Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Azərbaycana “ÇÖRƏK TƏHLÜKƏSİ” – Gələn il…

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik buğda təminatını ciddi çətinliklərdən sığortalayır

Azərbaycanın əsas taxılçılıq bölgələrindən olan Cəlilabad rayonunun bir çox kəndlərində əkin sahələri “Zaqafqaziya” taxıl böcəyi tərəfindən geniş miqyasda zədələnib.  Taxılçılıq üçün ən təhlükəli zərərvericilərdən biri olan “Zaqafqaziya” taxıl böcəyi torpağın altında yaşayır, əsasən taxıl bitkilərinin cücərtiləri ilə qidalanır. Adətən payız-qış mövsümündə təzə cücərən payızlıq əkinlərə zərər vurur.

Son illərdə bu zərərvericiyə yalnız Cəlilabad deyil, ölkənin əksər bölgələrində rast gəlinir. Lakin bu mövsümdə cənub bölgəsində sürətlə çoxalması müşahidə olunmaqdadır. Mütəxəssislər bunu payız dövründə yağıntının az düşməsi, havaların mülayim keçməsi ilə izah edirlər. Vaxtında dərmanlanmayan sahələrdə quraqlıq taxıl cücərtilərinin inkişafını ləngidir, mülayim hava zərərvericilərin oyaq qalmasını şərtləndirir. Buna görə də indi fermerlər sahələrdə çoxsaylı “keçəl” ərazilər müşahidə edirlər.

Məlumdur ki, Azərbaycan strateji məhsul olan buğda təminatında idxaldan böyük ölçüdə asılı ölkələrdən biridir. Hər il ərzaqlıq buğdaya olan tələbatı təmin etmək üçün xaricdən 1,2-1,3 milyon ton məhsul idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabrında Azərbaycana idxal olunan 214 milyon 155,42 min dollarlıq 996 min 501,21 ton ərzaqlıq buğdanın 127 milyon 845,38 min dollarlıq 596 min 648,68 tonu Qazaxıstandan, 86 milyon 310,04 min dollarlıq 399 min 852,53 tonu Rusiyadan alınıb.  Rəsmi statistikaya əsasən 2025-ci ilin noyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 386,21 manat təşkil edib.

Buğdanın qiyməti kəskin qalxıb – Çörək bahalaşacaqmı? Yeni Sabah

2022-ci il qlobal ərzaq böhranından sonra Azərbaycan hökuməti ölkədə ərzaqlıq buğda istehsalını tələbatın ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazım olan 75 faizlik həddinə qədər artırmaq üçün addımlar atıb. Belə addımlardan biri Prezident İlham Əliyevin  2022-ci il iyul tarixli fərmanıdır. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmana görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Fərmana əsasən 2022-ci ildən etibarən dövlətin Taxın Fonduna alınan buğdanın qiyməti xaricdən idxal olunan məhsulun dəyərinə əsasən və ondan yuxarı həcmdə müəyyən olunur. 2022-ci ildə – dünya ərzaq, o cümlədən buğda qiymətlərə rekord həddə çatanda bu rəqəm 580 manat müəyyən edilmişdi. 2023-ci ildə 450 manata, 2024-cü ildə isə 400 manata endirildi.   

Nazirlər Kabineti Azərbaycanda 2025-ci il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 1 ton üçün yenidən 400 manat müəyyən edib.

