Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

Oktyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Qədim türklərin çox gözəl bir adəti varmış: Yeni doğulan körpəyə dərhal ad qoymazlarmış, gözləyərmişlər vu insan özünü hası cəhətdən göstərərmişsə, uğuru, yaxud qüsuru nəylə bağlı olarmışsa adı da ona uyğun seçərlərmiş Zaman keçdikcə bu adət unudulub, tamamilə itib. Düzdür xalq yenə də tarixi yaddaşından gələn instinktlə rəsmi adlara həmin şəxslərin əməlinə, şəxsi keyfiyyətlərinə uyğun ayamalar qoşub. Amma bu durumu tam ehtiva etmir. Təəssüf… Bax qədim türklərin o adəti qalsaydı yəqin bu gün tarixşünaslığa, parlamentə özünü pərçim edən Qasımlı soyadlı şəxsin adı Musa olmazdı. Ən azından tarixdə Fironla haqqa görə üz-üzə gələn, simasını, mövqeyini dəyişməyən, mübarizə və ləyaqət simvolu olan Musa peyğəmbərin adına görə!… Sərt oldu, bir az, əziz oxucu? Məncə yox, az oldu…
Bu gün ölkə gündəminin əsas mövzusu olan Ramiz Mehdiyev məsələsindən başlayaq. Demək 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”. O yazır: “Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır”. Azərbaycanın yaxın tarixi ilə azdan-çoxdan məlumatlı şəxs bilir ki, Heydər Əliyev vəzifədən getdikdən sonra ona qarşı açıq çıxış edənlərdən biri məhz Mehdiyev olub və onun “politiçeyskiy trup” ifadəsi çoxlarının yaddaşındadır. Amma cənab Qasımlının bundan xəbəri yoxmuş…
Bu xəbərsiz tarixşünas bir az da qabağa gedib həmin məqaləsində yazır: “1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi.” Yalanın bu qədəri də olmaz, axı. Elə həmin dövrdə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına milli düşüncəli alimlərin etirazını Ramiz Mehdiyev “Bu vahid sovet ailəsinə qarşı təxribat, milli ədavət yaratmaqdır deyə” yatırtmaq istəyib. Elə həmin iclasda gənc alim İsa Qəmbərovun “Ermənilər Azərbaycan torpaqlarını ələ keçirəcəksə, xalq sizi birdəfəlik siləcək” cümləsi də hər kəsin yadındadır. Amma cənab Qasımlı bunları bilməz, çünki o zaman özünə başı də sovet ideologiyasını təbliğ edən tarixi araşdırmara qarışmışdı. Amma İsa bəyi xatırlamamış olmaz. Axı Qasımlı heç zaman milli demokratik düşərgədə olmadan birdən birə qatı Müsavatçıya çevrilmişdi. 2003-cü il oktyabrın 14-də yaxınlarına “İsa bəyin yanında olun, iki gün sonra gec olacaq” deyən bu şəxs, oktyabrıjn 17-də Lider kanalında İlham Əliyevin seçki qələbəsindən ağızdolusu danışırdı. Özünü Ramiz Mehdiyev komandasından bilməyən Qasımlı unudur ki, onun izni olmadan nə Akademiyanın müxbir üzvü olmaq olardı, nə də inistut direktoru. Bütün bunları əlbəttə ki, bilir və Mehdiyevin ona verdiyi çörəyin də fərqindədir. Amma 2003-də Müsavata olduğu kimi, indi də Mehdiyevə xəyanət edənlərin, dünən dediyini bu gün dananların başında məhz Qasımlı gəldi…

Parlamentin ikinci şəxsi olmaq mövqeyinə gedən yol belə əməllərdən keçib. Adam bütün situasiyalarda mövqeyini və sözünü dəyişməklə bir pillə də yüksələcəyindən o qədər əmindir ki, seçildiyi Yardımlı rayonu belə umurunda deyil. Yardımlı rayonu tükənib, reanimasion durumdadır, əhali kəndləri tərk edib, iş yerləri yoxdur, o boyda turizm potensialı olan rayonda bir dənə də olsun şərait yaradılmayıb, rayonda 1 işıqfor var, onun da ancaq sarı işığı yanır. Axı sən alimsən, bu boyda mandat hərisliyi nəyə lazımdır?! Axı səndə Yardımlının problemlərini həll etməyə, rayonun inkişafı üçün inqilabi addımlar atmağa güc-iradə yoxdur, dişə vurulası bircə cəsarətli çıxışın da gözə dəymir. İncimə cənab Qasımlı gedib meşədə, təbitə qoynundan özünə xudmani villa tikdirməklə deyil ki… Demək bu şəxs 2023-cü ildə bir dəfə cəsarətlənib parlamentin iclasında “Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir” deyib. Elə dərhal da Təhsil Nazirliyi tərəfindən cavabın alıb: ““Təəssüf edirik ki, deputat Musa Qasımlı məktəb barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb. Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat “Reyhan MMC” tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur”. Bu şəxs, deputatı olduğu yox eee, doğulduğu mahaldan da xəbərsizmiş….
Bütün bunlardan sonra XII əsrdə yaşamış filosof İbn Rüşdün bir fikrin xatırlatmaq yerinə düşər: elm nüfuzunu, alim isə ağlını itirdikdə zərər görən – ziyan çəkən insan, cəmiyyət və dövlət olur. Amma müasir təcrübə həm də “alim” adının arxasına sığınaraq, adi məmur hikkəsi ilə ziyanlı fəaliyyət göstərməklə dövlətə zərər verməyə çalışanların da mənfi nümunəsini göstərir…
Nəsimi Şərəfxanlı

