Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bayraq həyəcanı!

May 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

 

İlk gündən Azərbaycan Milli Azadlıq Hərəkatına qoşularaq Lənkəranda hərəkatın rəhbərlərindən biri olan vətənpərvər publisisist İltifat Rəhimzadənin “Lənkəran 15 gün sovetlərsiz” adlı kitabında yer alan məqaləni diqqətinizə çatdırırıq. Bir günün olayından bəhs edən bu yazı bird aha göstərır ki, Xalq Hərəkatı millətin iradəsi idi və gələcək üçün bu iradənin tarixi mütləq yazılmalıdır. O dövrün hərəkatı möhtəşəm, qürurverici bir tarixdir. Azərbaycanın hər bölgəsi, hər kəndi istiqlal uğrunda mübarizəyə qoşulmuşdu. Bu tarix mütləq yazılmalıdır ki, müstəqilliyin necə qazanılması unudulmasın!

 

1989-cu il 28 May. Lənkəran şəhəri…

Günəşin təbəssümlə açıldığı ilıq bir yaz səhəri idi. Xeyli adam şəhərin mərkəzi meydanında – DOSA adlanan Sovet ordusu Zabitləri Evinin qarşısına yığışmışdı. Günəş üfüqdən uzaqlaşıb günortaya doğru qalxdıqca adamların sayı da getdikcə artırdı. Yeni gələn hər kəs yuxarı, binanın damına baxa-baxa: “Sabahınız xeyir!” – deyib insanlara qarışırdı. Açığı, bu “Sabahınız xeyir!”in insanlara, yoxsa binanın damında dalğalanan qəribə bayrağa ünvanlandığını da ayırd etmək çətin idi: üzərində ağ rəngli ay-ulduz olan mavi-qırmızı-yaşıl bayrağa!

Gediş-gəlişin çox olduğu bu ərazidən keçən hər kəs sövqü-təbii olaraq dayanır, binanın üzərində dalğalanan bayrağa tərəf boylanır və insanlara qarışırdı. Bu qərib və qəribə bayraq Lənkəranda ciddi bir əks-səda doğurmuşdu. “Bu, haranın bayrağıdır?”, “İranındır, deyəsən”, – deyə insanlar pıçıltı ilə bir-birindən soruşurdular. Bayraq isə sanki insanların ona marağını görüb Xəzərin xəfif mehindən güc alır, daha şövqlə dalğalanırdı. Sanki ki 70 illik həsrətdən sonra öz doğma səmasında dalğalanmaq üçün darıxmış kimi…

“Poçtun binası üzərində də bu bayraqdan var!” – kim­ sə dilləndi. Nəzərlər bir anlıq Mərkəzi Poçtun binasına yönəldi. Həqiqətən, orada da üçrəngli bayraq dalğalanırdı və binanın qarşısında da xeyli insan toplaşmışdı. İnsanlar qaldıqları yerdən tərpənmir, DOSA-nın və Poçtun qarşısından ayrılmaq istəmirdilər. Gözəl və şövqlə dalğalanan üçrəngli bayraq hər kəsi ovsunlamışdı sanki…

Az sonra milis maşınları, şəhər partiya komitəsinin işçiləri və digər vəzifəli şəxslər “hadisə yerinə” gəldilər. Sakitcə bayrağı seyr edən insanlardan fərqli olaraq bu şəxslərin təlaş və həyəcan dolu qışqır-bağırları ərazini bürüdü: “Dağılın!”, “Radd olun burdan!”

“Yoldaş təlimatçı, (raykomun təlimatçısı) 9 mərtəbənin üzərində də bu bayraq sancılıb!” – kimsə gülə-gülə dedi. Bu “bəd xəbər” hakimiyyəti nümayəndələrini daha da özündən çıxardı. Az sonra bir xəbər də gəldi: şəhərin 2-ci mikrorayonunda yerləşən binalardan birinin üzərində də bayraq dalğalanır.

Payon Partiya Komitəsinin işçiləri və milislərin (polisin) sayı sürətlə artırdı. Amma gec idi, üçrəngli bayraq artıq Lənkəran səmasını fəth etmişdi.

Milisin qovmasına baxmayaraq bu xəbəri eşidən insanlar heç olmasa uzaqda durub bu səhnəyə baxmaq üçün əraziyə gəlməkdə davam edirdilər. Yaratdıqları “meymun şivənlik”dən özünə gələn təlimatçılardan biri: “Ay yoldaş, nəyi gözləyirsiniz, biriniz dama çıxıb rədd edin bu əski parçasını!”, – deyə əmr verdi. Bir-birinin üstünə qışqırmaqla, bir-birinə göstəriş verməklə məşğul olan bu insanlar, nəhayət, başa düşdülər ki, bayraqları endirmək lazımmış.

