Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Vəzifədən yola salınan bu məmur haqqında sensasion iddia – HƏBS OLUNA BİLƏR

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarəti altında təşkil olunan “Dövlət Satınalmaları”nda iştirak edən sahibkarların şikayətləri  artmaqdadır. Son günlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyində bir neçə vəzifəli şəxsin işdən kənarlaşdırılması bu qurumun fəaliyyətini yenidən aktuallaşdırıb. Gununsesi.info-nun bu araşdırmasında Antiinhisar Agentliyinin faəliyyətinə nəzər salınıb.

Dövlət tərəfindən  “e-tender” platforması üzərindən təşkil olunan Dövlət Satınalmalarının effektivliyinin daha da artırılması üçün kifayət qədər  vəsait xərclənsə də  məlum olur ki, bu sahədə şəffaflıq təmin olunmayıb.

Belə ki, mətbuatda, eləcə də müxtəlif kurs və seminarlarda Dövlət Satınalmalarının şəffaflığından danışaraq bütün proseslərin tam qaydalara uyğun olaraq keçirldiyi illuziyasını yaradan məmurlar  sonradan öz kabinetlərinə keçdikdə danışdıqlarının əksini edirlər.

Adıçəkilən formada Dövlət Büdcəsinin talanmasında kifayət qədər iştirakı olan məmurlar  isə illərdir ki,  Antiinhisar və İstehlak Xidmətinin Şöbə Müdiri vəzifəsində işləmiş hal-hazırda isə müxtəlif qanunsuz əməlləri aşkar olunduğundan şöbə müdiri vəzifəsindən azad olunaraq müşavir vəzifəsinə təyin olunan Əhməd Həsənovdur. Son təsdiqlənməmiş məlumatlara görə Əhməd Həsənov bu vəzifəsindən də kənarlaşdırılıb.

Bəzi iddialara görə, hüquq-mühafizə orqanları Əhməd Həsənov barəsində araşdırmalara başlayacaq.

Bildirilir ki, bu araşdırmalar nəticəsində  Əhməd Həsənovun çoxsaylı qanunazidd əməlləri üzə çıxa bilər.

Bu isə yüz milyonlarla vəsaitin planlı şəkildə talanması deməkdir.

Bildirilir ki, Əhməd Həsənov müxtəlif vaxtlarda kifayət qədər iri həcmli tenderlərə müdaxilə edərək satınalan təşkilatların təsdiq üçün göndərdikləri qalibləri kənarlaşdıraraq artıq qiymətlərlə iştirak edən 2-3 cü yerlərdə olan iddiaçıları qalib elan etmişdir.

Şirkətlər tələb olunan alqı-satqı və xidmətlər üzrə əsas tələbləri ödədiyi halda heç bir əhəmiyyət kəsb etməyən əlavə şərtlər və tələblər yerləşdirməklə şirkətlərin tenderlərdə iştirakını məhdudlaşdırmış və ya prosesdən kənarlaşdırmışdır. Eləcə də müxtəlif satınalan təşkilatlarla sövdələşmə edərək tenderlərdə alqı -satqı və xidmətlər üçün tələblər xanasında şişirdilmiş rəqəmlər qeyd etməklə, öz qalib edəcəkləri şirkəti məlumatlandırıblar.

Belə ki, onlara həmin xanaları boş saxlamaq və ya realdan dəfələrlə aşağı qiymət yazdırmaqla ən aşağı qiymətlə qalib gəlmələrini təmin ediblər.

Bu prosesə bələd olan sahibkarlar deyir ki, qalib elan olunan  şirkətlərin adı qalmaqallarda, vergi borclarında və dələduzluqda hallanıb.

Bu proses zamanı isə tenderlərə qatılmaq istəyən şirkətlərin narazılıqları araşdırılmayıb.

Antiinhisar və İstehlak Xidməti birbaşa belə halların aşkarlanaraq müvafiq addımlar atmalı olduğu halda onlarla ünvanlanmış müraciətləri araşdırmadan, şablon cavablar verməklə kifayətlənib.

Hal- hazırda Portal üzərindən təşkil olunmuş müxtəlif tenderlər Satınalan təşkilatlar tərəfindən təsdiq olunması üçün göndərilsə də heç bir səbəb olmadan aylarla gözlədilir.

Bu isə qanunvericiliyin ciddi şəkildə pozulması deməkdir.

Bugün Azərbaycanın yeni maliyyə naziri  Sahil Babayevin apardığı siyasət dövlət büdcəsi xərclərində israfçılığın qarşısının alınması, qənaət prinsipinə söykənib. Azərbaycan hökumətinin əsas prioriteti isə işğaldan azad olunmuş torpaqlarda yeni həyat üçün işlərdir.

Belə bir məqamda Əhməd Həsənov kimi məmurlar açıq-aydın dövlətin büdcəsini talan etməklə məşğuldurlar. Lakin yenə də diqqətçəkən məqam ondan ibarətdir ki,  bu şəxsin fəaliyyəti ifşa olunsa da heç bir şey olmamış kimi sadəcə vəzifəsindən azad olunaraq yola salınır.

Nəzər alsaq ki, bu günə kimi Dövlət Büdcəsini talan etmiş müxtəlif məmurlar, hətta nazirlər belə cinayət məsuliyyətinə cəlb olunub.

Amma nədənsə Əhməd Həsənov sərbəstdir. İddialara görə müxtəlif vaxtlarda Əhməd Həsənovun komandasında onunla birlikdə işləmiş Zəminə Əliyevanın   və Elşən Cəfərovun  da adları bu qanunsuzluqlarda hallanır.

Əgər hüquq-mühafizə orqanları Antiinhisar Agentliyinin fəaliyyətini ciddi araşdırsa o zaman yuxarıda adıçəkilən şəxslərin də məsuliyyəti müəyyən ediləcək.

Əks təqdirdə bu şəxslərin sadəcə xidmətdən azad olunaraq yola salınması isə gələcəkdə bu cür talamaların davam etməsinə yaşıl işıq deməkdir.

Əvvəlki Yazı

Namizəd Səfərova cinayət işi açıldı: Nədə ittiham olunur?

Növbəti Yazı

ATV-də milli dəyərlərə HÜCUM: Nə baş verir?

EKSKLUZİV

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

16 İyun 2026 / 17:17
0
Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
8
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
2

XƏBƏR LENTİ

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.