Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İDMAN “KƏNDXUDALIĞI”… – Dünya şöhrətli idmançımıza qarşı ədalətsizliyin arxasında nə durur?

Dekabr 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycanda məmur-nazir zümrəsinin çoxsaylı sağalmaz, ümidsiz xəstəliklərindən biri də bu zümrəyə aid olanların özlərini onlara tapşırılan sahənin ağası, yiyəsi, “kəndxudası” hesab etmələridir. Bu adamlar onlara verilən vəzifəni, kreslonu, statusu dövlətin etimadı yox, sanki ata-babalarının miras qoyduğu, peşkəş etdiyi mal-mülk kimi görürlər. Bu səbəbdən dövlət ərkanı, davranışı, mədəniyyəti kimi anlayışları şəxsi eqo, hikkə, əda və yekəxanalıqlarına çoxdan qurban veriblər…

Azərbaycanın dünyada bir çox olimpiya çempionlarımız kimi fraqmental şəkildə yox, uzun illərdir, ardıcıl olaraq tanıdan, başını uca edən 3-5 idmançıdan biri olan Rafael Ağayevə qarşı münasibət klassik məmur özbaşınalığının, saymazlığının, yekəxanalığının nümunəsidir. Adamın “günahı” budur ki, dövlətdən 3-5 manat mükafat alandan sonra idmanı bir tərəfə atıb, mal-qara, qoyun-quzu alverinə keçən, polisə, ədliyyəyə, fövqəladə hallara, idman federasiyalarına və s. düzələn, bizneslə məşğul olanlardan fərqli olaraq, öz sənətinin yaxşı mənada “xəstəsidir”. Ona görə də susa bilmir, özünə və digər idmançılara qarşı haqsızlıqlara çox sakit, məntiqli şəkildə, arqumentlərlə etiraz edir. İstədiyi də çox şey deyil, dava-dərman, bir azca da diqqət və qayğıdır. Hə, bir də biraz ədalət istəyir ki, bu kateqoriya da Azərbaycan məmurunun, nazirinin, federasiya başçısının gözünün düşmənidir… 

Hazırda sosial şəbəkələrdə Rafael Ağayevin Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasiminə dəvət olunmaması geniş müzakirə olunur və haqlı olaraq hiddətlə qarşılanır. Xatırladaq ki, Ağayev 5 qat dünya və 11 qat Avropa çempionudur. Ancaq buna baxmayaraq, görünür, “dilini dinc qoymadığı” üçün Gənclər və İdman Nazirliyinin “qara siyahısı”na salınıb. Əvəzində, həmin tədbirə, idmana, idman nailiyyətlərinə heç bir aidiyyatı olmayan “şəngülüm” bloqerlər, müğənnilər, şou təmsilçiləri dəvət alıblar. Bu tədbiri təşkil edənlər görünür, hələ də anlamırlar ki, idman çoxdan şou, əyləncə statusundan çıxaraq, siyasi, ictimai, hətta sosial xarakter alıb. Ona görə də bu sahəyə başçılıq edən məmurun, federasiya rəhbərinin, nazirin siyasi təfəkkürü, dövlət və dövlətçilik anlayışı, ərkanı olmalıdır. Varmı? Çətin sualdır…

