Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Yanvar 7, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Həə, əziz oxucular, madam ki, Səməd Vurğunla bağlı ədəbi müzakirə açılıb, o zaman bir az da yaxın gəlin…

Əvvəla, onu deyim ki, klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər… var. Hansı ki, onlar BİRBAŞA sənəti (eləcə də sənətkarlığı!) ifadə etmir.

Məsələn, bir hadisənin, mövzunun OLDUĞU KİMİ (xammal şəklində!), ƏDƏBİ TƏFƏKKÜRDƏN EMAL OLUNMADAN nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, əsla, yox…

Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud MƏTNsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə (xüsusən də kütləviləşmiş düşüncələrdə!) necə deyərlər, “ört — bastır” edir… edib.

Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam dünyagörüş baxımından o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi… bu gün də belədi… hələ bəlkə bu gedişlə sabah da belə olacaq.

Fikirlərimi bir az da konkretləşdirim…

Məsələn, götürək, dünən haqqında qısaca söz açdığım Səməd Vurğunun külliyatını, yazdıqlarını. Ən çox nədən ibarətdir? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin… ümumilikdə mövzuların OLDUĞU KİMİ (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, bədii mətnə çevrilmədən, ədəbi təfəkkürdən emal olunmadan.

MƏHZ BU BAXIMDAN DA Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox.

Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.

Ədəbi müstəvidə bunlar çox incə və ciddi mətləblərdi…

… Yeri gəlmişkən, gəlin, elə bu məqamda misal olaraq hamının tez – tez adını çəkdiyi “Azərbaycan” şeirinə üz tutaq.

Müəyyən bədii ştrixlərin fonunda populizmdən, sentimental şüarçılıqdan, publisistik fikir harmoniyasından… başqa, nə var axı, “Azərbaycan” şeirinin mahiyyətində?

Gerçək sənəti, ədəbiyyatı ortaya qoyacaq YARADICI MASŞTAB yoxdu, axı…

Niyə, “bütləşdirirsiniz” VƏ YA niyə “bütləşdirilməlidir” Kİ (Səməd Vurğunlar)?

DİGƏR TƏRƏFDƏN, “hamı əzbər bilir”… “hamı sevir”… “sadə dildə yazıb”… faktları, detalları haçandan SƏNƏTin meyarı, təsdiqi, müəllifin YARADICI POTENSİALının göstəricisi olub?

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox…

Səməd Vurğunun adı çəkilən kimi ANCAQ çoxluq (kəmiyyət), eləcə də çoxluğun üzərindəki müəllifin duyğu manipulyasiyası faktı meydana gəlir (çünki yazdıqlarının gerçək üzü buna əsas verir), demək olar ki, Səməd Vurğunu hər zaman ANCAQ çoxluqla (kəmiyyətlə) şərh edirlər. Təbii ki, bu isə sənətkarlığın İSBATI yox, kütləviliyin, kütləvi olmağın təqdimlərindən biridir.

MƏSƏLƏN, Səməd Vurğun Salvador Dali ilə demək olar ki, eyni bir dövrdə yaşayıb. Dönün, Salvador Dalidəki (sənətə xas olan!) YARADICI MEXANİZMə baxın, sonra gəlin, Səməd Vurğunun yazdıqlarının tərkibinə, mahiyyətinə baxın.

QEYD ETDİYİM bu nüansda məqsədim Səməd Vurğunu Salvador Dali ilə müqayisə etmək deyil. Əsla!.. Səməd Vurğun Salvador Dalidəki YARADICI POTENSİALla müqayisəyə belə gələ bilməz. Sadəcə, məgər Səməd Vurğun görmürdümü gerçək SƏNƏT… YARADICILIQ… müəllifdə YARADICI BLOKun varlığı nə deməkdi, necə olmalıdır… ƏGƏR varsa hansı şəkildə özünü əks etdirməlidir?..

Məgər görmürdümü?..

… Bir sözlə, nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil.

KÜTLƏ TƏFƏKKÜRÜ İSƏ sənətkarlığı məsələnin nəzm, ahəng… hissəsində görür. Bu da yanlışlıqdan başqa heç nəyi ifadə etmir.

 

Emil Rasimoğlu

şair-publisist

Əvvəlki Yazı

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Növbəti Yazı

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

EKSKLUZİV

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

23 Oktyabr 2026 / 13:00
0
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

23 Oktyabr 2026 / 12:51
1
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

23 Oktyabr 2026 / 12:47
1
Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

23 Oktyabr 2026 / 12:37
0

XƏBƏR LENTİ

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Yol polisindən piyadalara çağırış: Azyaşlılarla hərəkət zamanı…

Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Paşinyan: Sülh sazişinin 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.