Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Avqust 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov “inzibati üçlüyü”nün növbəti qeyri-prosessuallığı ƏƏSM naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan Məhkəmə Mübahisələri ilə İş İdarəsinin (hazırda Mərkəzi Filial) pensiyaçıların, Qarabağ əlillərinin, müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin… sosial təminat, məhkəmə müdafiəsi hüququna qadağa olması, qanunsuzluğu, Konstitusiyaya zidd olması şübhə doğurmayan faktdır. Ən başlıcası, icra hakimiyyəti orqanında məhkəmə filialı yaradıla bilməz və bu qurumun məramı da açıq şəkildə vətəndaşların dövlət tərəfindən sosial müdafiəsinə məhkəmə qaydasında “peşəkar” qadağadan özgə bir şey deyil. Elə filialın əsas məramı da (sonradan bir az da təkmilləşdirilən) əmrdə göstərilib: “Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filial ƏMƏK PENSİYALARI, SOSİAL MÜAVİNƏTLƏR, ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI və s. məsələlərlə bağlı Nazirlik və Fonda, eləcə də Fondun filiallarına qarşı MƏHKƏMƏDƏ qaldırılan İDDİALAR, Fondun İDDİAÇI və ÜÇÜNCÜ ŞƏXS qismində çıxış etdiyi işlər üzrə MƏHKƏMƏLƏRDƏ təmsilçilik və hüquqi müdafiəsini təmin edir”. Haqlı sual doğur, bəs nazirliyin hüquq şöbəsi nədən ötrüdür? Eyni zamanda, filialın toxunulmazlığı da üzə çıxır. Yəni bütün mübahisələrdə filiala qarşı nə iddia qaldırmaq olar, nə də başqa hüquqi tədbir görülə bilər. Məhkəmələr özləri buna yol vermir ki, filial “müdafiəçidir”, “başqasının” (yəni nazirliyin) “hüquq qoruyucusudur”, dövlətin sosial müdafiə siyasətini pensiyaçıların, əlillərin, şəhid ailələrinin, qazilərin, bir sözlə sosial müdafiəyə ehtiyacı olan şəxslərin konstitusion “hücumlarından” qoruyur! (??) Daha bir haqlı sual: Bəs sosial müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarını hansı dövlət qurumu təmin etməlidir? Dövlət (qurumu) özünə peşəkar müdafiəçi ordusu yaradıbsa, qarşı tərəfə də bu hüquq yardımını etməyə borcludur axı! Belə birtərəfli hüquq müdafiəçiliyi ilə hansı əlil, qazi, şəhid ailəsi, pensiyaçı sosial müdafiə oluna bilər? Özü də DSMF-in Məhkəmə Filialı tam tərkibdə 39 saylı vəkil bürosundan ibarətdir. Filialın direktoru Abuzər Mütəllimov, direktor müavinləri Məsili Nicat, Daşqın İbadov (Roman İsmayılov iki ildir Füzuli hərbi məhkəməsinə hakim edilib), departament müdirləri Arzu Səfərova, Emil İsgəndərli (bu vəkilin əlillərə qarşı özbaşınalıq xidməti yüksək qiymətləndirilib, adi mütəxəssisdən departament müdirinə kimi “ucalıb”), Yeganə Məmmədova hamısı 39 saylı vəkil bürosunun vəkilləridir.
Onu da vurğulayaq ki, məhkəmə filialının-39 saylı vəkil bürosunun konkret işlər üzrə uyğun etibarnamə olmadan məhkəmə işlərinə buraxılması da qanunsuzdur. Təsəvvür edin, cavabdeh hansısa pensiya filialıdırsa, ona qarşı iddialarda yalnız həmin pensiya filialının rəhbərinin verdiyi etibarnamə ilə MƏHKƏMƏ FİLİALI işə çıxa bilər. Halbuki bütün mübahisələrdə qanunvericiliyin bu tələbinə əməl edilmir. Məhkəmələrə illər öncə DSMF sədrinin, ƏƏSMN müavinin MƏHKƏMƏ FİLİALINA-39 SAYLI VƏKİL BÜROSUNA topdan verdiyi “ETİBARNAMƏ”(lər) təqdim edilir. Bilirsiniz niyə? Axı, ƏƏSMN-in, DSMF-in “vaxtı yoxdur” əhalini sosial yöndən müdafiə etsin; əhalinin ayrı-ayrı təbəqələrinin qaldırdığı iddialar isə o qədər çoxdur ki, hərəsinə bir etibarnamə vermək praktiki mümkün deyil. Ona görə də “topdan etibarnamə” özbaşınalığı hələ də qüvvədədir. Bu sətirlərin yazarının ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana DSMFdə yaradılan MƏHKƏMƏ FİLİALININ Konstitusiyaya zidd olması səbəbindən Konstitusiya Məhkəməsinə (KM) sorğu göndərilməsi barədə müraciətlərinə heç bir reaksiya verilmir. Yalnız Ombudsman Aparatı özümün sorğu verməyimi (??) məsləhət bilib. Halbuki vətəndaşın KM-ə sorğu vermək hüququ yoxdur. Belə görünür ki, qanunsuzluq hakimiyyət orqanları, ombudsmanla razılaşdırılıb, yoxsa bu yekəlikdə özbaşınalıq ola bilməz!