Əvvəlki Yazı

Regional əməkdaşlıq nümunəsi

Növbəti Yazı

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

EKSKLUZİV

Pakistan sülh missiyasına qoşulur: Şərif Pezeşkiyanla görüşdü

19 Aprel 2026 / 23:22
0

ABŞ Hörmüz boğazında minalara qarşı mübarizəni gücləndirir: Yeni dron texnologiyası tətbiq olunur

19 Aprel 2026 / 23:22
0

Dəniz Səviyyəsi Yüksəlir: Pasifik Adaları Nəhəng Divarla Qorunacaq

19 Aprel 2026 / 23:22
0

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

19 Aprel 2026 / 22:22
1

XƏBƏR LENTİ

Pakistan sülh missiyasına qoşulur: Şərif Pezeşkiyanla görüşdü

ABŞ Hörmüz boğazında minalara qarşı mübarizəni gücləndirir: Yeni dron texnologiyası tətbiq olunur

Dəniz Səviyyəsi Yüksəlir: Pasifik Adaları Nəhəng Divarla Qorunacaq

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

Premyer Liqada böyük matç: “Mançester Siti” “Arsenal”ı məğlub etdi

“Sumqayıt”ın möhtəşəm qələbəsi: Çempionatda irəliləyiş!

Serie A-da Sensasiya: “Napoli”nin Məğlubiyyətsizlik Seriyası Qırıldı

“Bavariya” Almaniya Çempionluğunu Təmin Etdi: Növbəti Tarixi Zəfər!

İran ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etdi: Tehranın qəti mövqeyi

Epşteyn qalmaqalı Norveç diplomatı Mona Cuulun karyerasını bitirdi

“Bavariya” Bundesliqanın ən yaxşısı: Növbəti çempionluq rəsmiləşdi!

Sülh danışıqları üçün yeni cəhd: Kiyev Türkiyədən Zelenski-Putin görüşünü istəyir

ABŞ-da dəhşətli faciə: Luizianada atışma nəticəsində səkkiz uşaq həlak olub

Kia və Genesis 236 min avtomobili təcili geri çağırır: Mühərrikdə yanğın təhlükəsi

Şəhərləri sərinlətmək üçün inqilabi metod: Çay suyu nəhəng kondisionerə çevrildi

Kaxaber Sxadadze azarkeşlərdən üzr istədi: Komandanın ağır məğlubiyyəti

Saşa İliç: “Oyunumuzu bəyənmədim, amma 3 xal hər şeydən önəmlidir!”

Superliqaya ilk vəsiqə qazananlar bəlli oldu: İdman dünyasında yeni səhifə açılır!

Bolqarıstan Parlament Seçkiləri: Fəallıq 34,63% Səviyyəsində – Düşüş Davam Edir?

TÜRKPA Baş Katibi Antalya Diplomatiya Forumunda Mühüm Mesajlar Verdi

İran hücumlarından sonra Bəhreyndən sərt cavab: Vətəndaşlıqları araşdırılacaq!

Mersisayd Derbisi “Liverpul”un Zəfəri ilə Baş Çatdı: Qırmızılar Üstünlüyünü Göstərdi

Qol Sevinci Qapıçıya Baha Başa Gəldi: Meydanı Xərəkdə Tərk Etdi

Azərbaycan Futbolunda Gərgin Anlar: İmişli Kəpəzi, Sumqayıt Qəbələni Məğlub Etdi

Ronaldo və “Əl-Nəsr” yarımfinalda: Kuboka bir addım daha yaxın!

“İmişli” “Kəpəzi” Dərin Məğlubiyyətə Uğratdı: Çempionatda Vəziyyət Gərginləşir

Ukraynalı Uşaqlar Azərbaycanda: Sağlamlıq Və Ümid Körpüsü

HARRİS DƏ TRAMPI İTTİHAM ETDİ – “Bu, Epşteyn işindən yayınmaq üçün biabırçı cəhd idi!”

ABŞ Energetika Naziri: İranla Sülh Sazişi İki Həftə Ərzində Mümkündür

Donald Trampdan əhəmiyyətli danışıqlar barədə nikbin proqnoz: “Çox yaxşı olacaq…”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.