Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55

Bakı şəhəri, Nəsimi rayonu, Suleyman Rüstən küçəsi, ev 47, mənzil 19 ünvanda yaşayan Adıgözəlova Könül Əlövsət qızı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçiləri – Fuad Ələsgərova, Kərəm Həsənova və Baş prokuror Kamran Əliyevə müraciət edərək, məhkəmə qərarlarının icra olunmaması və ona məxsus mənzillərin faktiki olaraq “yoxa çıxarılması” barədə məlkumat verib.

Mənzillərin pulu tam ödənilib, lakin təhvil verilmir

Sürəti “AzPolitika”ya təqdim olunmuş müraciətdə bildirilir ki, Könül Adıgözəlova ilə “İnter” MMC-nin direktoru Qabil Əliyev arasında 19 aprel 2019-cu il tarixində bağlanmış müqavilələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən binada iki mənzil satılıb:

“C” blokunun 22-ci mərtəbəsində yerləşən 195 kvadratmetr sahəsi olan 136 saylı mənzil;

23-cü mərtəbədə yerləşən 80 kvadratmetr sahəsi olan 137 saylı mənzil.

Vətəndaş bildirir ki, hər iki mənzilin dəyəri tam ödənilib və bunu təsdiq edən rəsmi maliyyə arayışı da “İnter” MMC tərəfindən təqdim olunub. Lakin buna baxmayaraq, tikinti şirkətinin rəhbəri Qabil Əliyev mənzilləri təhvil verməkdən yayınıb.

Məhkəmə qərarı var, amma icra olunmur

Hüquqları pozulduğu üçün vətəndaş məhkəməyə müraciət edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(011)-3790/2022 saylı qətnaməsi ilə “İnter” MMC-nin sözügedən mənzilləri vətəndaşa təhvil verməsi, habelə həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarına hər hansı maneə yaratmasının qadağan edilməsi qərara alınıb.

Bu məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.

Lakin bütün instansiyaların qərarlarına baxmayaraq, “İnter” MMC-nin sahibi Qabil Əliyev məhkəmə qətnamələrini icra etməkdən yayınır.

“Mənzillər var idi, sonra necə yoxa çıxdı?”

Müraciətdə xüsusilə vurğulanır ki, məhkəmə prosesləri zamanı mənzillərin mövcud olmaması ilə bağlı heç bir iddia irəli sürülməyib. Əksinə, Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasova tərəfindən mübahisəli mənzillərə yerində baxış keçirilib, müayinə protokolu tərtib olunub.

Həmin baxış zamanı Qabil Əliyev mənzillərin mövcud olduğunu təsdiqləyib və yalnız təhlükəsizlik səbəbi ilə binaya girişin məhdudlaşdırıldığını bildirib.

Buna baxmayaraq, məhkəmə qərarı icra mərhələsinə çatdıqdan sonra “İnter” MMC bu mənzillərin guya layihədə mövcud olmadığını iddia etməyə başlayıb.

Vətəndaş iddia edir ki, məhz məhkəmə qərarını icra etməmək üçün mənzillərin nömrələri dəyişdirilib, arakəsmələr sökülüb və yenidən tikilib, sahələr manipulyasiya olunaraq “belə mənzillərin mövcud olmadığı” görüntüsü yaradılıb.

İcra vərəqəsi ilə qorunan mənzil də “yoxa çıxıb”

Müraciətdə daha bir ciddi fakt diqqətə çatdırılır. Xətai Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, eyni ünvanda yerləşən A-1 blokunun 5-ci mərtəbəsindəki 189 saylı mənzilin özgəninkiləşdirilməsi “İnter” MMC-yə qadağan edilib.

Lakin vətəndaş bildirir ki, bu mənzil də sonradan ortadan yoxa çıxıb və qadağaya baxmayaraq faktiki olaraq icra olunmayıb.

“Mənə heç kim bata bilməz” iddiası

Müraciətdə ən ciddi ittihamlardan biri də budur ki, Qabil Əliyev öz əməllərini ört-basdır etmək üçün hüquq-mühafizə oranlarının bəzi rəhbər şəxsləri ilə əlaqələrinin olduğunu iddia edir və bu səbəbdən məsuliyyətə cəlb olunmayacağını deyir.

Könül Adıgözəlova qeyd edir ki, bu iddiaların doğru olub-olmadığını bilməsə də, Xətai Rayon Məhkəmə İcra Şöbəsinin əməkdaşlarının faktiki olaraq Qabil Əliyevə qarşı heç bir ciddi tədbir görməməsi onun narahatlığını daha da artırır.

Qanun nə deyir?

Müraciətdə Mülki Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə istinad edilir. Həmin maddələrə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və icra olunmaması məsuliyyət yaradır.

Vətəndaş bildirir ki, bütün bu müddət ərzində Qabil Əliyev heç bir məsuliyyət hiss etmir və məhkəmə hakimiyyətinə açıq hörmətsizlik nümayiş etdirir.

Prezidentdən kömək istənilir

Müraciətin sonunda Könül Adıgözəlova Prezident İlham Əliyevdən məsələni nəzarətə götürməyi, məhkəmə qərarlarının icrasının təmin olunmasına və “İnter” MMC-nin rəhbərinin məsuliyyətə cəlb edilməsinə kömək göstərməyi xahiş edir.

Vətəndaş bildirir ki, ən azı tikinti şirkətinin yeni inşa etdiyi binadan mənzil ayrılmaqla belə məhkəmə qərarları icra oluna bilər və bununla da onun Konstitusion hüquqları bərpa edilər.

Rasim Əliyev

“AzPolitika.info”

 

 

 

 

 

Əvvəlki Yazı

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

Növbəti Yazı

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

EKSKLUZİV

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

23 Dekabr 2025 / 19:17
0
Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

23 Dekabr 2025 / 19:14
0
Təhsil  nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

23 Dekabr 2025 / 19:07
0
Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

23 Dekabr 2025 / 18:15
0

XƏBƏR LENTİ

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

Yalan generalı Gerasimov: Putinin müharibəni davam etdirməsinə bir səbəb də generalların saxta hesabatlarıdır

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

Tramp iki ölkə başçısını ölümlə hədələdi

İŞİD-ın Kanadada öldürmək istədiyi şəxs azərbaycanlı imiş

Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır?

Putin ölkəni böhrana aparır, 2026-cı ildə… – Sensasion təhlil

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı

Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub – Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır (FOTOLAR)

Dünya ölkələrinin borcu nə qədərdir? + SİYAHI

Azərbaycanda normal qidalana bilməyən vətəndaşlar: Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

Manata ikinci şokun 10 illiyi – Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?

DSMF yoxsulluqla mübarizə aparır, yoxsa yoxsullarla?

Moskvada rus generalı öldürüldü – FOTO+VİDEO

Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır

200 manatlıq yardım kimlərə veriləcək?

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.