İPM-in XV fəslinə (“Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraat) uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində “ ƏƏSMN-in 18.02.2020-ci il tarixli əmrinin etibarsız sayılması” tələbi ilə qaldırılan iddia 17.06.2025-ci ildə qeydə alındı və… artıq iki ildir 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım, məhkəmə təminatı hüququna qərəzli qadağa qoyan Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyünə verildiyi bildirilən kimi məhkəmə tərkibinə etiraz edildi. Etiraza baxılmadan qərəzli heyət iddianı mümkün saymayıb. Halbuki belə işlərdə mümkünlük şərti nəzərdə tutulmayıb. Özü də heç mümkünsüzlüyə əsas da yoxdur. Məhkəmə tərkibi qarşı tərəfin- qanunsuzluğu
mübahisə edilən MƏHKƏMƏ FİLİALININ (39 SAYLI VƏKİL BÜROSUNUN) qeyriprosessual sifarişi ilə iddiaçı Qarabağ qazisinin iddia qaldırmaqda subyektiv hüququnun olmadığını (?) qərara alıb. Əlbəttə, iki il qabaq eyni tərəflər arasında mübahisədə “tərəflərin hüquq bərabərliyini pozmaq” “əsası” ilə 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına vəkillə təminatdan imtina edən, bu imtinanı ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU kimi aktlaşdıran eyni heyətdən (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov (indi Ceyhun Məmmədov) növbəti qeyri-prosessuallıqdan özgə nə gözləmək olardı? Qeyri-prosessuallığa baxın, onda da ƏƏSMN tabeliyində DSMF-in MƏHKƏMƏ FİLİALI Şərafət Məmmədova və b. qeyri-prosessual sifariş edib, indi də. Sadəcə iki il qabaq topdan etibarnaməni imzalayan DSMF sədri olub, indi isə ƏƏSMN müavini ANAR KƏRİMOV. Bəyəm Anar Kərimov 4 aydır maliyyə nazirinin 1-ci müavini deyil? Qarşı tərəf hazırkı ƏƏSMN sədrinin, yaxud onun müavinin topdan etibarnaməsini “vaxt çatışmazlığından” təşkil edə bilməyib və …Anar Kərimovun ilin əvvəlində-30 yanvarda imzaladığı etibarnaməni “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü ilə təsdiqləyiblər. Elə bu faktın özü məhkəməni qanunsuz əmri ləğv etməyə, etibarsız saymağa əsas versə də, iddianın mümkün sayılmamasına üstünlük verilib. Özbaşınalığa baxın, qanunsuzluğu mübahisələndirilən MƏHKƏMƏ FİLİALI işdə ƏƏSMN-in “hüququnu” necə müdafiə edə bilər? Biz elə bu qanunsuz müdafiəçilikdən şikayətçiyik də! Anar Kərimovun imzaladığı topdan
etibarnamədə də MƏHKƏMƏ FİLİALININ belə işlərə yox, “ƏƏSMN-in tərəf olduğu ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI, HƏRBİ QULLUQÇULARIN və DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ VƏRƏSƏLƏRİNƏ (yəni şəhid uşaqlarına, ailələrin və b.- M.B.) BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ, habelə CİNAYƏT İŞLƏRİ ÜZRƏ İŞİN MÜVƏFFƏQİYYƏTLİ HƏLLİ ÜÇÜN zəruri olan PROSESSUAL HƏRƏKƏRTLƏRİN EDİLMƏSİ MƏQSƏDİLƏ (14 MƏHKƏMƏ FİLİALInın departament müdirləri, İŞÇİləriVƏKİLƏ) verildiyi yazılıb. Bu 14 (DSMF sədrinin etibarnaməsində siyahı daha uzundur, 40 çatır) vəzifəli şəxsin, vəkilin adını yazsaq, yazını sona çatdıra bilməyəcəyik. Burda nöqtələmək zamanıdır, amma Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası başda olmaqla, bütün dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana, KM-ə müraciətlərimiz sürür. ƏƏSMN-in sifarişini Konstitusiyadan üstün tutan məhkəmələr, hakimləri Konstitusiyaya boyun əydirmək dövlətin borcudur. Belə sosial müdafiə siyasəti heç bir dövlətə başucalığı gətirə bilməz.
Məğrur Bədəlsoy, konstitusion təminata subyektiv hüququ olmayan 1-ci dərəcəli Qarabağ qazisi

