Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Fransızlar milyarder Əhmədova necə kələk gəliblər…

Oktyabr 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Bakıda məhkəmədə beynəlxalq korrupsiya işi araşdırılır

Bu gün Bakı Ağır Cinayətlər Fransa vətəndaşı Anass Derrazın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Həbsinə qədər o, Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti olub.

“Yeni Müsavat”ın əməkdaşı xəbər verir ki, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə şahidlərin dindiriləcəyi gözlənilir. Anass Derraz azərbaycanlı milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb və istintaq olunub. O, cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

İş üzrə ötən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib, işləri ilə bağlı məsləhətlər verib: “Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi və texniki yardım kimi xidmətlər göstərmişəm. Fərhad Əhmədovun yaxtasının həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı təmin etmək idi. Mən şirkətin mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm”.

A.Derraz qeyd edib ki, Fərhad Əhmədovun yaxtasının üzərindən həbs götürülsəydi, qonorar alacaqdı: “Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi”.

Daha sonra prosesdə A.Derrazın istintaqa ifadəsi elan olunub. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirib ki, Mərakeş əsilli Fransa vətəndaşı Aleksandr Benalla nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirib: “Hoteldə görüşüb müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməsini təmin edək. Müqaviləyə əsasən, bu işlərə görə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon sənə veriləcək. Lakin mən razılaşmadım, 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. İlkin olaraq, mənə 200 min dollar, Benallaya isə 400 min dollar çatdı. İş tamamlanmadığı üçün qalan pul verilmədi”.

A.Derraz bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olunduğundan imtina edilib: “Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina ediblər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı”.

İttihama görə, adları çəkilən şəxslər – Derraz və Benalla Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasını həbsdən azad edəcəklərini, Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə, onlar arasında 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

İstintaq sənədlərinə görə, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb. Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasına kömək etməkdə ittiham olunur.

Qeyd edək ki, Annas Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

DTX tərəfindən Anass Derraza qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Annas Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək, onu 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

İnterpolun Fransa Prezidentinin mühafizə xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. Aleksandr Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Zaur Mikayılovdan Mehriban Əliyevaya şikayət olundu

Növbəti Yazı

Paşinyan “Zəngəzur dəhlizi”nə razılaşdı: “Qoy Azərbaycanda nə istəsələr desinlər”

EKSKLUZİV

“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

20 Oktyabr 2026 / 10:13
3
Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1

XƏBƏR LENTİ

“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.