Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Eldar Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır

Dekabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Bakıda yerli sakinlərin və turistlərin ən çox üz tutduğu məkanlar Dənizkənarı Milli Park, Nizami küçəsi, Fəvvarələr meydanı və ona bitişik küçələrdirə yerləşən istirahət yerləridir. Qiymətlər şəhərin digər yerləri ilə müqayisədə kifayət qədər baha olsa da, günün ikinci yarısından gecəyə qədər burada həyat qaynayır, kafe-restoranlar, kofe-şoplar, gecə klubları dolub-daşır. Xüsusən “Torqovı” adlanan, şəhər sakinlərinin sevimli gəzinti və istirahət məkanında insan əlindən tərpənmək olmur. İnsanları narahat edən və əsəbləşdirən bu sıxlıq isə təkcə gələnlərin çoxluğu ilə bağlı deyil, həm də şəhər rəhbərliyinin hüdudsuz tamahı ilə bağlıdır. Bu barədə bir qədər sonra…

Qeyd edək ki, bulvarda ticarət və xidmət obyektlərinin qurulmasına icazəni Dənizkənarı Milli Park İdarəsi, İçərişəhərdə İçərişəhər Dövlət Qoruq İdarəsi, şəhərin digər ictimai yerlərində isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və İqtisadiyyat Departamenti ilə razılaşmaqla rayon icra hakimiyyətləri verir. Əldə edilən məlumata görə, yerli icra hakimiyyətlərinin rolu formal xarakter daşıyır, əsas söz sahibi isə şəhər meri Eldar Əzizovdur.

Bu obyektlərin hamısı Departamentlə icarə müqaviləsi bağlayır və aybaay ona ödəniş edir. Sənəddə göstərilən icarə məbləği ilə real ödənişlərin fərqli olub-olmadığını hüquq-mühafizə orqanları araşdırsa, kifayət qədər uyğunsuzluq tapmaq mümkündür…

Problemə gəldikdə, Kukla Teatrının yanından yeraltı keçiddən sonra başlayan Məhəmməd Əmin Rəsulzadə küçəsinin hər iki tərəfi ticarət və iaşə obyektləri tərəfindən “işğal” olunub. Onların sayı və zəbt etdikləri ərazilər o qədər genişlənib ki, küçə ilə piyadaların hərəkəti çətinləşir. Axşam saatlarında isə Rəsulzadə küçəsində keçilməz insan tıxacı yaranır. Bir qayda olaraq, küçənin hər iki boyu yüngül konstruksiyalardan inşa edilmiş kofe-şop və kafe-restoranları işlədənlərin “gözü doymayıb”, masalar küçənin hərəkət hissəsinə də düzülüb. Şəhərin ən bahalı hissəsində obyekt qurmaq, onu icarəyə götürmək hər adamın işi deyil. Aylıq gəlirləri on minlərlə manatla ölçülən bu məkanlar yüksək vəzifəli məmurlar və oliqarxlar arasında bölünüb. Əsas odur ki, BŞİH-in Ticarət və İqtisadiyyat Şöbəsini “görüb”, sonra sənədləri toplayasan. Mövcud qaydalara görə, əvvəlcə hansı növ ticarət obyektinin açılacağı və obyektin yerləşəcəyi dəqiq ünvan müəyyən edilir. Obyektin yeri BŞİH-in planlaşdırma və şəhər estetikası “tələblərinə” uyğun olmalıdır.

Müraciət üçün tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi və ya hüquqi şəxs qeydiyyatı sənədi (firma açılırsa);

Obyektin yerini göstərən plan və ya xəritə;

Ticarət növü üzrə təsdiqlənmiş layihə və ya eskiz (özəl ticarət nöqtələri üçün);

Əgər obyekt küçədə yerləşirsə, təhlükəsizlik, yol hərəkəti və piyadaların hərəkəti ilə bağlı icazə.

Burada yerləşən obyektləri Səhiyyə Nazirliyinin tabeliyində olan sanitar-gigiyena qurumları yoxlayır, xüsusilə qida satışı üçün sanitar pasport verir.

