Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hərbi

Bakının çətin və riskli Qəzza qərarı

Oktyabr 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

04 Dekabr 25 / 10:56
Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12
Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

28 Noyabr 25 / 16:09
Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15

Sülhməramlılarımız Yaxın Şərqin daha bir gərgin və atəşkəsin ən kövrək olduğu anklavda xidmət edə bilər; polkovnik onları gözləyən təhlükələri açıqladı

ABŞ dövlət katibi Marko Rubio Qəzzada təhlükəsizliyi təmin edəcək, atəşkəs prosesini davam qoruyacaq və humanitar yardım çatdıracaq beynəlxalq sülhməramlı qüvvələrin yaradılması səylərinin davam etdirildiyini bildirib.

Qəzza zolağına sülhməramlı qüvvələrə hansı ölkələrin cəlb ediləcəyi sualını cavablandıran Rubio bir çox ölkənin sülhməramlı qüvvələrdə iştirak etmək istədiyini vurğulayıb. Ancaq o, ölkə adı çəkməyib və bildirib ki, sözügedən qüvvələr hələlik yaradılmayıb və işlər davam edir: “Kimin təkliflər təqdim etdiyini və kimin veto edildiyini deməyəcəyəm. Bu qüvvənin hər bir üzvü həm bacarıqlı, həm də istəkli olmalıdır. Eyni zamanda, İsrail də daxil olmaqla, hər kəsin özünü rahat hiss etdiyi ölkələr olmalıdır”.

Rubionun veto barədə danışmaq istəməməsi təsadüfi deyil. İsrail Türkiyənin sülhməramlı prosesdə iştirakına qarşıdır və ABŞ-də bu niyyəti dəstəkləyir. “Yerusəlim post”un yazdığına görə, Təl-Əviv vetonu Türkiyənin HƏMAS-la yaxınlığı ilə sülhməramlı prosesdə iştirak edə bilməz. Ağ Ev də hesab edir ki, Qəzzada olan sülhməramlı qüvvələr neytral ölkə təmsilçiləri olmalıdır. “İsrail-Hayom” qəzetinin məlumatda bildirilir ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. İndoneziyanın sülhməramlı qüvvələrdə iştirak təcrübəsi böyükdür. İndoneziya təkid edir ki, missiyada yalnız  BMT-nin Təhlükəsizlik Şurasının qərarı  olacağı təqdirdə iştirak edəcək. “The Times of Israel” son sayında yazıb ki,  Azərbaycan Qəzzaya qoşun yeritməyə razılıq verib.                

Qeyd edək ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı  NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib.

Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.

Türkiyənin iştirakının əngəlləndiyi missiyada Azərbaycanın iştirakı nə dərəcədə doğru olardı? Qəzzada sülhməramlıları hansı risklər gözləyir?   

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan NATO-nun sülhməramlı missiyasında aktiv iştirakçıdır: “Alyans ölkəmizin sülhməramlı hərbçilərinin fəaliyyətinə görə Azərbaycana həmişə təşəkkür edib. Əfqanıstanda sülhməramlılarımız bir tağımla xidmətə başlamışdı, sonra onların sayı 120-dən çox oldu. Bu sayın artımına görə də hər il NATO rəhbərliyi Azərbaycana minnətdarlıq etmişdi. Hətta Əfqanıstanda azərbaycanlı sülhməramlılar haqda tədris filmi çəkilib və bizim hərbçilərin nümunəvi xidməti NATO hərbi məktəblərində tədris vəsaiti kimi istifadə olunur”.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycanın adı Qəzzada sülhməramlı missiyada iştirakçı kimi tez-tez çəkilir: “Bu da təəccüblü deyil, çünki hərbçilərimiz əvvəlki xidmətlərində yüksək peşəkarlıq nümayiş etdiriblər. Digər tərəfdən, Azərbaycanda sülhməramlı taborlar var. Bu taborlar məhz döyüş proqramında sülhməramlı missiyanın xüsusiyyətlərini öyrənirlər və yerinə yetirirlər. Hər il NATO-dan Azərbaycana nümayəndə gəlir və sülhməramlılarımız onların qoyduğu tələbləri təlim şəklində yerinə yetirirlər”.

Polkovnik deyib ki, bundan əlavə, Azərbaycanın siyasətində sülh vacib yer tutur: “Ölkəmiz İsraillə dost münasibətlərini gizlətmir. Baxmayaraq ki, cənub qonşumuz bu dostluğa qısqanclıqla yanaşır, müəyyən təzyiqlər göstərməyə çalışır. Lakin Azərbaycan müstəqil siyasət yürüdür və suveren ölkədir. Vətən müharibəsindən sonra cənab prezident söyləmişdi ki, indi kimin əsl dostumuz olduğunu indi bilirik. İsrail də Azərbaycanın dostları siyahısında olan ölkədir və ölkəmizin bütün haqq işini həmişə müdafiə edib. İstər işğal dövründə, istərsə Vətən müharibəsi günlərində bizi dəstəkləyiblər, qələbəmizə sevinən dostlarımızdan olub. Azərbaycan da bu məsələlərə dostluq prizmasından yanaşır. Ona görə də Qəzza zolağında azərbaycanlı sülhməramlıların olmasını İsrail qəbul edir, bizə etibarı var, həm də Fələstinin bizə münasibətində anlayış görmək olar”.

