Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Azərbaycandan milyardları kimlər çıxarır?

Dekabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Son günlər Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov əhalinin “yastıq altında” saxladığı pullardan danışaraq, təxminən 10 milyard dolların dövriyyədən kənarda qalmasını iqtisadiyyat üçün ciddi problem kimi təqdim edib. İlk baxışdan bu fikir məntiqli səslənir: pul işləmirsə, iqtisadiyyat da nəfəs ala bilməz.

Amma sual budur: doğrudanmı bu pullar əhalinindir? HəqiqətənmiAzərbaycan kimi sosial-iqtisadi problemlərlə üzləşən ölkədə milyonlarla insanın evində “artıq” milyardlar yatır?

Məsələyə dərindən baxanda aydın olur ki, cənab Kazımovun işarə etdiyi 10 milyard dollar əhalinin “qara gün” üçün yığdığı vəsait deyil. Əksinə, ölkə əhalisinin böyük əksəriyyəti bu müzakirənin tamamilə kənarındadır.

Azərbaycanda təqribən 5,4 milyon nəfər əmək qabiliyyətli vətəndaş var. Bu, ümumi əhalinin yarısı deməkdir. Üstəlik, rəsmi statistikada ciddi uyğunsuzluqlar mövcuddur. Bu rəqəmin üzərinə 2,7 milyon nəfər 18 yaşadək, 1,5 milyon nəfər isə pensiya yaşında olanlar və əlillər əlavə edildikdə, ümumi say 9,6 milyon edir. Halbuki rəsmi statistikaya görə ölkədə 10,3 milyon nəfər əhali yaşayır. Statistikada 700 minə yaxın vətəndaşımızın niyə görünmədiyi isəı məlum deyil.

İndi isə əsas məqama keçək. Rəsmi məlumata görə, Azərbaycanda 3 milyon nəfərin bank kreditləri var. Fiziki şəxslər banklardan ümumilikdə 13 milyard manata yaxın kredit götürüblər. Bunun 8,5 milyard manatı istehlak kreditləridir. Yerdə qalan 4,2 milyard manat isə ipoteka və fərdi sahibkarların biznes kreditlərinin payına düşür. Statistikaya baxdıqda aydın görünür ki, istehlak kreditləri alanlar əsas kütləni təşkil edir. Çünki ölkədə cəmi 67,7 min nəfər ipoteka krediti, təxminən 52 min nəfərə yaxın vətəndaş isə fiziki şəxs kimi biznes krediti əldə edib.

 

Yəni milyonlarla insan gündəlik tələbatını ödəmək üçün banka möhtacdır. Üstəlik, bu ilin ilk 9 ayında kreditlərin 500 milyon manatı problemli kreditə çevrilib.

Bu rəqəmlər bir şeyi açıq göstərir: İstehlak krediti götürən insanın “yastıq altında” pulu ola bilməz. Evində pulu olan adam bank faizinə niyə razılaşsın? Deməli, ölkə əhalisinin əhəmiyyətli hissəsi nəinki “yastıq altında” pul saxlamır, əksinə, banklara borclu yaşayır.

Amma problem yalnız bu deyil.

Daha təhlükəli məqam ondadır ki, pulu olanlar da onu ölkə daxilində saxlamırlar. Faktlar göstərir ki, Mərkəzi Bank sədrinin etiraf etdiyi kimi, vətəndaşlar banklara etibar etmir, investisiya etməkdən çəkinir.

2025-ci ilin oktyabr ayına olan məlumata görə, fiziki şəxslərin banklardakı depozitləri cəmi 15,8 milyard manatdır. Hüquqi şəxslərlə birlikdə bu rəqəm 38 milyard manata yaxınlaşır. Bu isə o deməkdir ki, iddia edilən 10 milyard dollarlıq “yastıqaltı” vəsait bank depozitlərindən belə çoxdur. Bu, normal iqtisadi sistem üçün açıq təhlükə siqnalıdır.

Səbəblər isə hamıya məlumdur.

Birincisi, banklara etimad yoxdur. Son 10 ildə Azərbaycanda 20-yə yaxın bank bağlanıb. Minlərlə insan aylarla, illərlə öz əmanətinin dalınca düşüb, məhkəmə qapılarını aşındırıb. Bu gün də Əmanətlərin Sığortalanması Fondu ilə məhkəməsi davam edən vətəndaşlar var. Belə şəraitdə əhalinin banklara etimad etməməsi təbii deyilmi?