Bir saata yaxın müddətdən sonra DOSA və Poçtun binası üzərindən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayraqları endirildi. Daha doğrusu, qəzəblə cırılaraq yerə atıldı. Bu azmış kimi yerə düşmüş bayrağı ayaqları ilə tapdalayan şəxs də tapıldı. Bu adam “fədakarlığı” müqabilində rəhbərlik tərəfindən “Malades!” almaq arzusunda olan bir təlimatçı idi, şəhər partiya komitəsinin təlimatçısı. Həmin insanın adını yaza bilmərəm! Adam dünyasını dəyişib. Övladlarının, nəvə-nəticələrinin və qohum əqrəbalarının əbədi olaraq onun yerinə xəcalət çəkməsini istəmirəm! Axı adı kitaba düşər. Yazılan kitabın isə ömrü uzun olur! Çox uzun!

Onsuz da onun və onun kimilərinin o bayrağa gücü çata bilməzdi, heç çatmadı da!

Şəhərin “Qala” ərazisində yerləşən, tikintisi hələ tam başa çatmayan 9 mərtəbəli binanın üstündəki bayrağı götürmək üçün yanğınsöndürən maşından istifadə edildi. Sovet hakimiyyəti və Kommunist Partiyasının yerli məmurlarının qəlbindəki kin və Cümhuriyyət bayrağına olan nifrət oduna “yanğınsöndürənlər” son qoydu. Amma bu, son deyildi! Qoca, qəddar bir imperiyanın sonunun başlanğıcı idi! Bayraq artıq qalxmışdı və o, “bir daha əyilməyəcəkdi!”

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin binasının 5-10 metrliliyində yerləşmiş DOSA, Mərkəzi Poçt binası və eyni zamanda, şəhərin mərkəzi sayılan “Qala” ərazisindəki binanın üzərindəki üçrəngli bayraqları sancanların axtarılıb cəzalandırılması məsələsi yerli hakimiyyət tərəfindən ciddi müzakirə olundu. Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Komitəsi Lənkəran Şöbəsi qarşısında cinayətkarların aşkarlanıb cəzalandırılması tələbi qoyuldu.

Kimlər idi bu “cinayətkarlar?”

1989-cu il may ayının ortalarından etibarən AXC Lənkəran Şöbəsi İdarə Heyətinin bir neçə üzvü arasında çox məxfi saxlanılan bir məsələ müzakirə olunurdu: 28 May Cümhuriyyət bayramı günü münasibətilə Lənkəran şəhərində müvafiq bir tədbir keçirmək! Müzakirələr zamanı razılaşdırıldı ki, 27 may gecə vaxtı şəhər üçrəngli bayraqlarla bəzədilsin. İnsanların mütləq əksəriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti, üçrəngli bayraq haqqında bilgiləri, demək olar ki, yox idi. Heç vaxt görmədikləri o bayrağı indi insanlara tanıtdırmaq lazım idi.

Artıq İdarə Heyəti bununla bağlı düşünməyə başladı. Çətin olmadı. Bu işin icrasına rəhbərliyi AXC Lənkəran Şöbəsi İdarə Heyətinin üzvü Huseynqulu Məmmədli öz üzərinə götürdü. Hüseynqulu bəy inanılmış, cəsur, zirək cəbhəçilərdən ibarət gizli bir qrup yaratdı. Qrupa Camal Paşa Axundov, Təvəkkül Şərifov, Samid Axundov, Vaqif Nəsirov (Talışca Kavyəçəs Vaqif – Göygöz Vaqif) daxil edilər.

Üçrəngli bayrağın əldə edilməsinin özü çox müşkül məsələ idi. Bayraqları tikdirmək üçün parça materialı və dərzi tapmaq lazım idi. Parça materiallarını da tək bir mağazadan almaq riskli idi. Çünki polis və ya KQB agentlərinə xəbər çatdırıla bilərdi. Ona görə də ayrı-ayrı rəngləri müxtəlif parça dükanlarından və ayrı-ayrı şəxslər tərəfindən almaq lazım gəlirdi. Hələ üstəlik etibarlı, ağzı bütöv bir dərzi də tapmaq lazım idi. Bütün bu işlər 3 gün ərzində başa çatmalı idi. İş başlandı.

10 ədəd bayrağın hazırlanması üçün parça materialları alındı. Evlərində tikiş maşını olan etibarlı xanımların köməyi ilə nəzərdə tutulmuş vaxtda bayraqlar hazırlandı.

Bayraqları asmaq üçün binalar da müəyyənləşdirildi. Lənkəran Şəhər Partiya Komitəsinin, DOSA, Mərkəzi Poçt, Mərkəzi Bazar, 9 mərtəbə, Mikrorayon, Ziyalılar Evi, Məhkəmə binaları və s. Əhali tərəfindən “Raykom binası” adlandırılan Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin binası üzərinə Cümhuriyyətin üçrəngli bayrağını sancmaq ciddi, çox riskli, həm də texniki cəhətdən çox çətin iş idi.

