Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” – İstintaqa dosye təqdim olundu

Oktyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.

15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.

2010-cu il sentyabr ayının 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.

Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda da böyük bir təhlükə qarşısındadırlar. Nəcimə Babayevanın qızı Gülnarə Həbibova istintaqa son dərəcə ilginc müraciət təqdim edib.

Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə etdiyi müraciətində bildirir:

“Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi”.

Müraciətdə Gülnarə Həbibova açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun “kassiri” və müavini Akif Mərdanovun, həmçinin bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib: “Anam qətlindən öncəki 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi”.

“Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru idi”

Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev icra edib.

“Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir”.

Gülnara Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub, Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması da məhz bu əlaqə ilə təmin edilib.

“Qətlin sifarişli olması versiyası istintaqda qəsdən gizlədildi”

Qızının sözlərinə görə, anasının sifarişlə qətli  əmlakın ələ keçirilməsinə görə olub. Lakin uzun illər boyu istintaq orqanları bu versiyanı qəsdən kölgədə saxlayıblar.

“İstintaqın ilk günlərindən bu versiyanın üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu”.

15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən ona təzyiqlər göstərilib. Lakin Nəcimə Babayevanın təzyiqlərə tab gətirməsi, ona qarşı başladılmış məhkəmələrdən qalib ayrılması “mehdiyevçi”lərin planlarını pozub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb, qətlin ailə-məişət zəminində törədilməsi haqda yanlış versiya ortaya atılıb. İstintaq qətlindən öncə Nəcimə Babayevanın əleyhinə aparılan qaralama kampaniyasını diqqətdən kənar qoyub. Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazıdqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

“Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş”,- deyə Gülnarə Həbibova müraciətində qeyd edir.

“Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir”.

Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004–2019-cu illərdə Xaçmaz İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq Nəcibə Babayevanın qətl işinin üstünün açılmasına bundan sonra da imkan verilməyib.

Nəcimə Babayevanın övladları nəhayət ki, analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur

Növbəti Yazı

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

EKSKLUZİV

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 / 15:00
0
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 / 14:48
0
Paşinyan: həbslərdə istsinalar olmayacaq

Paşinyan: həbslərdə istsinalar olmayacaq

17 Sentyabr 2026 / 14:48
0
Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

17 Sentyabr 2026 / 14:33
0

XƏBƏR LENTİ

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.