Əldə olan rəqəmlər göstərir ki, fərmanla tətbiq olunan stimullaşdırma tədbirlərindən sonra da ərzaqlıq buğda təminatında yerli istehsalın payının artması müşahidə olunmayıb. Dövlət statistikasına əsasən, dekabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla, tarlalardan 3339,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər, o cümlədən 480,8 min ha sahədən 1 609,8 ton buğda yığılıb. Bu, hər hektardan orta məhsuldarlığın təxminən 33 sentnerə bərabər olması deməkdir. 2024-cü ildə 546,3 min hektar sahədən 1 milyon 685,7 min ton buğda yığılmışdı. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. 2023-cü ildə ölkədə 542,8 min hektar sahədən 1 milyon 833,9  min ton buğda yığıldığını, orta məhsuldarlığın 33,8 sentnerə bərabər olduğunu nəzərə alsaq, ötən il buğda yığımının 8 faiz, məhsuldarlığın isə 8,6 faiz azaldığını görərik. Bu il məhsuldarlıq artsa da, ümumi yığımın azalması davam edir.

Çörək halal olmalıdır

Rəsmilərin açıqladığı məlumata əsasən, Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri cəmi 24 min hektar buğda əkini ərazisində istifadə olunur ki, bu da ölkənin ərzaqlıq buğda tələbatını ödəmək üçün yetərli deyil. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür. 

2024-cü ilin iyununda Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün növbəti dəstək mexanizmini işə salıb. Belə ki, Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib. Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Subsidiya Şurasının qərarına əsasən 2026-cı təsərrüfat ilində fermerlər müasir suvarma sistemləri ilə təmin olunan sahələrdə apardıqları taxıl əkinlərinə görə hər hektara 290 manat subsidiya alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmayan, ənənəvi üsullarla suvarılan sahələrdə aparılan taxıl əkinlərinə görə fermerlərə hər hektara 230 manat subsidiya ödəniləcək.

Bundan əlavə, Aqrar Subsidiya Şurası Azərbaycanda ilk dəfə olaraq dəmyə əkinlərə görə subsidiya ödəmək barədə qərar qəbul edib. Belə ki, dəmyə əkinlərin hər hektarına görə fermerlərə 200 manat subsidiya verilməsi nəzərdə tutulur.

Bu il dekabrın 1-nə olan məlumata görə, ölkədə gələn ilin məhsulu üçün 710,5 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 354,6 min hektarı buğda, 355,8 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir. Ötən ilin eyni dövründə 364,1 min hektarda buğda, 299,3 min hektarda arpa və 0,1 min hektarda çovdar səpilmişdi. Bu isə o deməkdir ki, subsidiya və dəstək mexanizmləri buğda əkinlərinin azalmasının qarşısını almır. Eyni zamanda bu addımlar müasir texnologiyalı əkinlərdə ciddi artımı da təmin etmir. Belə vəziyyətdə dövlət dəstəyinin daha təsirli mexanizmlərinin hazırlanaraq tətbiq olunması vacibdir. Bu dəstək şumlamadan tutmuş, səpinə, becərilməyə, yığıma, saxlanma və satışa qədər bütün mərhələləri əhatə etməlidir. Əks halda, buğda təchizatında təhlükəsizliyi təmin etmək mümkün olmayacaq.

Hələlik dünya bazarındakı şərtlər qiymətlərin bizim üçün əlverişli çevrədə dəyişməsinə səbəb olur. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən, 2025-ci ilin noyabrında taxıl qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz aşağı olub. 

Azərbaycanın əsas buğda bazarlarından olan Rusiyada qiymətlər son illərin minimumundadır. Son 4 həftədə Rusiyadan idxal olunan buğdaya əlavə rüsum 0 dərəcə ilə hesablanıb, çünki dünya bazar qiyməti aşağı düşüb.

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik Azərbaycanın buğda təminatını ciddi çətinliklərdən sığortalayır. Lakin 2021-2022-ci illərdəki vəziyyət göstərir ki, şərtlərin kəskin dəyişməsi təhlükəsi hər zaman var…

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

Növbəti Yazı

“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 milyard manatı keçdi

EKSKLUZİV

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

06 Fevral 2026 / 22:59
1
Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

06 Fevral 2026 / 22:56
4
“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

05 Fevral 2026 / 13:35
10
Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

05 Fevral 2026 / 13:33
15

XƏBƏR LENTİ

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.