Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Yüzlərlə həkim ölkəyə qayıda bilmir

Noyabr 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

“Son aylarda yüzlərlə vətəndaşımızın, xüsusilə də Rusiyada və digər MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış azərbaycanlı həkimlərin müraciətləri artmaqdadır”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin plenar iclasında çıxışı zamanı deyib. Deputatın sözlərinə görə, söhbət bir mühüm problemdən, xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki olaraq dayanmasından gedir: “Yeni rezidentura proqramının tətbiqindən sonra bu qrup həkimlərin Azərbaycanda fəaliyyətə başlaması çox çətinləşib və bəzən tam qeyri-mümkün vəziyyətə düşüb.

İlkin baxışda bu mövzu texniki məsələ kimi görünə bilər, lakin əslində bu həm insani hüquqlara, həm ölkəmizin səhiyyə ehtiyaclarına, həm də hüquqi öhdəliklərə toxunur. Həmin həkimlər bizim vətəndaşlarımızdır, əslən azərbaycanlılardır, Azərbaycan dilini bilirlər və ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda təhsil alıb, işləyib və bu gün, sadəcə, öz peşələrini vətənlərində icra etmək istəyirlər”.

Deputat vurğulayıb ki, bu gün Avropanın bir çox ölkələri dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri, eləcə də azərbaycanlı həkimləri, sadəcə, test, imtahan, təcrübə və adaptasiya mərhələlərindən keçirərək sistemə daxil edir: “Heç bir ölkə belə resursu geri çevirmir. Əksinə, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunur. Bizim isə real vəziyyətimiz budur: ölkədə, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur.

Biz həkim ehtiyatı axtarırıq, amma hazır, yetişmiş və dil baryeri olmayan bir resursdan istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiya keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər. Azərbaycan diplomların tanınması ilə bağlı bir sıra beynəlxalq öhdəliklərə qoşulub. Yəni rədd qərarının hüquqi əsası olmalıdır, imtahan və ya adaptasiya hüququ təmin edilməlidir”.

R.Mahmudov əlavə edib ki, bu nə siyasi, nə də emosional məsələdir.

Bəs bu problemin kökündə nə dayanır? Azərbaycanlı həkimlərin ölkəyə qayıdıb xidmət göstərməsində əngəllər nədir və necə həllini tapa bilər?

Məsələ ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, bu problem uzun zamandır ki, müzakirə olunur və bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən müəyyən addımlar atılır: “Məsələn, MDB ölkələrindəki tibbi təhsil ilə hazırda Azərbaycandakı tibbi təhsil arasında ciddi fərq var. Çünki MDB ölkələrində təhsil keçmiş sovet ölkələrində olduğu kimi tibb universitetini bitirdikdən sonra bir illik internatura ilə yekunlaşır. Lakin bizdə artıq tibb universitetindən sonra 3-5 il, bəzən isə 6 il davam edən rezidentura təhsili tətbiq olunur və bu proseslə tamamlanır.

Və bu rezidentura təhsili həm də keyfiyyəti ilə fərqlənir. Çünki burada artıq tələbə statusu deyil, həkim statusu ilə davam edilir, müəyyən maaş alınır, klinikalarda tibbi bilik və vərdişlərə yiyələnilir, təcrübə artırılır və seçilmiş ixtisas üzrə daha dərin bilik və təcrübə əldə edilərək rezidenturanı bitirərkən daha təkmil bir kadr kimi işə başlamaq mümkün olur. Lakin internaturada bu imkanlar olduqca məhdud idi”.

Zülfüqar Yusifov qeyd edib ki, bu gün məhz bu sistemlər arasındakı sədd MDB zonasında təhsil alan həmvətənlərimizin Azərbaycanın tibbi sistemə inteqrasiyasına müəyyən problem törədir: “Təbii ki, burada təhsilin zaman fərqi, nəzəri-praktik bilik fərqləri var. Bir də ki, ümumi beynəlxalq qaydalara əsasən, hər zaman başqa ölkədə təhsil almış şəxslərin digər ölkədə tibbi praktikaya inteqrasiyası zamanı müəyyən mərhələlərdən keçməsi tələb olunur. Bu mərhələlərə əlbəttə ki, Təhsil Nazirliyi tərəfindən diplomların tanınması, Səhiyyə Nazirliyi tərəfindən diplomun təsdiqlənməsi daxildir. Əgər vətəndaşlıq və digər status məsələləri yoxdursa, onda artıq miqrasiya ilə bağlı prosedurlar həyata keçirilir. Və bunun xaricində, eyni zamanda başqa ölkədə alınmış təhsilin bizim ölkədə adekvat fəaliyyət üçün yararlı olub-olmadığını təsdiqləmək məqsədilə Səhiyyə Nazirliyinin komissiyası tərəfindən bir müsabiqə imtahanı keçirilir. Buradan müsbət cavab alındıqdan sonra həmin kadrın bizim səhiyyə sisteminə inteqrasiyası prosesi baş tutur”.

