Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Azərbaycanda normal qidalana bilməyən vətəndaşlar: Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

2025-ci ildə Azərbaycanda on minlərlə insan maddi imkanların məhdudluğu səbəbindən doyunca yemək yeyə bilməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə dərc etdiyi “Əhalinin ərzağa əlyetərliliyi üzrə ilin yekunları” adlı hesabatında bildirilir. Qeyd olunur ki, sorğu Prezidentin müvafiq fərmanları və dövlət proqramları çərçivəsində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) metodologiya və tövsiyələri nəzərə alınmaqla həyata keçirilib. Müayinə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə təsadüfi seçilmiş 10510 ev təsərrüfatı arasında sorğu yolu ilə aparılıb.

Açıqlanan rəsmi məlumat belədir ki, yemək üçün kifayət qədər pulu və ya digər zəruri ehtiyatları olmadığı üçün ac qalaraq doyunca qidalana bilməyən ev təsərrüfatlarının ümumi ev təsərrüfatları içərisində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Rəsmi statistikaya görə, 1 noyabr 2025-ci il tarixində Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub. Ölkədə hər bir ev təsərrüfatına orta hesabla 4,19 nəfər düşdüyünü nəzərə aldıqda, ev təsərrüfatlarının ümumi sayı təxminən 2 milyon 445 minə bərabər olur. Bu göstəricinin 1,8 faizi isə təxminən 44 min ev təsərrüfatı deməkdir. Aparılan hesablamalara əsasən, bu ev təsərrüfatlarında yaşayan insanların sayı ümumilikdə təxminən 184,4 min nəfər təşkil edir. Başqa sözlə, 2025-ci ildə Azərbaycanda 184 mindən artıq insan ac olduğu halda doyunca qidalana bilməyib.

 

Rəsmi məlumatlara əsasən, maddi çatışmazlıq səbəbindən bütün sutka ərzində yemək yeməyənlərin sayı 30 min 734 nəfər olub. Qidalanmaq üçün məcbur qalaraq pul və ya ərzağı borc alanların sayı 215 min nəfərə, pulun olmaması səbəbindən ərzaq məhsullarını nisyə alanların sayı isə 225 min nəfərə çatıb.

İqtisadi rayonlar üzrə göstəricilər arasında da ciddi fərqlər müşahidə olunur. Ən aşağı göstərici Bakı şəhərində qeydə alınıb – burada doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının payı 0,9 faiz təşkil edib. Ən yüksək göstərici isə 3,1 faizlə Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb.

Digər regionlarda vəziyyət belə olub – Qarabağ və Mərkəzi Aran iqtisadi rayonlarında 2,8 faiz, Qazax-Tovuzda 2,7 faiz, Şərqi Zəngəzurda 2,6 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Şirvan-Salyanda 2,1 faiz, Gəncə-Daşkəsəndə 2 faiz, Quba-Xaçmazda 1,9 faiz, Mil-Muğanda 1,8 faiz, Lənkəran-Astarada 1,7 faiz, Naxçıvan və Abşeron-Xızı iqtisadi rayonlarında isə 1,3 faiz qeydə alınıb.

İqtisadi rayonlar üzrə müvafiq göstəricini təqdim edirik:

İqtisadi rayon Əhali sayı Faiz (%) Ac qalanların sayı
Bakı 2 351 000 0,9 21 159 nəfər
Naxçıvan 470 900 1,3 6 122 nəfər
Abşeron-Xızı 878 400 1,3 11 419 nəfər
Dağlıq Şirvan 322 000 2,2 7 084 nəfər
Gəncə-Daşkəsən 599 000 2,0 11 980 nəfər
Qarabağ 747 500 2,8 20 930 nəfər
Qazax-Tovuz 680 000 2,7 18 360 nəfər
Quba-Xaçmaz 550 000 1,9 10 450 nəfər
Lənkəran-Astara 943 000 1,7 16 031 nəfər
Mərkəzi Aran 724 000 2,8 20 272 nəfər
Mil-Muğan 527 000 1,8 9 486 nəfər
Şəki-Zaqatala 629 000 3,1 19 499 nəfər
Şərqi Zəngəzur 302 000 2,6 7 852 nəfər
Şirvan-Salyan 497 500 2,1 10 448 nəfər

Açıqlanan göstəricilərdən də məlum olduğu kimi, Azərbaycanda ərzaq təhlükəsizliyi problemi hələ də əhalinin müəyyən hissəsi üçün aktual problem olaraq qalır.

Məlumat üçün qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının noyabrın 29-da açıqladığı “Qlobal İnkişaf Vizyonu – 2025” adlı hesabatına görə, 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Bu, ötən illə müqayisədə 10 faiz çoxdur, eyni zamanda, COVID-19 pandemiyası zamanı qeydə alınan rekorddan bir qədər azdır.

WFP-nin hesabatına görə, bu gün dünyada təxminən 1,9 milyon insan aclıq astanasındadır. Xüsusilə Qəzza və Sudanda, eləcə də Cənubi Sudan, Haiti və Malinin bəzi bölgələrində fəlakətli səviyyədə aclıqla üzləşən insanların sayı görünməmiş həddə çatıb.

Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə 123 milyon insanı qidalandırmaq üçün WFP-nin ehtiyac duyduğu 16,9 milyard dollar dünyada cəmi iki həftə ərzində qəhvəyə xərclənən vəsaitə bərabərdir…

E. Bəyməmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

Növbəti Yazı

Dünya ölkələrinin borcu nə qədərdir? + SİYAHI

EKSKLUZİV

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
0
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

02 Oktyabr 2026 / 10:47
1
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

02 Oktyabr 2026 / 10:38
0
Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

02 Oktyabr 2026 / 10:35
0

XƏBƏR LENTİ

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.