27 may gecə saat 2-dən etibarən mobil qrup üzvləri Hüseynqulu bəyin başçılığı ilə hərəkətə keçdi. Velosipedlərlə binalara yaxınlaşır, götürdükləri kiçik nərdivandan istifadə etməklə binaların damına çıxır və bayraqları asırdılar. Texniki səbəblərdən “Raykom”, Məhkəmə, Ziyalılar evi və Bazarın binalarına qalxmaq mümkün olmadı.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü rayon camaatı ilk dəfə olaraq üçrəngli bayrağımızın Lənkəran səmasında dalğalandığının şahidi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may günü həm də Lənkəranın camaatının üçrəngli bayrağımızla ilk kütləvi tanışlıq günü oldu.

Yerli hüquq mühafizə orqanları bu işin Lənkəran cəbhəçiləri tərəfindən törədildiyini tam əmin idilər. Lakin onların ciddi-cəhdinə baxmayaraq məxfilik öz işini görmüşdü. “Cinayətkarlar” azadlıqda qaldı! Azadlığı haqq etdikləri üçün!

Həmin aksiyadan sonra AXC Lənkəran Şöbəsinin bütün tədbirlərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayraqları qaldırılırdı. Cəbhəçilər sinələrinə bacarıqlı əllərlə düzəltdikləri “Üçrəngli bayraq” nişanları taxmağa başladılar. Belə bacarıqlı əllərin sahibləri Camal Axundov, Namik Səlimov, Samid Axundov və Sakin Məmmədzadə idi. Xahişimlə Camal bəy mənim üçün də bir nişan düzəltmişdi. Geyindiyim qara kostyumun yaxasında bayraq nişanı çox gözəl görünürdü.

Cəbhəçilərin həmin gecəki zəhmətləri hədər getmədi. Artıq heç kim bu bayrağın hansı ölkəyə məxsusluğunu soruşmurdu.

Azərbaycan Xalq Cəbhəsi Lənkəran Şöbəsinin İdarə Heyətinin üzvü Hüseynqulu Məmmədli, cəbhə fəalları Tovəkkül Şərifov, Camal Paşa Axundov, Samid Axundov, Vaqif Nəsirov kimi fədakar, qorxmaz oğullar Azərbaycan Milli Azadlıq Hərəkatının şərəfli Lənkəran səhifələrindən birini də belə yazdılar…

İltifat Rəhimzadənin “Lənkəran 15 gün sovetlərsiz” adlı kitabından 

Əvvəlki Yazı

Rus Evi bu ölkədə də bağlandı

Növbəti Yazı

Bu kəndlərdə 2 gün qaz olmayacaq

EKSKLUZİV

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

01 İyul 2025 / 10:33
4
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

01 İyul 2025 / 10:31
6
NİİM sürücülərə müraciət edib

NİİM sürücülərə müraciət edib

30 İyun 2025 / 16:30
0
Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

30 İyun 2025 / 16:16
0

XƏBƏR LENTİ

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

NİİM sürücülərə müraciət edib

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

Bakı ilə bağlı bunda maraqlıyıq

FTX-nin “Sputnik Azərbaycan”da çalışan iki əməkdaşı saxlanıldı

Şahbaz Şərif Xankəndiyə gəlir

Yekaterinburq olayı: Bunu Bakıya izah etmək üçün… – Kreml

Kallas Bakı-İrəvan münasibətlərindən danışdı

Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib

Kreml Bakının bu qərarından təəssüflənir

Rusiyadan Yekaterinburq olayı ilə bağlı açıqlama

Mirzoyan: Sülh sazişinin yeri və tarixi…

İyulda bol yağıntı gözlənilir

Azərbaycanda yenə 4 gün ardıcıl iş olmayacaq – Tarix

Polis “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

Elçibəyin bu müsahibəsi ilk dəfə yayıldı: nələr danışıb? – VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq

Çin və Rusiya İranı tək qoydu

Əlilliyə görə sosial müavinətlər artır

Ağdamda minaya düşən polis kimdir?

XİN-də yeni struktur dəyişikliyi…

Sabahdan Azərbaycanda bu mühüm qadağa qüvvəyə minir

Kəngərli kəndinə daha 37 ailə yola salındı

Cahangir Hacıyevin xaricdəki milyonları: İngilis yeyə bilər, Qarabağın dirçəlişinə sərf oluna bilməz?

“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib — FOTOLAR 

Bir türbə, bir ruh, bir millət: Seyid Yəhya Bakuvi və daxili ədəbiyyatımız – Adəm İsmayil Bakuvi

Azərbaycan siyasi elmlər doktorundan Fələstinə dərs

Qazaxda “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.