Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Gömrük sərtləşir, amma plan dolmur: Komitə sədri vətəndaşlardan, vətəndaşlar da gömrükdən narazıdır

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Gömrük demək olar, hər zaman Azərbaycan iqtisadiyyatının, sahibkarların və adi vətəndaşların “yaralı yeri” olub. Son illərdə bu sahədə texniki baxımdan bəzi yeniliklər, irəliləyişlər olsa da, ümumilikdıə gömrük orqanının vətəndaşa, sahibkara baxış açısında ciddi dəyişiklik yoxdur. Yenə vətəndaş gömrük orqanından, gömrük isə vətəndaşdan narazıdır…

Sahibkarların gömrük orqanı ilə bağlı şikayətlərinə mediada və sosial şəbəkələrdə tez-tez rast gələ bilərsiniz. Son zamanlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşların da şikayətləri artıb. Bunu media işçiləri üçün təşkil olunan tur çərçivəsində Bakı Karqo Terminalında Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə də jurnalistlərə etiraf edib.

Onun sözlərinə görə, Risk Analiz Sisteminin (ARAS) tətbiqindən sonra bu il dövlət büdcəsinə 300 min manatdan çox əlavə gömrük ödənişi daxil olub: “Ay ərzində yalnız bağlamalardan yarım milyon manatdan çox vəsait büdcəyə köçürülür. Gündəlik orta hesabla 20–25 min bağlama gömrük nəzarətindən keçirilir”.

Yəni, bu il gömrük yığımı üçün daha bir mənbədən istifadə olunub. Ancaq bu sistem gömrük rəisinin dediyi kimi, vətəndaşlarda narazılıq da yaradıb: “Bağlamalar daşıyıcı şirkətlər tərəfindən gömrüyə təqdim edilir. Səhv bəyanetmə hallarına ən çox qiymətin və mal sayının düzgün göstərilməməsi daxildir. Tez-tez rast gəlinən şikayətlərdən biri odur ki, vətəndaşlar məhsullarının gömrük işçiləri tərəfindən açıldığını, içindən nəsə götürüldüyünü və ya məhsulun zədələndiyini bildirirlər. Lakin vurğulamaq istəyirik ki, bu, gömrük əməkdaşları tərəfindən edilmir. Bağlama və ya mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən açılır, baxış keçirilir və daha sonra sərnişinə təhvil verilir. Gömrük işçiləri mallara əl vurmur. Yoxlama prosesi adətən xüsusi texniki aparat vasitəsilə həyata keçirilir”.

Göründüyü kimi, gömrük rəsmisi də vətəndaşın haqlı şikayətini etiraf edir. Bir yandan bağlama və mallara guya gömrük orqanının əl vurmadığını deyir, digər yandan isə bu mallara toxunulduğu barədə şikayətlərin çoxaldığını bildirir və günahı daşıyıcı şirkətin üstünə atır. Təbii ki, şirkət də günahı gömrüyün üstünə atacaq. Beləliklə, vətəndaş ortalıqda qalır və haqqını kimdən tələb etməli olduğunu bilmir…

Təbii ki, gömrükdən şikayətlər təkcə bununla bitmir, laboratoriya yoxlamaları adı altında “pul tələsi”ndən avtomobil idxalı zamanı brokerlərin vasitəsilə baş verən gömrük özbaşınalıqalrına qədər xeyli sayda çatışmazlıq və şikayətlər var.

 

Ancaq bunlara baxmayaraq, əksinə, DGK sədri də vətəndaşlardan şikayət edir. Komitənin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər: “Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır”

Göründüyü kimi, “tərəflər” bir-birindən narazıdır. Lakin bütün bunların fonunda, gömrükdəki nəzarətin sərtləşməsinə, daha çox gömrük rüsumu toplanmaslı üçün yeni mənbələr cəlb edilməsinə baxmayaraq, dövlət büdsəsində göstərilən gömrük planı doldurulmur. Belə ki, rəsmi statistikaya görə, 2025-ci ilin 11 ayında (yanvar-noyabr) Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz (proqnozdan 3,4% bəndi az) icra olunub. Dekabr ayında vəziyyətin nə dərəcədə düzəlib-düzəlməyəcəyini bilmirik. 

Ancaq bir şey dəqiqdir ki, ölkədə aparılan ümumi iqtisadi siyasət heç də işgüzar aktivliyi artırmır, biznes mühitini inkişaf etdirmir və bu da həm ÜDM-in, həm də gömrük daxilolmaları da daxil ümumilikdə büdcə gəlirlərinin artmasına xidmət etmir.

C.Məmmədli

“AzPolitika.info”   

Əvvəlki Yazı

Tramp “məyusdur”: Yenə Zelenskini günahkar çıxarır, Putini isə…

Növbəti Yazı

Mətbuatın “intihar orkestri”…

EKSKLUZİV

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
1
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1
Bu şəxslərə pulsuz mənzil veriləcək

Bu şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026 / 15:16
1

XƏBƏR LENTİ

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.