Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının pul müqabilində Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqda məlumatlar yayılır. Artıq hər iki ölkədə döyüşən yüzlərlə azərbaycanlı haqda məlumatlar mövcuddur.

Modern.az məsələ ilə bağlı hüquq-mühafizə orqanları və ekspertlərdən açıqlama əldə edib.

Milli Məclisin üzvü Elman Məmmədov uzun illərdir ki, dünyanın bir çox ölkələrində münaqişə zonalarında pul müqabilində insanların müharibəyə cəlb edildiyini bildirib. O bu kontekstdə Rusiya-Ukrayna müharibəsində çoxsaylı azərbaycanlıların döyüş əməliyyatlarına cəlb olunduqlarını vurğulayıb.

“Belə məlumatlar var ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf – həm Ukrayna, həm Rusiya hərbi təcrübəsi olan, könüllü döyüşmək istəyənlərə müxtəlif təkliflər verir. Sosial şəbəkələrdə çağırışlar yayılır, elanlar verilir. Dövlətin müvafiq qurumları bu məsələlərin qarşısını almaq üçün tədbirlər görür və görməkdə də davam edir.

Deputatın sözlərinə görə, əsas problem Rusiya və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlara cəlb olunmasıdır.

“Burada iki variantı nəzərə almalıyıq. Məsələn, Ukraynada yaşayan və ya Rusiyada yaşayan, eyni zamanda həmin ölkələrin vətəndaşlığını almış soydaşlarımız var. Yəni onlar Rusiya vətəndaşıdır və Ukrayna vətəndaşıdır, çağırış zamanı hərbi xidmətə çağırılır və döyüşə göndərilirlər. Bu, məsələnin bir tərəfidir.

Digər tərəfdən isə Ukraynada və ya Rusiyada yaşayan soydaşlarımız var ki, onlar bizim vətəndaşlardır, bu ölkələrin vətəndaşları deyillər. Onlar ya pul müqabilində, ya da zorla bu müharibəyə göndərilə, cəlb oluna bilirlər. Bax, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.

Eyni zamanda döyüş təcrübəsi olan Azərbaycan vətəndaşlarını, hətta ölkəmizdə – Azərbaycanda yaşayan insanları da çağıranlar var. Bu, ən təhlükəli məqamdır və mən hesab edirəm ki, vətəndaşlarımız diqqətli olmalıdır. Vətənimiz uğrunda, torpaqlarımız uğrunda döyüşmək hər bir vətəndaşın şərəfli borcudur. Ancaq pul müqabilində gedib kiminsə ölkəsində, kiminsə tərəfinə döyüşmək, məncə, qəbuledilməzdir və bunun qarşısı alınmalıdır.

Deputat azərbaycanlıların müharibəyə təşviqatının fiziki olaraq yox, daha çox onlayn resurslar üzərindən aparıldığını deyib.

“Azərbaycanda insanları müharibəyə cəlb edən bir dəstənin faktiki mövcud olması barədə fikir bildirmək çətindir. Sosial şəbəkələrdə müxtəlif vasitələrlə bu çağırışları edənlərin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması və ciddi tədbirlərin görülməsi vacibdir.”

Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı dövlətin ordusunda və silahlı birləşmələrdə iştirak qanunsuzdur. O bu kimi halların cinayət əməli olduğunu diqqətə çatdırıb.

“Adətən, bu tip məlumatlar dövlət orqanlarının nəzarətində olur. Xarici dövlətlərin müvafiq strukturları tərəfindən Azərbaycan tərəfinə məlumatlar daxil olur ki, filan Azərbaycan vətəndaşı döyüşlərdə öldürülüb, əsir götürülüb və ya barəsində cinayət işi başlanılıb.

Vətəndaşlarımız bilməlidir ki, bu hallar cinayət əməli hesab olunur. Xatırlayırsınızsa, 2010–2020-ci illər aralığında Azərbaycan Respublikasından xeyli sayda şəxs Suriyaya və İraqa gedərək müxtəlif silahlı qruplaşmalara qoşulmuşdu. Bu proseslər əsasən dini pərdə altında həyata keçirilirdi. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən cinayət işləri başlanıldı, şəxslərin ölkəyə qaytarılması ilə bağlı hüquqi prosedurlar həyata keçirildi.”

Əvvəlki Yazı

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Növbəti Yazı

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

EKSKLUZİV

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

16 İyul 2026 / 10:28
0
Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

16 İyul 2026 / 10:12
0
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

16 İyul 2026 / 9:59
0
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 2026 / 18:22
5

XƏBƏR LENTİ

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

AMEA Bakıdan köçürülür?

Külək güclənəcək, leysan olacaq – SABAHIN HAVASI

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.