Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

DTX-dan qlobal sülh və təhlükəsizliyə töhfə –TƏHLİL!

Aprel 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Əli Nağıyevin beynəlxalq konfrasdakı çıxışı Azərbaycanın sülh siyasəti haqqında nə deyir?

Məlum olduğu kimi, Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  rəisi general-polkovnik Əli Nağıyev, Əfqanıstan dövlətinin terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizəni alqışlayıb, Azərbaycanın bundan sonra da Əfqanıstan dövlətinə sözügedən problemlərə qarşı mübarizədə dəstək verəcəyini bildirib. DTX rəisi həmçinin qeyd edib ki, dünya dövlətləri Əfqanıstanın terrorizmə, narkotiklərin qanunsuz mübadiləsinə qarşı mübarizəsini dəstəkləməli, bu məsələdə ciddi fəallıq sərgiləməlidir.

Əli Nağıyevin məlum açıqlaması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövlətinin sadəcə Əfqanıstana deyil, bütün dünyaya – insanlıq və bəşəriyyətə münasibəti baxımından olduqca əhəmiyyətlidir. DTX rəisinin çıxışından da göründüyü kimi, Azərbaycan hər bir ölkə, hər bir xalqa sülh və təhlükəsizlik arzulamaqla yanaşı, sülh və təhlükəsizlik üçün təhdid təşkil edən hallara qarşı birgə mübarizəni zəruri hesab edir.

Uzun illər erməni faşizminə qarşı təkbaşına mübarizə aparan, Qarabağ problemini sonda öz gücü ilə  – yenilməz ordusu və böyük sərkərdəsi İlham Əliyevin qəhrəmanlığıyla həll edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan, bu cür təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətini hər kəsdən daha çox dərk etməkdə, daha aydın başa düşməkdədir. Öz təcrübəsindən çıxış edən Azərbaycan haqlı olaraq belə hesab edir ki, qlobal terrorizmə qarşı effektiv mübarizənin yolu dünya dövlətlərinin həmrəyliyindən, birgə mübarizəsindən keçir. Məhz bu həqiqət Əli Nağıyevin çıxışında öz əksini qəti və aydın şəkildə tapmışdır.

DTX-nın  təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfransın keçirilməsi adıçəkilən qurumun beynəlxalq sülh və təhlükəsizliyə töhfəsidir. Bu konfrans bir daha Azərbaycanın sadəcə Cənubi Qafqazda deyil, dünyanın ən uzaq ölkələrində belə sülhün, təhlükəsizliyin təmininə böyük önəm verdiyini, bunun üçün praktiki baxımdan konkret addımlar atdığını göstərir. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın bütün dünyada apardığı sülh və təhlükəsizlik siyasəti DTX tərəfindən qüsursuz şəkildə icra edilməkdə, beynəlxalq platformada uğurla təbliğ olunmaqdadır.

Ümid edirik ki, Azərbaycanın Əfqanıstanda sülhə və təhlükəsizliyə verdiyi töhfə digər dünya dövlətləri tərəfindən inkişaf etdiriləcək, dünya qlobal terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə öz səylərini birləşdirəcək. Unutmaq olmaz ki, qlobal terrorizm sərhəd tanımır və bu problemə qarşı yeganə effektiv mübarizə ona qarşı qlobal miqyasda mübarizəni təmin etməkdir, bu mübarizədə səmimi həmrəylik sərgiləməkdir.

Seymur ƏLİYEV

Əvvəlki Yazı

ANAMA əməkdaşı Qazaxda minaya düşdü

Növbəti Yazı

Azərbaycan nefti ucuzlaşıb

EKSKLUZİV

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

31 May 2025 / 9:39
2
İyunun 1-də quru sərhədlər açılacaq?

İyunun 1-də quru sərhədlər açılacaq?

30 May 2025 / 16:16
1
Ceki Çan qara kəmərə layiq görüldü

Ceki Çan qara kəmərə layiq görüldü

30 May 2025 / 16:00
0
Aparıcı Elgiz ölümdən döndü

Aparıcı Elgiz ölümdən döndü

30 May 2025 / 15:44
0

XƏBƏR LENTİ

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İyunun 1-də quru sərhədlər açılacaq?

Ceki Çan qara kəmərə layiq görüldü

Aparıcı Elgiz ölümdən döndü

“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişir

Bu ödənişlər 10 dəfəyədək artırılır

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

Milli Məclisin yaz sessiyası başa çatıb

Azərbaycan gələn il İƏT Pİ-yə sədrlik edəcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

ABŞ Tayvana silah tədarükünü artırır

Havada toz müşahidə olunur

Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək

Sabah hava necə olacaq?

Azərbaycan MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM

Məktəbəhazırlıq qruplarında 23 minə yaxın uşaq məşğələyə cəlb olundu

Deputatdan keçmiş məcburi köçkünlərlə bağlı təklif

Mask Trampın müşaviri olacaq

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Ötən gün bank kartlarından 5 min manat oğurlanıb

FHN meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib – VİDEO

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

NİİM yollarda sıxlıqla bağlı sürücülərə müraciət edib

İcra başçısı çətin tərbiyə edilən bir qrup şagirdin valideyni ilə görüşüb

Qarabağ Universitetində psixoloqların peşəkar inkişafına dair layihə icra olunub  

Bu kəndlərdə 2 gün qaz olmayacaq

Bayraq həyəcanı!

Rus Evi bu ölkədə də bağlandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.