Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Quş qripi” ilk dəfə insan öldürdü – Azərbaycana təhlükə?

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18

Bu hadisə dövlətlərin hazırlıq səviyyəsinin yenidən qiymətləndirilməsi və risklərə qarşı vaxtında tədbirlər görülməsi üçün ciddi xəbərdarlıqdır

ABŞ-nin Vaşinqton ştatında dünyada ilk dəfə H5N5 ştamından insan ölümü qeydə alınıb. “Euronews” xəbər verir ki, o, ciddi sağlamlıq problemləri olan yaşlı adam olub.

Hakimiyyət orqanlarının məlumatına görə, xəstənin həyətində müxtəlif növ quşların kiçik sürüsü tapılıb. Ailə üzvlərinin şəxsiyyəti məxfilik səbəbindən açıqlanmır.

Bu günə qədər ABŞ-də son bir il yarım ərzində qeydə alınan təxminən 70 insan yoluxma halının hamısı H5N1 ştamı ilə əlaqələndirilib. Vaşinqtonda baş verən ölüm yeni bir mərhələni qeydə alır: əvvəllər yalnız heyvanlarda aşkar edilən H5N5 virusu ilk dəfə insanlarda aşkar edilib.

Lakin səhiyyə rəsmiləri ictimaiyyət üçün riskin aşağı olduğunu vurğulayıblar. Bildirilib ki, xəstə ilə təmasda olan heç kimdə test müsbət çıxmayıb və virusun insandan insana ötürülməsinə dair dəlil yoxdur.

Azərbaycan bu olaydan hansı nəticəni çıxarmalıdır?

Məlumat üçün bildirək ki, H5N5 yüksək patogen “quş qripi” viruslarından biridir və əsasən quşlarda rast gəlinir. İnsanda ilk dəfə aşkar edilməsi çox nadir haldır və hazırda insanlarda geniş yayılmadığı üçün simptomlar barədə məlumatlar əsasən digər oxşar “quş qripi” viruslarının (H5N1, H5N6 və s.) klinik mənzərələrinə əsaslanır. H5N5 haqqında elmi məlumatlar əsasən heyvanlarda aparılan müşahidələrə söykənir. H5N5 adətən vəhşi su quşları, ördəklər, qazlar, dəniz quşları və quşçuluq fermalarındakı toyuqlar arasında daha çox aşkarlanır. Vəhşi quşlar virusu əlamətsiz daşıya bilsələr də, ev quşlarında yüksək ölümcüllüklə müşahidə oluna bilər. Virus quşlar arasında sürətlə yayılır və bəzən məməlilərə də keçə bilər, lakin məməlilərdə aşkarlanması çox nadirdir.

İnsanda H5N5-ə yoluxma barədə məlumat az olsa da, oxşar yüksək patogen “quş qripi” viruslarında müşahidə olunan simptomlar adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, halsızlıq, əzələ ağrıları, nəfəs darlığı və ağır hallarda sətəlcəm şəklində özünü göstərir. Nadir hallarda mədə-bağırsaq əlamətləri, göz iltihabı və kəskin tənəffüs çatışmazlığı yaranır. Virus əsasən quşlarla sıx təmasda olan və immun sistemi zəif olan şəxslər üçün risk yaradır.

Tanınmış həkim, professor Adil Qeybulla hesab edir ki, səhiyyənin inkişaf etmiş dövründə xəstəliyi yerindəcə lokallaşdıra bilmək mümkündür və müasir təbabətin əlində xeyli imkan var: “Quş qripi bir müddət idi ki, bəzi yerlərdə yayılmışdı. Hətta Azərbaycana da öz təsirini göstərmişdi. Lakin təbabətin imkanları sayəsində onun qarşısı alındı. Hazırkı situasiyada “quş qripi” mutasiyaya uğrayaraq hava-damcı yolu və digər təmaslarla sürətlə keçmək imkanı qazanarsa, onun geniş epidemiyalar yaratması imkanı realdır. Əks halda, bu cür yoluxmalar geniş arealı əhatə edə bilməz”.

Mütəxəssislər bildirirlər ki, quş qripindən insan ölümü qlobal səviyyədə yüksək risk yaratmasa da, dövlətlərin vaxtında profilaktik addımlar atmasını zəruri edir. Azərbaycan üçün də bu xəbərdarlıq bir neçə əsas istiqamətdə tədbirlərin gücləndirilməsini gündəmə gətirir.

Ekspertlərə görə, ilk növbədə quşçuluq təsərrüfatlarında nəzarət artırılmalıdır. Bu təsərrüfatlarda bios təhlükəsizlik qaydalarına əməl edilməsi ciddi şəkildə yoxlanılmalıdır.

Digər mühüm məsələ erkən aşkarlama və laborator imkanların gücləndirilməsidir.

Heyvanlar üzrə müşahidə sisteminin təkmilləşdirilməsi də prioritet sayılır. Vəhşi quşların, su hövzələrinin ətrafının, kənd təsərrüfatı təsərrüfatlarının və ev quşlarının müntəzəm izlənməsi tövsiyə olunur.

Sərhəd və idxal nəzarətinin gücləndirilməsi də zəruri hesab edilir. İldə minlərlə diri quş və quş məhsulu ölkəyə daxil olur və ekspertlər bu prosesdə profilaktik tədbirlərin artırılmasının vacibliyini qeyd edirlər. Xüsusilə riskli ölkələrdən idxal üçün əlavə yoxlamalar tətbiq edilə bilər. ABŞ rəsmiləri riskin aşağı olduğunu vurğulasa da, mütəxəssislər xatırladırlar ki, virusların mutasiya etmə ehtimalı həmişə mövcuddur. Buna görə də səhiyyə işçilərinin təlimi, profilaktik protokolların yenilənməsi və qoruyucu vasitələrin əlçatanlığı vacibdir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

MDB liderləri Peterburqa toplaşır – Əliyev və Paşinyan da gedəcək?

Növbəti Yazı

Ağ Evə hücum? Vaşinqtonun mərkəzində atışma

EKSKLUZİV

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

23 Oktyabr 2026 / 16:00
0
Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

23 Oktyabr 2026 / 15:45
2
Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

23 Oktyabr 2026 / 15:30
3
Məşhur məşqçi Bakıya gəlib

Məşhur məşqçi Bakıya gəlib

23 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Məşhur məşqçi Bakıya gəlib

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

AFFA klub rəhbərinə ağır cəza verdi

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.