Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Bakıda mühüm beynəlxalq konfrans keçirildi

May 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirir.

Cumhuriyyet.az xəbər verir ki, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən plenar iclasda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, islamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur. Onun sözlərinə görə, islamofobiya sadəcə dini dözümsüzlük deyil. Bu, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır.

“İslamofobiya ilə mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salmalıyıq. Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Bu məsələdə multikulturalizm təcrübəsi olan ölkələrdən nümunə götürmək böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən biridir. Ölkəmizdə yaşayan hər bir şəxs dini və etnik mənsubiyyətindən asılı olmayaraq özünü tamhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq, multikultural dəyərlərin dövlət siyasətinin ayrılmaz hissəsi olması islamofobiyaya ən güclü cavablardan biridir”, – deyə R.Məmmədov vurğulayıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu cür konfransın təşkili və belə bir fürsətin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, islamofobiya mürəkkəb və dərin kök salıb. Bu, eyni zamanda, sivilizasiyalar toqquşmasına gətirib çıxarır. Son illərdə ardıcıl olaraq G20-yə ev sahibliyi edən ölkələr daha humanitar yanaşma ilə digər məsələlərə daha çox diqqət yetirirlər. Məsələn, ötən il Braziliya dayanıqlı inkişaf, enerji keçidləri, iqlim fəaliyyətləri və qlobal idarəetmə institutlarında islahatlarla yanaşı, aclıq və yoxsulluqla mübarizədə sosial inklüzivliyə diqqət yetirib. Bu il isə Cənubi Afrika həmrəylik, bərabərlik və davamlılığı özünün əsas mövzuları kimi müəyyənləşdirib.

KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro beynəlxalq konfransın qlobal səviyyədə artmaqda olan islamofobiya ilə mübarizəyə, həm də rəqəmsal dövrün yaratdığı yeni çağırışlara qarşı ortaq mövqe ifadə etmək üçün mühüm fürsət olduğunu deyib. Onun sözlərinə görə, rəqəmsal platformalar, əslində, maarifləndirmə və təbliğat üçün böyük potensial daşısa da, təəssüf ki, nifrət nitqi üçün də əlverişli zəminə çevrilib. Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr 21 faiz artıb.

“Bu vəziyyətlə mübarizə aparmaq üçün rəqəmsal platformalarda maarifləndirmə tədbirlərinin sayını artırmaq, dini liderlərin iştirakı ilə dialoq mühitləri formalaşdırmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq mexanizmlər yaratmaq mütləqdir. Dini liderlər ictimai vicdanın formalaşmasında və dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Onların bir araya gətirilməsi, müxtəlif dinlər arasında anlaşma və hörmətin təşviqi, ayrı-seçkiliyə qarşı mübarizədə güclü təsir vasitəsi ola bilər”, – deyə Baş katib əlavə edib.

İSESKO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman konfransın beynəlxalq arenada ayıqlığın və dözümlülüyün təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan Respublikasının İSESKO-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına yüksək ehtiramını çatdırıb.

Xalid Fəthəlrəhman bildirib ki, Qərbdə bəzi hökumətlər islamofobiyaya qarşı mübarizə aparsalar da, müsəlman icmaları hələ də ciddi problemlərlə üzləşirlər.

“İslamofobiya elə bir məsələdir ki, ona qarşı ortaq səylər göstərilməlidir. Mühafizəkar qüvvələrə qarşı birgə fəaliyyət vacibdir. Bu məsələdə İSESKO-nun üzərinə böyük məsuliyyət düşür, maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Qərbdə insanlar İslam dini ilə bağlı kifayət qədər məlumata malik deyillər. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər onların düşüncə tərzinin dəyişməsinə töhfə verə bilər. Bu iş bütün insanları əhatə etməlidir. Sivilizasiyalar arasında heç kim kənarda qalmamalıdır”, – deyə Mərkəzin direktoru vurğulayıb.

Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa İslamın qarşılıqlı anlayış, bərabərlik, ədalət və kamillik üzərində qurulmuş din olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu dinin təməlində insanlara humanist və mərhəmətli yanaşma dayanır. Təəssüf ki, hazırda bir çox ölkələrdə müsəlmanlara qarşı nifrət və şübhə ilə yanaşma tendensiyası artır. İslam dininin şiddət və ekstremizm ilə əlaqələndirilməsi yalan və qərəzli yanaşmaların nəticəsidir. Xüsusilə də bu iddialar “söz azadlığı” adı altında təqdim olunur ki, bu da əslində azadlığın mahiyyətinə ziddir.

“Bəzi ölkələrdə etnik və dini ayrı-seçkilik davam edir. Kiçik müsəlman icmalarına qarşı psixoloji və fiziki zorakılıq artır, onların hüquqları tapdanır, mədəni və dini azadlıqları məhdudlaşdırılır.

Beynəlxalq hüquq və insan hüquqları prinsipləri isə bu cür davranışları qəti şəkildə rədd edir. Təəssüf ki, bəzi dairələr bu prinsiplərə əməl etmir və ayrı-seçkiliyi təşviq edən siyasət yürüdürlər. Bu səbəbdən biz müsəlmanlar İslamın əsl mahiyyətini, onun gözəlliklərini, dəyərlərini və sülh çağırışını daha çox yaymalıyıq. Maarifləndirici tədbirlərin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqi bizim üçün seçim deyil, tarixi və mənəvi borcumuzdur”, – deyə Efiopiya İslam İşləri Ali Şurasının prezidenti vurğulayıb.

Ümumdünya Fətva Təşkilatlarının Baş katibi İbrahim Nəcm bildirib ki, Qərb dünyasında “fətva” anlayışı mənfi məna daşıyır və çox zaman ölüm hökmü ilə əlaqələndirilir. Qeyri-müsəlmanlar “fətva” deyiləndə bunu sanki cəza və ya ölüm hökmü kimi qəbul edirlər. Bu da əsas problemlərdən biridir.

“Fətvanın nə olduğu barədə maarifləndirmə aparılmalıdır. Biz məlumat bolluğu içində yaşayırıq, amma, eyni zamanda, bilik və müdriklik, təəssüf ki, tükənmək üzrədir. Əslində, “fətva” sadəcə məsləhətdir, onun hüquqi qüvvəsi yoxdur. Gənc alimlərə səlahiyyət verilməlidir ki, uca kürsülərdən çıxış etsinlər. Alimlər və mütəxəssislər İslamı olduğu kimi təqdim etməlidirlər. Biz hamımız əməkdaşlıq etməliyik. İslamofobiyaya qarşı mübarizədə onlayn kursların təşkili faydalı ola bilər. Səsimizi daha da gücləndirib böyük auditoriyalara çatdırmalıyıq”, – deyə İbrahim Nəcm əlavə edib.

Plenar iclas müzakirələrlə davam edib.

Əvvəlki Yazı

İmtahanlara çətin suallar salınıb? – DİM

Növbəti Yazı

Çaylarda sululuq artıb

EKSKLUZİV

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

30 İyul 2025 / 16:30
0
Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

30 İyul 2025 / 16:16
0
Qabil Məmmədova qiyabi hökm oxundu

Qabil Məmmədova qiyabi hökm oxundu

30 İyul 2025 / 16:00
1
Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

30 İyul 2025 / 15:46
1

XƏBƏR LENTİ

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Qabil Məmmədova qiyabi hökm oxundu

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

İstilik təchizatı xidməti bahalaşdı

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Rusiya və Çin Sakit okeanda hərbi təlimlərə başlayır

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb 

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Sunami Kaliforniya sahillərinə çatdı

Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayır

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Trampdan ukraynalılara şad xəbər: müharibə bitənə qədər

Xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb

Sabahın hava proqnozu

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Cəbrayıla növbəti köç karvanı yola salınıb 

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Bakıda bu yol bağlanacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.