Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Kristal Bakı” “Qanlı göl”ün ətrafındakı sakinlərin “qan”ını almaq istəyir

Oktyabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

“Kristal Bakı” şirkəti “Qanlı göl” civarındakı “Park Yasamal” layihəsinin növbəti mərhələsinin icrasına başlamağa qərar verib. Şirkət yeni çoxmərtəbəli binaların inşasından ötrü onillərdir həmin ərazidə yaşayanları zorla evlərindən çıxarmaq istədiyindən, məhkəmədə sakinlərə qarşı iddialar qaldırıb.

Mia.az-ın məlumatına görə, bu barədə AzadlıqRadiosunu həmin sakinlərdən biri – Emil Səlimov bilgiləndirib.

Onun dediyinə görə, “Kristal Bakı” ASC Yasamal Rayon Məhkəməsində, atası Rafiq Səlimov da daxil, müxtəlif ev sahiblərinə qarşı evlərin boşaldılması tələbiylə iddia qaldırıb.

Emil Səlimov bildirir ki, şirkət evinin yerində tikəcəyi binalarda sakinlərə mənzil vermək istəmir. Təklif etdiyi kompensasiyanın məbləği isə yaşadıqları ərazi üzrə bazar qiymətlərindən dəfələrlə aşağıdır. Üstəlik, ən əsası, sakinlər onillərdir yaşadıqları ərazidən köçmək istəmir, öz evlərinin sahəsinə uyğun mənzil tələb edirlər:

“Biz 30 ildir bu evdə yaşayırıq, qeydiyyatımız var. Bütün kommunal xidmətlər ödənilir. İndi ‘Kristal’ özbaşınalıq edir, məhkəmədə iddia qaldırır ki, ‘qanunsuz tikilidir, boşaldılsın’. Bizim 85 kvadratmetrlik evimizə də 60 min manat kompensasiya təklif edir. Özü 85 kvadratlıq tam təmirsiz, təkcə daş divarı o qiymətə satarmı? Bu qədər insafsızlıq, bu qədər vicdansızlıq olmaz”.

E.Səlimov atasının ciddi sağlıq problemləri yaşadığını da deyir. Məhkəməyə verilən digər qonşular da ağır xəstəliklərdən əziyyət çəkirlər. Sakinin fikrincə, məhkəmə çəkişmələri, insanların onillərdir yaşadıqları evlərdən zorla çıxarılması faciəyə gətirib çıxara bilər:

“Bunlar nə vaxt gəlib bizə hansısa təklif elədilər ki, razılaşmadıq, məhkəməyə verdilər? Şəxsən bizim ailə heç bir məbləğdə kompensasiya istəmir, evimizin sahəsinə uyğun ev istəyirik, artıq heç nə. Ailə üzvlərimin sağlamlığı ilə bağlı istənilən xoşagəlməz halın məsuliyyəti də bu şirkətin üzərindədir”.

“Kristal Bakı” R.Səlimova qarşı “pul ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair ASC-nin iddiasına oktyabrın 14-də baxılacaq.

Avropa Məhkəməsi “Türkiyəyə qarşı” qərarında yazır ki…

“Kristal Bakı”nın “Qanlı göl” ətrafındakı sakinlərə qarşı davranışını AzadlıqRadiosuna şərh edən vəkil Nemət Kərimlinin fikrincə, məhkəmədə belə bir iddianı qaldırmağa şirkətin subyektiv hüququ yoxdur:

“Tikinti şirkəti o insanların yaşadıqları evlərin qanunsuz tikili olub-olmadığını müəyyənləşdirəcək orqan deyil. Şirkət özlüyündə həmin evlərin qanunsuz tikili olmasına qərar verib, üstəlik, onların sökülməsi tələbiylə iddia qaldırır? Tikinti şirkəti hansı səlahiyyətlə belə addım atır?”

N.Kərimli Avropa Məhkəməsinin “Öner Yıldız Türkiyəyə qarşı” qərarını yada salır. Həmin qərarda bəhs olunan olayda zibil qutularındakı yanğının alovu yaxınlıqdakı gecəqonduya qədər yayılmış və orada bir nəfərin ölümünə səbəb olmuşdu. Türkiyədə yerli məhkəmələr gecəqondunu özbaşına tikili kimi qiymətləndirsələr də, Avropa Məhkəməsi məsələyə fərqli yanaşıb. Qərarda göstərilib ki, illərlə insanlar orada yaşayıbsa, kommunal xidmətlərə görə ödəniş olunubsa, dövlət orqanları bunu görüb və bununla da faktiki mülkiyyət hüququ tanınıb. Beləliklə, həmin qərarda məhkəmə həm yaşamaq, həm də mülkiyyət hüququnun pozuntusunu tanımışdı:

“Avropa Məhkəməsinin presedent qərarları bütün üzv ölkələr üçün keçərlidir və bizim məhkəmələr də yeri gəldikcə istinad edir. Yasamalda da insanlar 30 ildir yaşayırlar, qeydiyyatları var, dövlət orqanları faktiki onların mülkiyyət hüququnu tanıyıb. İnsanlara da ya ədalətli şəkildə – öz evlərinin sahəsinə uyğun mənzil verilməlidir, ya da özləri istəsələr, bazar qiyməti ilə kompensasiya…”.

Əvvəlki Yazı

Həbs edilən dostu ilə fotolarını sildi

Növbəti Yazı

Emin Əmirullayev direktorlarla bacarmır? – Nazirin sərtliyi olsaydı…

EKSKLUZİV

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1
Bu şəxslərə pulsuz mənzil veriləcək

Bu şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.