Hüquqi və ya fiziki şəxs olaraq obyekt açıldıqdan sonra Dövlət Vergi Xidmətində qeydiyyat aparılır, ƏDV və ya sadələşdirilmiş vergi sistemi üzrə ödəniş rejimi müəyyən edilir. Sonda BŞİH bütün sənədləri və digər qurumların təsdiqlərini nəzərdən keçirir. Əgər hər şey qaydasındadırsa, obyektin küçədə fəaliyyət göstərməsi üçün rəsmi icazə verilir. İcazə müddətlidir və müəyyən vaxtdan sonra yenilənməsi tələb oluna bilər. Qaydaya görə, BŞİH və rayon icra hakimiyyəti obyektlərin fəaliyyətini nizam-intizam qaydalarına uyğun şəkildə yoxlaya, qaydaları pozan obyektləri bağlaya və ya cərimələyə bilər.

Şərtlərdən göründüyü kimi, guya küçədə yerləşdirilən obyektin təhlükəsizliyi, yol hərəkətinə və piyadaların hərəkətinə mane olub-olmaması barədə digər qurumların rəyi tələb olunur. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, Rəsulzadə küçəsində bu qaydalara ümumiyyətlə riayət olunmur. Əlbəttə, bu dərəbəyliyin pulla ifadə olunan haqqı var: icra hakimiyyətinin tələblərini yerinə yetirən sahibkarlar üçün “yaşıl ışıqdır”, necə deyərlər, “koxanı gör, kəndi çap”!…

Əldə etdiyimiz məlumata görə, BŞİH başçısı Eldar Əzizov müavinlərinin iştirakı ilə tez-tez həmin ərazilərdə olur, bəzən istirahət obyektlərinə də baş çəkir. Maraqlıdır, icra başçısı yaranmış anormal vəziyyəti gördüyü halda, niyə reaksiya vermir? Küçə ticarətinin sakinlərin və turistlərin hərəkətini məhdudlaşdırmaq həddinə çatmasına niyə göz yumulur? Bəs şəhərin planlaşdırılması və estetik görünüşü kimi məsələlər niyə unudulur?

Onu da qeyd edək ki, artıq bir neçə ildir Fəvvarələr Meydanında “Soyuq Əllər, İsti Ürək” yarmarkası təşkil olunur. Burada meydan başdan-başa taxta hasara alınıb, içərisində 200-ə yaxın kiosk və budka yerləşdirilib. Orada müxtəlif qidalar, fast-food və içkilər satılır. Hazırda gündüz saatlarında bu əraziyə giriş qadağandır, çünki noyabrın 25-dən yanvarın 5-dək “Soyuq Əllər, İsti Ürək” yardım kampaniyası keçirilir. Bildirilir ki, yarmarkadakı obyektlərin icarəsindən toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunur.

Yəni ilboyu davam edən bu yarmarkaya görə ərazidə onsuz da sıxlıqdır. Bir tərəfdən də kafe və restoranlara küşəyə masa düzmək icazəsinin verilməsi vəziyyəti daha da pisləşdirir.

Qısası, hazırda Bakının mərkəzi hissələri gəzinti üçün tamamilə yararsız vəziyyətdədir. Sanki hazırkı mer Eldar Əzizov qarşısına məqsəd qoyub ki, Bakını Hacıbala Abutalıbovdan əvvəlki vəziyyətə qaytarsın. Bu fəaliyyətin nəticəsidir ki, mərkəzi küçələr Abutalıbova qədərki dövrün 28 Mayını xatırladır – daralmış yollarda iynə atsan, insan əlindən yerə düşməz.

Səkilərə düzülmüş masaların sayəsində xüsusən gecə saatlarında qapalı məkanlardan küçəyə – göz önünə çıxarılmış insan alveri mənzərələri isə daha da rüsvayçıdır…

Rasim Əliyev

“AzPolitika.info”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəlki Yazı

Putin artıq qocalığını gizlədə bilmir… – FOTOLAR

Növbəti Yazı

Anar Əliyev devalvasiyanın, inflyasiyanın hesabına artan rəqəmlərlə manipuliyasiya edir

EKSKLUZİV

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

04 Oktyabr 2026 / 9:52
5
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 / 0:00
5
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0

XƏBƏR LENTİ

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.