Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Oktyabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Yasamal Rayon İcra Hakimiyyəti cari ildə 3 satınalma müqaviləsi bağlayıb.  Qaynarinfo xəbər verir ki, hər üç müqavilə birmənbə metodu üzrə imzalanıb.
Müqavilələrdən biri köçürülmə işləri ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi ilə bağlıdır. Bu layihəni həyata keçirən “RAMCO” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 17 051 000 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “RAMCO” QSC 20 dekabr 2010-cu ildə qeydiyyata alınıb. 2019-cu ilədək MMC kimi fəaliyyət göstərib. Həmin şirkətin təşkilati-hüquqi forması dəyişdirilib.
Nizamnamə kapitalı 2000 manat olan “RAMCO” QSC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti ev 35A, mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur. Cari ildə şirkətə 40 manat maliyyə sanksiyası tətbiq edilib. QSC vergi hesabatını vaxtında təqdim etmədiyinə görə sanksiya ilə üzləşib.
“RAMCO” QSC-nin veb-səhifəsində yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən inşaat sketorunda fəaliyyət göstərir. QSC sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisə ilə məşğuldur.
Şirkət bir sıra dövlət layihələrinə də imza atıb. Lakin bütün bunlar “RAMCO” QSC ilə birmənbə metodu üzrə satınalma müqaviləsi bağlanmasına əsas vermir. Çünki eyni işi görə biləcək başqa şirkətlər də var. Yəni, “RAMCO” QSC söküntü işlərində alternativi olmayan şirkət deyil.
Ümumiyyətlə, bu satınalma predmeti üzrə birmənbə metodunun tətbiqi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir.  “RAMCO” QSC-nin bu satınalma predmeti üzrə alternativsiz şirkət olmadığını qeyd etdik. Digər tərəfdən, söküntü işlərinin konkret olaraq hansı ərazidə və hansı məqsədlə aparıldığı haqqında məlumat yoxdur. Ona görə də təcili tələbatın yaranıb-yaranmadığı barədə sualın cavabı açıq qalır. 
Ölkədə hər hansı fövqəladə hal da baş verməyib. Qanuna əsasən, birmənbə metodu həm də hər hansı fövqəladə hal baş verdikdə tətbiq edilə bilər.
Beləliklə, Yasamal Rayon İcra Hakimiyyətinin 17 milyonluq sifarişi hansı səbəbdəb birmənbə metodu ilə “RAMCO” QSC-yə aydın deyil. Bu qeyri-müəyyənlik isə satınalma prosedurunun şəffaflığına şübhələri artırır.

Bəlkə İcra Hakimiyyəti ilə QSC-nin rəhbəri Rövşən Abdullayev arasında hansısa bağlılıq var? Bu suala cabab tapmaq mümkün olmayıb.  Yeri gəlmişkən, Rövşən Abdullayev bir neçə il əvvəl türkiyəli iş adamı Necdan Uzun Mustafanın ittihamlarına məruz qalmışdı. Türkiyəli iş adamı iddia edirdi ki, Rövşən Abdullayev onu aldadaraq əmlakını ələ keçirib. Lakin QSC rəhbərinin vəkili Sənan Süleymanlı bu ittihamların əsassız olduğunu bildirmişdi. 

Rövşən Abdullayev haqqında açıq mənbələrdə başqa heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, hətta “RAMCO” QSC-nin rəsmi internet səhifəsində belə, Rövşən Abdullayev barəsində heç bir qeyd yoxdur.
Yasamal Rayon İcra Hakimiyyətinin birmənbə metodu üzə imzaladığı digər iki müqavilədə isə yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi nəzərdə tutulur. Müqavilələrin ümumi maliyyə dəyəri 2 734 791,6 manatdır. Hər iki müqavilə “Ekspert Audit” MMC ilə imzalanıb. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarından görünür ki, 21 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Niyazi küçəsi ev 42/76, mənzil 6A-da yerləşən şirkətin qanuni təmsilçisi Bağırov İlham Qismət oğludur.
“Ekspert Audit” MMC haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətin qanuni təmsilçisi İlham Bağırovu ictimaiyyət “Sovetski”dəki söküntüdən tanıyır. Həmin vaxt mediada gedən məlumatlarda bildirilirdi ki, İlham Bağırovun rəhbəri olduğu “Azər Expert” MMC “Sovetski”dəki evləri dəyərindən çox ucuz qiymətləndirib. İlham Bağırovun sakinlərin bu iddialarını əsassız saysa da, onlar yenidən israrla evlərin ucuz qiymətləndirildiyini bildiriblər. 
Bu arada qeyd edək ki, İlham Bağırov hələ də “Azər Expert” MMC-nin rəhbəridir.
Ölkədə çox sayda qiymətləndirmə şirkətləri var. Ona görə də Yasamal Rayon İcra Hakimiyyətinin müsabiqə keçirmədən “Ekspert Audit” MMC ilə satınalma müqaviləsi imzalaması başa düşülmür. “RAMCO” QSC ilə bağlanan müqavilə haqqında yazdıqlarımız “Ekspert Audit” MMC üçün keçərli olduğuna görə, füzulluq etməyə lüzum görümürük.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2019-cu ildə icra başçısı vəzifəsinə təyinat alıb.
Seyid
Əvvəlki Yazı

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Növbəti Yazı

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

EKSKLUZİV

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

27 May 2026 / 20:19
1

Yeni direktor icra başçısının qardaşı imiş

27 May 2026 / 4:22
1

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

26 May 2026 / 22:43
1

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

26 May 2026 / 20:41
1

XƏBƏR LENTİ

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Rasim Əsgərovun “Hekayə”si viral oldu (VİDEO)

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş – Fotolar

General Kənan Seyidovun qızı ailə qurdu

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

İntensiv yağış yağacaq – Xəbərdarlıq

17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı

Leyla Əliyeva Bakıda toyda – Video

Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu

Komandası tarixi uğur qazandı, sevincindən ağladı – Video

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? – Açıqlama

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.