Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Manata ikinci şokun 10 illiyi – Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Bu gün – 21 dekabr tarixində Azərbaycan manatının ikinci devalvasiyasından 10 il ötür. Həmin tarixdə manat dollar qarşısında 1,05 qəpikdən 1,55 manat səviyyəsinə qədər qədər ucuzlaşıb ki, bu da təxminən 47,6% artım (ucuzlaşma) deməkdir.

Beləliklə, 2015-ci il ərzində iki böyük devalvasiyadan sonra manat ümumilikdə 144%-ə qədər dəyər itirdi. Bu hadisə sonrakı illər ərzində həm dövlət, həm biznes, həm də əhali üçün ciddi təsirlər yaratdı. Devalvasiya qərarı əsasən neft qiymətlərindəki kəskin enişə görə valyuta bazarında yaranan gərginliyi aradan qaldırmaqla bağlı idi.

Devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bank valyuta ehtiyatlarını bazara buraxdı. Rəsmi məlumatlara görə, manatın sabit qalması üçün təxminən 4-5 milyard dollar valyuta xərcləndi. Lakin neft qiymətlərinin düşməsi və valyuta təzyiqləri uzunmüddətli olaraq manatın məzənnəsini saxlamağa imkan vermədi. Nəticədə, manatın məzənnəsi bir dəfəyə aşağı endirildi.

Manatın dəyər itirməsi, xüsusilə xarici valyutaya bağlı idxal mallarının qiymətlərinə ciddi təsir göstərdi. Avtomobil, elektronika, ərzaq məhsulları və tikinti materiallarının qiyməti təxminən 30-40% artdı. Bu isə əhalinin gündəlik xərclərinə birbaşa təsir etdi və inflyasiya təzyiqlərini artırdı.

Banklardan dollarla götürülmüş kreditlərdə ödəmə yükü əhəmiyyətli dərəcədə artdı. Kreditlərin manata çevrilməsi nəticəsində borcluların aylıq ödənişləri təxminən 30% yüksəldi, bu da banklarda kredit risklərinin artmasına səbəb oldu. Bir çox vətəndaş üçün aylıq ödənişlər əvvəlkindən xeyli ağırlaşdı və bu, həm fərdi, həm də korporativ səviyyədə maliyyə çətinlikləri yaratdı.

2015-ci ilin əvvəlində əhalinin banklarda depozitlərinin böyük hissəsi, təxminən 50-60%-i xarici valyutada – əsasən dollar və avro ilə saxlanırdı. Devalvasiya zamanı əhalinin depozitlərinin manatla ifadəsində nominal artım baş versə də, real alıcılıq qabiliyyəti azaldı. Bu, xüsusilə dollarda kreditləri olan vəsait sahibləri üçün əhəmiyyətli itkilər yaratdı. Bu hadisə Azərbaycan iqtisadiyyatında həm əhalinin, həm biznes sektorunun, həm də dövlətin maliyyə siyasətində ciddi dəyişikliklər tələb etdi. Devalvasiya həmçinin manata inamın qorunması və valyuta ehtiyatlarının idarə edilməsi baxımından dərs rolunu oynadı.

Bəs hökumət bu hadisədən lazım olan nəticvələri çıxarıbmı?

Neft hasilatının və qiymətinin aşağı düşməsi ölkənin valyuta gəlirlərinə ciddi təsir edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin 10 ayında 11.5 milyard dollar dəyərində 22.1 milyon ton neft satıb. Bu vəsait xalis gəlir deyil, konsorium iştirakçılarının payını, əməliyyat xərclərini, vergiləri və s. çıxdıqda təqribən Neft Fonduna 50 faizə qədər rəqəm çatır. 2026-cı ilin dövlət büdcəsində neft və qaz sektorundan daxilolmaların payı təxminən 42,6% təşkil edəcək. Bu göstərici əvvəlki illərlə müqayisədə aşağıdır. Orta neft qiymətinin təxminən 65 dollar/barrel səviyyəsində nəzərdə tutulması da gəlirlərin azalmasına təsir edir. Beynəlxalq analitiklər bildirir ki, neftin hər 1 dollar ucuzlaşması Azərbaycan üçün ixracdan təxminən 300 milyon dollar, büdcə gəlirlərində isə 150 milyon dollar itki deməkdir.

Hazırda dünya birjalarında neft 60-62 dollar aralığında ticarət edilir. Beynəlxalq maliyyə institularının proqnozlarına görə, qiymət kəskin ucuzlaşa bilər – 55-58 dollar ən nikbin rəqəmlərdir.

Xaricdən idxalın həcmi isə 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin əvvəlinə olan rəsmi statistika göstərir ki, real ifadədə idxalda 50%-dən çox artım var. Bu artım əsasən qeyri-neft məhsullarının daxili bazara çıxışı və istehlak mallarına tələbin artması ilə bağlıdır. İxracın strukturu isə hələ də neft və qaz məhsullarına əsaslanır.

2026-cı ildə Azərbaycanda devalvasiya riski ümumilikdə aşağı səviyyədə qiymətləndirilir. Ekspertlər bildirir ki, Mərkəzi Bank və hökumət manatın məzənnəsinin stabilliyini qorumaq üçün kifayət qədər maliyyə resurslarına malikdir. Hazırda strateji valyuta ehtiyatları təxminən 80 milyard dollar səviyyəsindədir və onların böyük hissəsi Dövlət Neft Fonduna aiddir. Bu, manatın sabitliyini təmin etmək üçün kifayət qədər dəstək rolunu oynayır.

Azərbaycan banklarında əhalinin və şirkətlərin depozitlərinin valyuta strukturu da manatın stabilliyi üçün mühüm göstəricidir. 2025-ci ilin oktyabr ayında banklarda xarici valyuta ilə depozitlərin həcmi 10,46 milyard manat, manatla depozitlərin həcmi isə 19,94 milyard manat olub. Əvvəlki illərlə müqayisədə xarici valyutada depozitlərin payı azalıb — pandemiya öncəsi səviyyədə bu nisbət təxminən 55%, lakin son illərdə təxminən 29% səviyyəsinə düşüb. Bu isə göstərir ki, əhali və şirkətlər artıq dollar və digər xarici valyutalarda vəsait saxlamaqdan daha çox manat depozitlərinə üstünlük verirlər ki, bu da valyuta bazarında əlavə sabitlik yaradır.

Ekspertlərin fikrincə, bu amillər manatın məzənnəsinin sabit qalması üçün kifayət qədər dəstək təmin edir. Eyni zamanda, neft gəlirlərində azalma riski və idxalın artması iqtisadi siyasətdə çevik addımların atılmasını tələb edir.

E.Rüstəmli

“AzPolitika.info”

Əvvəlki Yazı

DSMF yoxsulluqla mübarizə aparır, yoxsa yoxsullarla?

Növbəti Yazı

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

EKSKLUZİV

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

06 Fevral 2026 / 22:59
1
Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

06 Fevral 2026 / 22:56
4
“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

05 Fevral 2026 / 13:35
10
Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

05 Fevral 2026 / 13:33
15

XƏBƏR LENTİ

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.