GundemXeber.Az

Əvvəlki Yazı

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Növbəti Yazı

Azərbaycanda narkomanların sayı artıb – Rəsmi statistika

EKSKLUZİV

“Sabah”ın kritik penalti zərbəsi boşa çıxdı: Nəticəyə təsiri

18 Aprel 2026 / 20:50
0

Liverpuldan Aston Villa’ya gözlənilən transfer: Ayrılıq qapıdadırmı?

18 Aprel 2026 / 20:50
0

Sabah FK Premyer Liqada liderliyə doğru inamla irəliləyir

18 Aprel 2026 / 20:50
0

Pekin İranın Uran Problemini Həll Etmək Üçün Təkliflə Çıxış Etdi

18 Aprel 2026 / 20:50
0

XƏBƏR LENTİ

“Sabah”ın kritik penalti zərbəsi boşa çıxdı: Nəticəyə təsiri

Liverpuldan Aston Villa’ya gözlənilən transfer: Ayrılıq qapıdadırmı?

Sabah FK Premyer Liqada liderliyə doğru inamla irəliləyir

Pekin İranın Uran Problemini Həll Etmək Üçün Təkliflə Çıxış Etdi

Ukrayna Qara Dənizdə Rusiyanın Üç Hərbi Gəmisini Vurdu: Dəniz Cəbhəsində Gərginlik Artır

Pezeshkian: İran Ordusu Ölkəni Müdafiəyə Tam Hazırdır!

İranda 50 Günlük İnternet Qaranlığı: Vətəndaşlar Çətinliklərlə Üzləşir

Türkiyənin yüksək rütbəli generalı Liviyadakı təlimlərdə: Bölgədəki strateji mövqe güclənir

Derbinin Unudulmaz Qəhrəmanı: Qapıçı Komandasını Məğlubiyyətdən Xilas Etdi

Fizuli Məmmədov çətin qələbənin detallarını AÇIQLADI

Azərbaycan Millisi Andorranı Məğlub Etdi: Qələbə Seriyası Davam Edir!

Azərbaycan futbolunda gərgin anlar: “Qarabağ” – “Sabah” qarşıdurması və “Karvan-Yevlax”ın zəfəri

Azərbaycanda külli miqdarda narkotik ələ keçirildi: DTX və sərhədçilərdən birgə əməliyyat

ABŞ-ın Yeni Təklifləri Cavabsız Qaldı: Tehranın Mövqeyi Danışıqları Gecikdirir

Müharibə və İqlim Dəyişikliyi: Güclü Yağışlar Hərbi Əməliyyatların Nəticəsimi? – Alimlər Açıqladı

İran-ABŞ Danışıqları İslamabadda: Aprelin 26-da Yeni Üfüqlər Açılır?

Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə Strateji Zirvə Toplantıları Baş Tutacaq

Mikelsin möhtəşəm qolu: “Karvan-Yevlax” inamlı qələbə qazandı

Ayxan Abbasov komandasında mənfi təsir görmür: “Birliyimiz sarsılmazdır”

“Qarabağ” – “Sabah” Matçının Start Heyətləri Açıqlandı: Həlledici Məqam!

İspaniya Baş naziri BMT-də tarixi islahat tələb edir: Təşkilata qadın rəhbər gəlməlidir

Paşinyan Açıqladı: Türk Hava Yolları Gümrüyə Uçuşlara Başlaya Bilər

“Karvan-Yevlax” Premyer Liqada Zəfər Yürüşünü Davam Etdirir: Ardıcıl İkinci Qələbə!

“Leobank” müştəri xidmətləri tənqid atəşində: Vüqar Baba ciddi narazılıqlardan danışdı

Oman sahillərində növbəti gəmi insidenti: Beynəlxalq narahatlıq artır

Trampdan İrana Hörmüz Boğazı Xəbərdarlığı: Qlobal Təhdid Cavabsız Qalmayacaq

Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyini gücləndirir: Neft ixracı 65% artdı

Azərbaycan Futzal Kubokunda Həlledici Anlar: Final Uğrunda Mübarizə Qızışır

Konte üçün kritik an: Klub prezidenti təcili görüşə hazırlaşır

Kubokda sürpriz və derbi: Karvan-Yevlax qələbə qazandı, Qarabağ-Sabah matçı gərgin olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.