İkincisi, ikiqat standartlar hökm sürür. Məmurların maliyyə məlumatları “kommersiya sirri” adı altında qorunur, deputatların belə bu bilgilərə çıxışı yoxdur. Amma adi vətəndaşın bank əməliyyatları, depozitləri, köçürmələri müxtəlif qurumlar arasında sərbəst dolaşır və çox zaman təzyiq alətinə çevrilir. Buna görə də insanlar pullarını gizlətməyə məcbur qalır.

Üçüncüsü, ölkədə normal biznes və investisiya mühiti yoxdur. Əksər sahələr monopoliyadadır, inhisarçı qrupların nəzarətindədir. Kapital yatırmaq istəyən vətəndaş ya “divara dəyir”, ya da risk altında qalır. Elə buna görə də son illər daşınmaz əmlak və avtomobil bazarında süni canlanma müşahidə olunur – insanlar pulu qorumağın başqa yolunu görmür.

Nəticədə isə kapital ölkədən qaçır.

Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirovun açıqlamasına görə, bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın kapital və maliyyə hesabının mənfi saldosu 4,1 milyard dollar olub. Yəni ölkədən bu qədər vəsait çıxıb. Bunun bir hissəsi xarici şirkətlərin mənfəətidir, amma digər hissəsi birbaşa ölkə vətəndaşlarının çıxardığı pullardır. Təkcə 9 ayda 361 milyon dollarlıq pul baratı ölkədən çıxarılıb, bunun 100 milyon dollardan çoxu Türkiyəyə göndərilib.

Deməli, sərhədlərin bağlı olması kapital qaçışını dayandırmır. Pulun pasporta ehtiyacı yoxdur.

Əlbəttə, ölkədən milyardlar çıxaranlar sadə vətəndaşlar deyil. Kiçik sahibkar bir neçə yüz min dolları vaxtında qaytarmasa, dərhal cinayət işi açılır, həbs edilir. Son bir ildə 40-a yaxın sahibkarın həbs olunması bunun sübutudur. Amma “toxunulmazlar” rahat şəkildə pullarını London, Dubay, Paris kimi şəhərlərdə daşınmaz əmlaka, fondlara və bizneslərə yatırırlar.

Rəqəmlər isə dəhşətlidir: 2007–2013-cü illərdə – 9 milyard dollar, sonrakı 10 ildə – ildə orta hesabla 4–5 milyard dollar, təkcə 2022-ci ildə – 11,2 milyard dollar.

Ümumilikdə son 20 ildə Azərbaycandan təxminən 60 milyard dollar çıxarılıb.

Bu prosesdə bankların rolu da az olmayıb. 2012-ci ildə bağlanan “Röyal Bank”ın rəhbərliyi ölkədən 6 milyard dollara qədər vəsait çıxarmaqda ittiham olunmuşdu.

Qeyd olunanlar onu deməyə əsas verir ki, mormal biznes mühiti olmayan ölkədə pul ya “yastıq altında” gizlədilir, ya da ölkədən qaçırılır. Təsadüfi deyil ki, Azərbaycanda iqtisadiyyata yatırılan investisiyalar 2012-ci illə müqayisədə 3,5 dəfə azalıb. O vaxt 25 milyard dollar, ötən il isə cəmi 7 milyard dollar investisiya yatırılıb.

Bəlkə də cənab Kazımov “yastıq altı” pullardan danışmazdan əvvəl bu rəqəmlər üzərində düşünməlidir.

E. Rüstəmli
AzPolitika.info

Əvvəlki Yazı

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Növbəti Yazı

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

EKSKLUZİV

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

02 Sentyabr 2026 / 16:12
6
Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

02 Sentyabr 2026 / 15:00
1
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

02 Sentyabr 2026 / 14:45
1
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

02 Sentyabr 2026 / 14:35
2

XƏBƏR LENTİ

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib – FƏRMAN

Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

Sabahın hava proqnozu açıqlanıb

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib

Süleyman Mikayılovun keçmiş işçilərinə hökm oxundu

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Azərbaycan sərhədində 11 əcnəbi saxlanıldı

124 mindən artıq uşaq birinci sinfə qəbul olunub – RƏSMİ

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Bu il 89 uşaq övladlığa verilib

Sabahın hava proqnozu açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.