Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Onlar da pensiyaya daha tez çıxacaq? – çoxuşaqlı ailələr diqqətdə

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub. Belə təkliflə Milli Məclisin keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

Yada salaq ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.

Bəs Əli Məsimlinin təklifi nə dərəcədə reallaşa biləndir? Bu, ölkədə əhali sayının artımına əlavə stimul verə bilərmi? Hansı artımda ki, son illər durğunluq və ya azalma tempi müşahidə olunmaqdadır.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsqavat”a danışıb. İqtisadçı qeyd edib ki, ölkədə çoxuşaqlılıq anlayışının dəyişdirilməsinə ehtiyac var: “30-50 il əvvəl 5 uşaq belə çoxuşaqlı hesab edilmirdi; 8-10 uşaqlı ailələr geniş yayılmışdı. Amma indi həm dünyada, həm də Azərbaycanda çoxuşaqlı ailə modeli əhəmiyyətli dərəcədə dəyişib. Düşünürəm ki, təklif normaldır və 3 uşağı olan anaların belə vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olmalıdır. Bu, sosial ədalət prinsipinə də uyğundur”.

İqtisadçı bununla belə, qeyd edib ki, məsələnin başqa tərəfi də var: “Söhbət işləyən insanlardan gedir, xüsusilə də dövlət büdcəsi təşkilatlarında çalışanlardan. Onlar vaxtından əvvəl pensiyaya çıxmağa hazırdırlarmı və bunu istəyirlərmi? Əgər həmin şəxslərin aldıqları maaş pensiyadan bəzən 2-3 dəfə çox olursa, onların özləri belə təqaüdə çıxmağa tələsmirlər. Xüsusilə də dövlət orqanlarında çalışanlardan söhbət gedir. Onların da sayı az deyil, təxminən 9 min nəfərdir və onların da böyük əksəriyyəti qadınlardır.

Bu baxımdan məsələ yalnız vaxtından əvvəl pensiyaya çıxmaq hüququ ilə bitmir. Bununla yanaşı, pensiyaların nəzərəçarpacaq dərəcədə artırılması məsələsi də ciddi müzakirə edilməlidir. Çünki əgər maaş-pensiya fərqi bu qədər böyük olaraq qalacaqsa, çoxları üçün vaxtından əvvəl pensiyaya çıxmaq, sadəcə, formal hüquq olaraq qalacaq, real seçimə çevrilməyəcək.

Yəni çoxuşaqlı analara erkən pensiya imkanı yaradılması sosial siyasət baxımından müsbət addımdır, amma bunun effektiv olması üçün eyni zamanda pensiya məbləğlərinin də əhəmiyyətli şəkildə artırılması vacibdir”.

Məsələ ilə bağlı danışansosioloq Üzeyir Şəfiyev də təklifi təqdir etdiyini deyib: “Bir müddət əvvəl təklif olunmuşdu ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin və hazırda 5 uşaqlı ailələrə təqdim olunan imtiyazlar 3 uşaqlı ailələrə də şamil edilsin. Bu, maraqlı və əslində zəruri təklifdir. Biz sosioloqlar da dəfələrlə bu fikri səsləndirmişik. Qeyd edim ki, belə bir dəyişiklik təbii artımı motivasiya edə bilər. Çünki ailə planlaşdırılmasında gənc ailələr 1-2 uşaqla kifayətlənmək əvəzinə, ən azı 3 uşağa üstünlük verməyə çalışacaqlar ki, çoxuşaqlı ailəyə verilən imtiyazlardan yararlansınlar.

Bəs bu təklif nə dərəcədə real görünür? Hesab edirəm ki, bu, dövlətin fiskal siyasətindən və maliyyə imkanlarından birbaşa asılıdır. Maliyyə gücü uyğun olarsa, bu təklif tamamilə həyata keçirilə bilər. Çünki sosial siyasətdə iki vacib prinsip var: əlçatanlıq və davamlılıq”.

Sosioloqun fikrincə, əgər bu addım atılacaqsa, davamlı və uzunmüddətli olmalıdır: “Sosial müdafiə siyasəti yalnız mövcud vəziyyətə deyil, gələcək nəsillərə də hesablanmalıdır. Təklif yaxşıdır və mən bunu müsbət qiymətləndirirəm. Əgər bu model qəbul olunsa, Azərbaycanda ailə planlaşdırılması prosesində ailələrin böyük qismi artıq 3 uşağı hədəf seçəcək.

Lakin əgər dövlətin maliyyə vəziyyəti bu yükü daşımağa imkan verməzsə, bu təklif müəyyən mübahisələr doğura bilər. Çünki hazırda 3-dən çox uşağı olan ailələrin sayı təxminən 110 min civarındadır. İmtiyazların 3 uşaqlı ailələrə də şamil edilməsi bu rəqəmi daha da artıracaq və bu zaman dövlətin maliyyə gücünün buna yetib-yetməyəcəyi əsas suallardan biri olacaq.

Amma dövlətin strateji hədəfləri baxımından bu addım prioritetdir və müsbət nəticələr verə bilər. Çünki artıq bir neçə ildir ki, ölkədə təbii artımda ləngimə müşahidə edilir. Bu tendensiya davam edərsə, orta perspektivdə həm əhali sayının azalması, həm də keyfiyyətli demoqrafik strukturun zəifləməsi kimi problemlərlə üzləşə bilərik. Bu baxımdan, çoxuşaqlı ailələrin stimullaşdırılması demoqrafik siyasətdə ən effektiv alətlərdən biri kimi görünür”.

Əvvəlki Yazı

Öcalanın İmralı “iqamətgahı” – tutulanda titrəyən adam indi özünü ötkəm aparır

Növbəti Yazı

Bakı “dona” bilər – Hava ilə bağlı XƏBƏRDARLIQ

EKSKLUZİV

Bu şəxslər 40 minədək cərimələnəcək

Bu şəxslər 40 minədək cərimələnəcək

02 İyul 2026 / 15:19
1
Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

02 İyul 2026 / 14:07
1
Xamenei burada dəfn olunacaq – Video

Xamenei burada dəfn olunacaq – Video

02 İyul 2026 / 13:55
1
Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bağçalara uşaqların elektron qəbulu başlanılır

02 İyul 2026 / 13:42
1

XƏBƏR LENTİ

Bu şəxslər 40 minədək cərimələnəcək

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Xamenei burada dəfn olunacaq – Video

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bakının mərkəzində bu yollar tam bağlanır

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib – FOTO

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Suriyada keçid parlamenti formalaşıb

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Bakıda NATO-nun təlim kursu keçirilir

“İdrak” liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

Sabah 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.