Belə tədbirlər dövlətin adından və dövlətin pulu ilə keçirilir, nazirin, məmurun cibinin pulu ilə yox! Ora dəvət olunanlar da nazirin, idman məmurunun kefindən, ədasından, hikkəsindən yox, dövlətin seçimindən asılı olmalıdır. Dövlət isə Rafael Ağayev kimi Azərbaycanın başını uca edən, dəfələrlə bayrağını qaldıran, tanıdan istedadlı, hətta əfasnəvi idmançını qoyub, “müğənni-bloqerləri” seçə bilməz! Ağayevə dövlətin ən yüksək mərtəbəsindəki müsbət münasibət bəllidir. Ancaq buna baxmayaraq, görün bu nazir-məmur tayfası nə qədər həddini aşıb ki, hətta buna da məhəl qoymur… Bu da hələ “Avropa təhsili”, “Qərb və müasir dünyagörüşlü” nazir… İndi görün “Mehdiyev məktəbi”ndən qalmalar və onların başçılıq etdiyi sahələr nə gündədir. Ağayev kimi həyatını, sağlamlığını Azərbaycan idmanına həsr edən peşəkara qarşı bu cür münasibəti, məmur özbaşınalığını, saymazlığı görən hansısa gənc idmançıdan nə gözləyirsizniz? Onlardan bayrağa, ölkəyə sədaqət gözləməyə haqqınız varmı?

Bütün bunlardan sonra hələ gileylənirik ki, niyə azərbaycanlı idmançılar, öz vətəninin deyil, Rusiya, Ukrayna, Belarus, Türkiyə və digər ölkələrin bayraqları altında yarışmağa üstünlük verirlər? Niyə onların əvəzinə Azərbaycana heç bir aidiyyatı olmayan, zəhmət çəkib himnimizin heç olmasa, 3-4 sözünü belə əzbərləmək istəməyən əcnəbiləri gətirib “milliləşdirik”? Çünki bu “mexanizm” kimlər üçünsə daha sərfəlidir, çünki belə nazirlər, məmurlar layiq olanın haqqını verməyəndə, haqsızlıq, özbaşınalıq edəndə, əsl idmançıları qoyub, öz kefinə uyğun ayrıseçkilik edəndə, bütün bunlardan bezən, iyrənən idmançı da öz seçimini edir – ona dəyər verilən yerə üz tutur və nəticədə təəssüf ki, başqa bayrağı seçir. Sonda isə uduzan, itirən nazir, məmur yox, Azərbaycan olur…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Əvvəlki Yazı

Rusiya parçalansa ən böyük pay kimə düşəcək: Çin, ABŞ və Yaponiya pusquda…

Növbəti Yazı

Bazarlarda bayram bahalaşması… – Qarşısını necə almaq olar?

EKSKLUZİV

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

26 Dekabr 2025 / 12:36
2
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 2025 / 12:29
20
Bakıda analoqsuz dələduzluq: Ümid yenə DTX və Baş Prokurorluğadır…

Bakıda analoqsuz dələduzluq: Ümid yenə DTX və Baş Prokurorluğadır…

26 Dekabr 2025 / 12:16
1
Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

26 Dekabr 2025 / 11:45
0

XƏBƏR LENTİ

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Bakıda analoqsuz dələduzluq: Ümid yenə DTX və Baş Prokurorluğadır…

Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

Almaniyada qalmaqala səbəb olan şəxs azərbaycanlı imiç

Məhkəmə “Mutfakçı Azərbaycan”la bağlı qərar verdi – Qüsurlu mebel, maddi ziyan…

“Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

FTB təhlükəli iranlı “general”ı axtarır

Qohumun adına kredit götürənlərin NƏZƏRİNƏ – Bu halda…

Bəylər Eyyubovun həbsdəki qardaşı oğlu şikayət edib – O, azadlıq istəyir

Gələn il Azərbaycanın pul siyasəti necə tənzimlənəcək?

Bazarlarda bayram bahalaşması… – Qarşısını necə almaq olar?

İDMAN “KƏNDXUDALIĞI”… – Dünya şöhrətli idmançımıza qarşı ədalətsizliyin arxasında nə durur?

Rusiya parçalansa ən böyük pay kimə düşəcək: Çin, ABŞ və Yaponiya pusquda…

Toy bazarında xaos: qazanan işbazlardı

Həbsdəki keçmiş icra başçılarından biri amnistiyaya düşür

Ramiz Mehdiyev kostyumlarını buradan alırmış – FOTO

Qoşqar Təhməzliyə yaxın daha bir şirkətə 3,1 milyonluq sifariş

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.