Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Azərbaycan iqtisadiyyatına milyonlarla manat zərər vuran, dövlət strukturlarının daxilindən idarə olunduğu iddia edilən iri miqyaslı qaçaqmalçılıq şəbəkəsi üzə çıxıb.

Musavat.com xəbər verir ki, Baş Prokurorluğun açıqlamalarına görə, aksiz markası ilə markalanmalı olan tütün məmulatları qanunsuz dövriyyəyə buraxılıb. Tək bir cinayət işi üzrə bu məhsulların dəyəri 6,4 milyon manatı ötür, digər epizodlarla birləşdirildikdə isə zərər daha da böyüyür.

İstintaq göstərir ki, bu sxem sıradan cinayətkarların işi deyil. Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin ayrı-ayrı vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilib. Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından gətirilən aksizsiz tütün məmulatları gəmi yolu ilə Hövsan Dəniz Limanına gətirilmişdir. Bu epizodda limanın faktiki rəhbəri Ruslan Eyyubov, baş direktor Rəşad Daşdəmirov, xidmət rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, gömrük postunun rəisi Fərid Usubov və digər gömrük inspektorlarının adı keçir. Onlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq), 213-1.2 (aksizsiz malların dövriyyəsi) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.

Paralel istintaqda məlum olub ki, Qaradağ rayonunun Ələt qəsəbəsində, Xəzər sahilində qeydiyyatsız inşa edilmiş yanalma körpüsü vasitəsilə də qaçaqmalçılıq aparılıb. Bu epizod üzrə aksizsiz tütün məmulatlarının dəyəri 1 milyon manatdan çoxdur. “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” MMC-lərin rəhbərləri, gəmi heyəti və Sahil Mühafizəsinin əməkdaşları istintaqa cəlb olunub.

İctimaiyyətin diqqətini çəkən başqa bir məqam isə həbs olunan Ruslan Eyyubovun Şüvəlan qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən nəhəng mülkiyyətidir. Ümumilikdə 15 hektar ərazi, 5 hektarı “bağ evi” kimi rəsmiləşdirilib, qalan 10 hektarın məqsədi isə hələ aydın deyil. İstintaq dairələrində müzakirə olunur: bu əraziyə dəniz yolu ilə qaçaq gəmilərin yan alması texniki baxımdan mümkün olubmu?

Ruslan Eyyubov eyni zamanda “NB” Şirkətlər Qrupunun rəhbəridir və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Bu qohumluq faktoru cəmiyyətdə sual yaradır: illərlə davam edən bu sxem hansı himayə altında işləyib?

Məlumatlara görə, qaçaqmallar İranın Bəndər-Abbas limanından Hövsan və Qaradağ limanlarına gətirilmiş, oradan isə bağ evlərinə daşınaraq topdan və pərakəndə satışa çıxarılıb. Siqaretlər əsasən Bakı və digər iri şəhərlərin küçələrində səyyar şəkildə, kənd mağazalarında “piştaxta altından” satıldığı qeyd olunur. Ruslan Eyyubovun kimya sənayesi, mərmər, qranit, bahalı daşlar və boyaların istehsalı ilə məşğul olması, eləcə də Gəncədə iri zavod açması onun iqtisadi təsir dairəsinin genişliyini göstərir. “Liman işi” gömrük-liman sindikatının ifşasıdır. İstintaq dərinləşdikcə daha yüksək vəzifəli şəxslərin və daha geniş şəbəkənin üzə çıxması ehtimalı artır. Baş Prokurorluq istintaq-əməliyyat tədbirlərinin davam etdiyini və yeni məlumatların açıqlanacağını bəyan edib.

Bu dosye bir daha göstərir ki, limanlardan dənizkənarı malikanələrə qədər uzanan qanunsuz zənginləşmə mexanizmi yalnız təsadüfi hallardan ibarət deyil.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Növbəti Yazı

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

EKSKLUZİV

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

01 Oktyabr 2026 / 21:33
1
“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

01 Oktyabr 2026 / 16:18
2
Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

01 Oktyabr 2026 / 16:00
3
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 / 15:47
0

XƏBƏR LENTİ

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib

Rəqəmsal Məcəllə hazırlanacaq

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək

Elman Rüstəmov məşhur şadlıq evini satdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.