbəli avtomobillərin sahibləri kimlərdir?

Azərbaycanda “Rolls-Royce”, “Bentley” və “Jaguar” kimi lüks avtomobillərin sahibləri barədə məlumatlar məhdud və əsasən ictimaiyyətə açıq deyil. Lakin bəzi hallarda bu avtomobillərin sahibləri ilə bağlı məlumatlar mediada yer alır.

Cumhuriyyet.az Sfera.az-a istinadən xəbər verir ki, bu avtomobillərin sahibləri arasında tanınmış şəxslər və iş adamları yer alır.

Azay Möhnətov – AF Holdinq Şirkətlər Qrupunun prezidenti və “AF Hotel Aqua Park”ın sahibi

Bakupost.az2025-ci ilin əvvəlində Bakıda məhkəmə qərarı ilə müsadirə edilərək hərraca çıxarılan 99-AF-009 dövlət nömrə nişanlı “Rolls-Royce Ghost” avtomobilinin sahibi iş adamı Azay Möhnətov olub.

Azərbaycanda “Rolls-Royce” markasının rəsmi distribütoru isə “Rolls-Royce Motor Cars Baku”dur. Bu şirkət “İmprotex Motors MMC”yə aiddir və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Hüseyn Həsənov – Bloger və iş adamı

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Bakıya səfəri zamanı parlaq göy rəngdə, üstü açılan, iki oturacaqlı “Lamborghini” markalı lüks avtomobil alıb. Həsənovun șəxsi qarajında “Lamborghini Urus” (548 min manat), “Rolls-Royce Cullinan” (685 min manat), “Lamborghini Aventador” (550 min manat),”Mercedes-AMG G63″ (822 min manat) və Dubaydan aldığı “Bugatti Chiron Super Sport” (təxminən 6.8 milyon manat) kimi bahalı avtomobillər mövcuddur.

Faiq Səfərov – “KiA Motors” Azərbaycan Șirkətinin prezidenti

Bakıda 90 AZ 030 dövlət nömrə nişanlı “Lamborghini Gallardo” avtomobilinin “KiA Motors” Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsus olduğu bildirilmişdi. Lakin Faiq Səfərov bu iddiaları təkzib edərək, avtomobilin ona məxsus olmadığını, yalnız bir dəfə idarə etdiyini deyib.

Süleyman Əliyev -“SAS” inşaat MTK-nın rəhbəri

Bakıda “Lamborghini” markalı avtomobilin səsboğucu sisteminə kənar müdaxilə olduğu səbəbilə saxlanıldığı və bu avtomobilin “SAS” İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsus olduğu bildirilmişdi.

İsfəndiyar Axundovun Nəvələri

Bakıda baş verən bir qəza zamanı “Ferrari” markalı avtomobilin 10 VV 200 dövlət nömrə nişanı ilə qeydiyyatda olduğu və bu nömrənin “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun nəvələrinə məxsus olduğu bildirilmişdi.

Əvvəlki Yazı

Azad edilmiş ərazilərdə daha 98 mina, 224 PHS aşkarlanıb

Növbəti Yazı

Bəzi ərazilərə qar yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

EKSKLUZİV

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

09 May 2025 / 15:35
1
Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

09 May 2025 / 15:33
2
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1

XƏBƏR LENTİ

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.