Ş.Ramaldanov Qəzza zolağının qaynar zona olduğunu bir daha yada salıb: “Orada atəşkəs əldə olunsa da, təhlükə qalır. Bu anklavda atəşkəs çox etibarsızdır və proksi qüvvələr hansısa güclərin əlində alət olublar, bu səbəbdən münaqişənin yenidən alovlanması riski var. Ona görə də sülhməramlılar xidməti yerindən asılı olmayaraq, həmişə risk qarşısındadırlar. Çünki iki münaqişə tərəfinin ortasında qalaraq sülhü təmin etmək asan deyil. Ancaq sülhməramlı missiya güclü şəkildə maarifləndirilir və təhlükəsiz xidmət aparmaq üçün onlara maksimum şərait yaradılır, silah-sursatla təchiz olunurlar. Bütün bunları nəzərə alsaq, Azərbaycana etimad göstərilsə, hərbçilərimiz Qəzza zolağında da vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirəcəklər. Üstəgəl, sülhməramlılarımız digər ölkələrin eyni missiyanı daşıyan əsgərlərindən fərqli olaraq, qələbəyə aparan döyüşlərdə iştirak etmiş yüksək səviyyəli hərbçilərdən ibarətdir”.

“İsrail Hayom” isə xəbər verib ki, HƏMAS Qəzzada qaldıqca Azərbaycan qoşunları oraya girməyəcək. Qəzetin yazdığına görə, İndoneziya, Azərbaycan, İordaniya və Mərakeş də daxil olmaqla, Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin potensial iştirakçıları HƏMAS silahlı strukturlarını saxladığı müddətdə qoşun göndərməyə hazır deyillər. 

Qeyd edək ki, bu münaqişəni həll etmək üçün ilk cəhdlər 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fələstin üçün Bölmə Planında ön əksini tapıb. Lakin sənəd iki tərəf arasında problemlərin daha da alovlanmasına səbəb olub. Nəticədə 1947-1949-cu illəri əhatə edən İsrail-Fələstin müharibəsi başlayıb. Həmin müharibədən sonra müəyyən sakitlik dövrü olsa da, 1967-ci ildə Altı Günlük İsrail-Fələstin müharibəsi baş tutub. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum olub. İsrail cavab olaraq iki il anklavda qətliamlar həyata keçirib.

Əvvəlki Yazı

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Növbəti Yazı

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

EKSKLUZİV

DÇ-2026: Püşk atıldı, rəqiblər bəlli oldu

DÇ-2026: Püşk atıldı, rəqiblər bəlli oldu

08 Dekabr 2025 / 14:00
0
Qar, leysan! Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Qar, leysan! Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

08 Dekabr 2025 / 13:56
0
Ermənistanda azərbaycandilli KANAL bağlandı

Ermənistanda azərbaycandilli KANAL bağlandı

08 Dekabr 2025 / 13:54
0
Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq – İDDİA

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq – İDDİA

08 Dekabr 2025 / 13:52
0

XƏBƏR LENTİ

DÇ-2026: Püşk atıldı, rəqiblər bəlli oldu

Qar, leysan! Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Ermənistanda azərbaycandilli KANAL bağlandı

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq – İDDİA

Tramp İlham Əliyevə təşəkkür etdi

Əbülfəz Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

8 min manatlıq müavinət kimlərə veriləcək?

2026-cı ildə ŞOK HADİSƏLƏR olacaq: İlk dəfə! – Vanqanın proqnozu

Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir”

Yenitikililərdə yenidən “kupça” böhranı: Problem nədir?

Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

Sərt qış yaxınlaşır, əsrin soyuğu…

Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan nefti: satış qiyməti ilə büdcədəki qiymətin fərqi

Sabah Bakıda leysan olacaq

“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub”- Qardaşı

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Əbülfəz Qarayevin qızı bəyanat yaydı – Üzr istədi

Yanvarın 1-dən benzin bahalaşır? – Mühüm AÇIQLAMA

Mehdiyevin oğlunu gözləyən aqibət – banklar, torpaq sahələri…

Quru sərhədlərin açılmasına əsas əngəl

Paşinyan keçmiş liderləri rəqib hesab etmir

Şahin Mustafayev Ermənistana GEDƏCƏK

Rusiya istənilən halda Donbassı və Novorossiyanı ələ keçirəcək – Putin HƏDƏLƏDİ

Anar Əliyev devalvasiyanın, inflyasiyanın hesabına artan rəqəmlərlə manipuliyasiya edir

Eldar Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır

Putin artıq qocalığını gizlədə bilmir… – FOTOLAR

Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

Əhməd Vəliyev borclarını ödəmək üçün obyektini satır…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.