Mütəxəssis qeyd edib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən mütəmadi işlər görülür və elanlar verilir: “MDB zonasında təhsil almış insanlarımız mütəmadi olaraq bu imtahanlara müraciət edirlər. Onların bir qisminin diplomları təsdiqlənir. Amma təbii ki, kifayət qədər insanlar da vardır ki, onların bu problemləri qalır və yaxud özləri müraciət etməmələri səbəbindən, yaxud da bu müsabiqə və diplomun təsdiqi ilə bağlı müxtəlif problemlərin olması səbəbindən bu məsələlər ləngiyə bilir”.

Zülfüqar Yusifov bildirib ki, problemin həlli o qədər də asan deyil, çünki bu proses hələ də davam edir: “Bir neçə il əvvəl rezidenturaya başlayarkən belə qərar verildi ki, əvvəlki internatura diplomları tanınsın və bundan sonra rezidentura təhsili tətbiq olunsun. Və əgər MDB zonasından belə internatura təhsili ilə bağlı müraciətlər olacaqsa, onda biz vaxtaşırı bu qaydaları dəyişməli və ya uyğunlaşdırmalı olacağıq. Bunun üçün də əlbəttə ki, yeni bir müzakirə açılıb adekvat ortaq bir nöqtə tapılmalıdır. Düşünürəm ki, hazırda atılacaq addımlar, hər halda, ölkənin ümumi mənafeyi, səhiyyə sisteminin reputasiyasına hörmət prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir. Çünki bizim ölkə həkimlərinin də başqa ölkələrdə iş üçün müraciəti zamanı vətəndaşlıqlarından, dinlərindən asılı olmayaraq həmin ölkələrdə adekvat tələblər olur və biz də eyni mərhələlərdən keçməli oluruq ki, orada həkim statusu ala bilək. Bəzən də bu mərhələlər burada olduğundan daha çətin ola bilir. Bu baxımdan məsələ göründüyü kimi asan məsələ deyil. Hətta məsələnin ikinci bir tərəfi də var və bu da vacib hissədir. Bəzən bizim həmvətənlər başqa ölkələrdə təhsil alırlar və onlar hətta rezidentura təhsilinə adekvat olan bir təhsil almış olurlar, bəzən ondan da yüksək səviyyəli təhsil alırlar. Lakin bundan sonra onların bizim ölkədə məhz malik olduqları ixtisas üzrə işləmələrində müəyyən problemlər ortaya çıxır. Məsələn, vaxtilə plastik cərrahiyyə ölkəmizdə təsdiqini tapmamışdı və yaxud invaziv kardiologiya yeni bir istiqamət idi. Bu istiqamətlərin hamısı artıq öz ixtisas pasportunu alıb və bu gün ölkəmizdə çox böyük populyarlıqla fəaliyyət göstərirlər. Eləcə də bir sıra digər ixtisaslar üzrə də addımların atılması olduqca zəruridir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Kiberpolis tərəfindən ƏMƏLİYYAT: 8 NƏFƏR SAXLANILDI – VİDEO

Növbəti Yazı

Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı

EKSKLUZİV

Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

14 Sentyabr 2026 / 16:00
1
Qazın qiyməti bahalaşdı

Qazın qiyməti bahalaşdı

14 Sentyabr 2026 / 15:44
2
I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

14 Sentyabr 2026 / 15:30
2
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

DİM zal nəzarətçisi olmağa işçi axtarır – ŞƏRTLƏR

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? – Sorğu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Rusiya Ermənistana qazı kəsir

DYP-dən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.