Xarici İşlər Nazirliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilir.
Musavat.com-un xəbərinə görə, xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh prosesində əhəmiyyətli irəliləyiş əldə olunub.
XİN başçısı vurğulayıb ki, Vaşinqtonda imzalanan saziş regionda yeni geosiyasi reallıqlar yaradıb:
“TRIPP layihəsi regional inteqrasiyanı təmin edəcək. Sülh sazişinin imzalanması və layihənin icrası üçün Ermənistanın öhdəliklərini yerinə yetirməsi önəmlidir. Delimitasiya prosesi də davam edir”.
Nazir qeyd edib ki, Ermənistanın 30 illik işğal ərzində törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə işlər davam edir.









