Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

1 il oldu – Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

Musavat.com xatırladır ki, 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarə Xəzər dənizi üzərində olarkən “SOS” siqnalı verib və Aktau hava limanına təcili eniş etməyə cəhd göstərsə də, yerə çırpılıb.

Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sadə texniki nasazlıqdan deyil, kənar fiziki təsirdən qaynaqlandığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Rusiyada cinayət işləri açılıb.

Hadisədən dərhal sonra Qazaxıstanın fövqəladə hallar qurumları genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb, “qara qutu”lar tapılaraq araşdırmaya cəlb olunub. Dekabrın 26-da Azərbaycanda ölkə üzrə matəm elan edilib. Eyni zamanda Çeçenistan rəhbərliyi də dekabrın 28-ni respublikada matəm günü elan edib.

Qəzanın ilk günlərində rəsmi qurumlar səbəblə bağlı dəqiq açıqlama verməsə də, Rusiyanın aviasiya strukturları ilkin versiya kimi təyyarənin quş sürüsü ilə toqquşmuş ola biləcəyini irəli sürüblər.

teyyare-qez-25.jpg (60 KB)

Lakin hadisənin xarakteri bu versiyanın ciddi şübhə altına alınmasına səbəb olub. Artıq dekabrın 26–27-dən etibarən yerli və beynəlxalq müşahidəçilər təyyarənin raket zərbəsinə məruz qalmış ola biləcəyini bildirməyə başlayıblar.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında baş vermiş faciəvi insidentə görə üzrxahlığını ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib. Putin hadisəni “Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxilə nəticəsində baş vermiş faciə” kimi dəyərləndirib.

Bundan sonra Azərbaycan tərəfi qəzaya dair beynəlxalq ekspertlərin iştirakı ilə komissiya yaradıldığını və araşdırmanın tam şəffaf aparılacağını elan edib.

Dekabrın 29-da isə Prezident İlham Əliyev daha sərt mövqe ortaya qoyaraq AZAL təyyarəsinin Rusiya hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bəyan edib və Moskvanı bunu rəsmi şəkildə etiraf etməyə çağırıb.

Prezident İlham Əliyev hadisəni “dəhşətli faciə” adlandıraraq Rusiyadan üç əsas tələbi irəli sürüb: rəsmi üzr istənilməsi və günahın etirafı, təyyarəni vuran şəxslərin cəzalandırılması, həlak olanların ailələrinə, yaralananlara və AZAL-a dəyən ziyanın tam ödənilməsi. Dövlət başçısı vurğulayıb ki, təyyarənin gövdəsindəki çoxsaylı deşiklər, sağ qalan ekipaj üzvlərinin və sərnişinlərin ifadələri onun havada raket zərbəsinə məruz qaldığını açıq şəkildə sübut edir.

1735115414_5429167266253106554.jpg (236 KB)

Bu açıqlamadan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə növbəti dəfə zəng edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı zamanı tərəflər AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər. Oxşar məzmunlu məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti də yayıb.

Bununla yanaşı, Rusiya rəsmiləri ehtiyatlı mövqe sərgiləyərək istintaq yekunlaşmadan hər hansı nəticə çıxarmağın düzgün olmadığını bildiriblər. Kreml hadisəni “bədbəxt hadisə” kimi təqdim etməyə çalışıb.

Yanvarın əvvəlində Rusiyaya yaxın bəzi media orqanlarında qəzanın guya pilot səhvi nəticəsində baş verdiyi iddia olunub ki, bu da Azərbaycanda ciddi narazılıq doğurub. Qazaxıstan hökuməti isə araşdırmanın beynəlxalq qaydalara uyğun aparılacağına söz verib.

“Reuters” agentliyi artıq dekabrın 26-da Azərbaycan istintaqına yaxın dörd mənbəyə istinadla təyyarənin Rusiya ordusunun “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu yazıb. Agentlik bildirib ki, Groznı yaxınlığında uçuş zamanı təyyarənin rabitə sistemləri güclü radioelektron müdaxilə nəticəsində sıradan çıxıb və bundan sonra layner səhvən hədəf alınaraq vurulub. ABŞ və Kanada rəsmiləri də ilkin göstəricilərin Rusiya raketinin təyyarəni vurması ehtimalını təsdiqlədiyini açıqlayıblar.

“Euronews” telekanalı isə Azərbaycan hökumətindəki mənbələrə istinadla bildirib ki, Qroznı ətrafında PUA hücumu zamanı aktivləşdirilən Rusiya HHM qüvvələri yanlışlıqla AZAL təyyarəsinə raket atıb. Raketin təyyarənin yaxınlığında partladığı, bunun nəticəsində laynerin ciddi zədələndiyi və Rusiya aerodromlarına eniş icazəsi verilmədiyi qeyd olunub.

7(120).jpg (56 KB)

Araşdırma Çikaqo Konvensiyasına uyğun olaraq Qazaxıstan tərəfinə həvalə edilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi ilkin hesabat açıqlayıb. Hesabatda təyyarənin quyruq hissəsində, stabilizatorlarda, mühərrikdə və qanadda müxtəlif formalı çoxsaylı deşiklərin aşkar edildiyi, struktur daxilində yad metallik fraqmentlərin tapıldığı bildirilib. Qeyd olunub ki, təyyarə quşlarla toqquşmayıb və göyərtədə partlayış baş verməyib.

Dekabrın 27-də Rosaviasiya da etiraf edib ki, AZAL təyyarəsi Groznı üzərində olarkən Rusiya HHM sistemləri aktiv olub. 2025-ci ilin yanvarında isə Rusiya istintaqına yaxın mənbələr “Pantsir-S1” raketi ilə vurulma faktının təsdiqləndiyini iddia ediblər.
Bütün bunlara baxmayaraq, Rusiya tərəfi məsuliyyəti açıq şəkildə üzərinə götürməyib. Azərbaycan isə məsələnin beynəlxalq məhkəməyə çıxarılacağını bəyan edib. Prezident İlham Əliyev bildirib ki, Bakı nə baş verdiyini dəqiq bilir və bunu sübut edə bilər.

Hazırda Qazaxıstan yekun hesabatı açıqlamaq üçün iki xarici laboratoriyanın nəticələrini gözləyir. ICAO qaydalarına əsasən, yekun hesabat hadisədən 12 ay ərzində dərc olunmalıdır.

Aktau faciəsi bir il keçməsinə baxmayaraq, həm regional siyasətdə, həm də Azərbaycan–Rusiya münasibətlərində ağır iz buraxmaqda davam edir.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Xəzərdə GÜCLÜ ZƏLZƏLƏ oldu

Növbəti Yazı

Şahin Şıxlinski barədə Kirov məhkəməsi yeni QƏRAR verdi

EKSKLUZİV

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

16 İyul 2026 / 11:24
0
Azərbaycana turist axınının azalmasının səbəbi…

Azərbaycana turist axınının azalmasının səbəbi…

16 İyul 2026 / 11:17
0
ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

16 İyul 2026 / 11:00
0
Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

16 İyul 2026 / 10:46
0

XƏBƏR LENTİ

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.