Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda bir qrup dövlət qulluqçusu təltif edilib

İyun 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18

İyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Respublika Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib. Artıq 19 ildir ki, dövlət qulluqçuları bu günü özlərinin peşə bayramı kimi qeyd edirlər.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra başçısı Rəcəb Babaşov, aparatın məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, müavinlər, digər əməkdaşlar, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Əlamətdar gündə bir qrup dövlət qulluqçusu 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qazax RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Adil Seyfəddin oğluna, RİH başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar İsgəndərov Fərhad Xaliddin oğluna, Hüquq şöbəsinin müdiri Orucova Ülviyyə İsmayıl qızına, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun Nadir oğluna, böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qurbanova Elnarə Müşviq qızına, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Mehdiyev Kamil Fazil oğluna, İbrahimov Bahadur Vaqif oğluna, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib Xasməmmədov Raqif Sahid oğluna, Qazax RİH başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alıyev Murğuz Qələndər oğluna, Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pirməmmədov Məhəmməd Xəlid oğluna, Aşağı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfəndiyev Yaşar Oqtay oğluna, Fərəhli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Nəsimi Vəli oğluna, Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çobanov Ayət Saqif oğluna, Orta Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruzov Müşfiq Vəzir oğluna, Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmşiyev Nəsib Məmməd oğluna, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Məsmalıyev Əziz Tanrıverdi oğluna, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vəkilov Elxan Rafiq oğluna, Qazax Rayon Statistika İdarəsində rəis müavini Mustafayev Elçin Omar oğluna Qazax RİH başçısının Fəxri Fərmanları təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Respublika Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusunun medallarla təltif olunduğunu, həmin dövlət qulluqçuları arasında Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sektor müdiri Babayev Qurban Teymur oğlunun və Qazax Rayon Statistika İdarəsinin rəisi Xəlilova Dürdanə Rəhim qızının da olduğunu, onların “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiklərini vurğulayıb Onları bu münasibətlə təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha səmərəli fəaliyyət arzulayıb. Respublika Prezidenti İlham Əliyevə dövlət qulluqçularının, o cümlədən də Qazax Rayon İcra Hakimiyyəti və digər əməkdaşımızın fəaliyyətinə, əməyinə verdiyi yüksək qiymət və dəyərə görə ziyalılar adından minnətdarlığını bildirib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin Vətəninə, xalqına olan sevgisinin, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərinin hər bir dövlət məmuruna nümunə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür. İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil, suveren, qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün

həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir. İcra başçısı dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Yasin Əkbərov çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunan dövlət qulluqçularına Fəxri Fərmanlar təqdim edilib.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Əvvəlki Yazı

Azərbaycan Suriyaya başsağlığı verdi

Növbəti Yazı

Dünən bank kartlarından 11 min manatdan çox pul oğurlanıb

EKSKLUZİV

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

23 Oktyabr 2026 / 16:00
0
Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

23 Oktyabr 2026 / 15:45
2
Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

23 Oktyabr 2026 / 15:30
3
Məşhur məşqçi Bakıya gəlib

Məşhur məşqçi Bakıya gəlib

23 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Məşhur məşqçi Bakıya gəlib

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

AFFA klub rəhbərinə ağır cəza verdi

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.