Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

Fevral 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə bildirib ki, yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatıb.

Nazir müavinin sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb.

“Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir”, -deyə o qeyd edib.

Nazir müavinin son illərdə pensiyaların bir neçə dəfə artırılması ilə bağlı dediyi fikirlər ilk başda qulağa xoş səslənsə də, burada diqqətdən kənarda qalmamalı bir sıra vacib məqamlar var. İlk növbədə pensiya artımlarının əhalinin rifahına real təsir göstərməsi üçün bu artımlar təkcə nominal deyil, həm də ərzaq və xidmətlər üzrə inflyasiyanı üstələməlidir. Əks halda, maaş və pensiyalardakı artım kağız üzərində qalır, gündəlik bazar xərcləri isə bu artımı qısa müddətdə “əridir”.

 

Elə pensiyaçılar özləri də çox vaxt sözügedən artımların onların həyat səviyyəsinə ciddi təsir etmədiyini bildirirlər. Bildirilir ki, pensiyalar artırılsa da, ərzaq və gündəlik tələbat məhsullarının qiymətindəki bahalaşma, xüsusilə son dövrlərdə çörək, yağ, un məmulatları və dərman qiymətlərinin yüksəlməsi pensiyaçıların real alıcılıq qabiliyyətini zəiflədir və artımların gündəlik həyatda ciddi hiss olunmadığına dair narazılıqları artırır.

 

 

Bəs həqiqətənmi son illərdəki pensiya artımları ərzaq qiymətlərindəki bahalaşmanı kompensasiya edə bilmir?

 

Mövcud artımların əhalinin rifahına hansı səviyyədə təsir etdiyini daha aydın anlamaq üçün son 15 ildə ölkədə ərzaq məhsullarının qiymətində baş verən qiymət dəyişikliyini araşdırmaq qərarına gəldik.

 

Apardığımız araşdırma zamanı məlum oldu ki, son 15 il ərzində – 2011-ci ilin yanvarından 2026-cı ilin yanvarınadək Azərbaycanda əsas ərzaq məhsullarının demək olar ki, hamısında qiymət artımı qeydə alınıb.

Ət məhsulları üzrə:

– Sümüklü mal ətinin 1 kiloqramı 2011-ci ildə 7 manat olduğu halda, 2026-cı ildə 16,5 manata yüksəlib – 2,4 dəfə artıb;

– Sümüklü qoyun əti 8 manatdan 18,8 manata qalxıb – 2,3 dəfə bahalaşıb;

– Toyuq əti isə 4 manatdan 6,15 manata yüksəlib – 54 faiz artım var.

 

Çörək və un məmulatları

 

– 300 qramlıq çörək 0,30 manatdan 0,55 manata qalxıb – 83 faiz artım.

– Unun 1 kiloqramı 0,50 manatdan 1,50 manata yüksəlib – 3 dəfə bahalaşıb.

– Makaron və vermişel məhsulları hər biri 0,80 manatdan 2,70 manata qalxaraq 3,4 dəfə artım göstərib.

Süd və süd məhsulları

– Kərə yağı ən çox bahalaşan məhsul olub: 6,30 manatdan 23,30 manata – 3,7 dəfə artım;

– Qatıq 1,50 manatdan 2,85 manata yüksəlib – 90 faiz artım;

– Sterilizə olunmuş süd 1,50 manatdan 3 manata qalxıb – 2 dəfə bahalaşıb;

 

– Yumurtanın 1 ədədi 0,17 manatdan 0,21 manata qalxıb – 24 faiz artım;

 

Yağlar və digər əsas məhsullar

– Qarğıdalı yağı 1 litr üçün 2,30 manatdan 5,50 manata yüksəlib – 2,4 dəfə;

– Duzun 1 kiloqramı 0,40 manatdan 1 manata qalxıb – 2,5 dəfə;

– Çay (100 qram) 0,80 manatdan 1,40 manata yüksəlib – 75 faiz artım;

– Şəkər tozu 1 manatdan 1,95 manata qalxıb – 95 faiz artım.

Dənli və paxlalı məhsullar

– Qarabaşaq 2,40 manatdan 3,40 manata yüksəlib – 42 faiz artım;

– Yumru düyü 1,30 manatdan 3,10 manata qalxıb – 2,4 dəfə;

 

– Uzun düyü 2,70 manatdan 4,80 manata yüksəlib – 78 faiz artım;

 

Quru meyvə və çərəzlər

– Qoz ləpəsi 10 manatdan 17 manata qalxıb – 70 faiz artım;

– Fındıq ləpəsi 8 manatdan 27 manata yüksəlib – 3,4 dəfə bahalaşıb;

Meyvə-tərəvəz üzrə mənzərə daha fərqlidir:

-Banan 2,60 manatdan 3 manata qalxıb – 15 faiz artım;

-Armud 3 manatdan 3,60 manata yüksəlib – 20 faiz artım.;

-Mandarin (xarici) 2 manatdan 2,30 manata qalxıb – 15 faiz artım;

-Portağal (xarici) 2,50 manatdan 3 manata yüksəlib – 20 faiz artım;

 

-Xiyar (istixana) 2 manatdan 3,80 manata qalxıb – 90 faiz artım;

 

-Pomidor 3 manatdan 4,60 manata yüksəlib – 53 faiz artım;

-Kök 1 manatdan 1,20 manata qalxıb – 20 faiz artım.

Eyni zamanda ucuzlaşma qeydə alınan məhsullar da var

– Alma 2 manatdan 1,80 manata düşüb – 10 faiz ucuzlaşma;

– Soğan və kələm hər ikisi 0,80 manatdan 0,70 manata enib – 12,5 faiz ucuzlaşma;

– Kartof 0,90 manatdan 1,10 manata qalxıb – 22 faiz artım;

– Göyərtinin qiyməti isə 0,20 manat olaraq dəyişməyib.

Hesablamalar göstərir ki, eyni dövrdə əsas ərzaq məhsullarının böyük əksəriyyətinin qiyməti 2–4 dəfə, bəzi məhsulların — xüsusilə kərə yağı, un məmulatları və çərəzlərin qiyməti isə 3–4 dəfə artıb. Məsələn, kərə yağının qiyməti 15 ildə 3,7 dəfə, un və makaron məhsulları 3 dəfədən artıq bahalaşıb.

 

 

Pensiya sahəsindəki artımlara gəlincə, 2011-ci ildə ölkədə orta aylıq pensiya məbləği 115 manat olub. Bu məbləğ 15 il ərzində 590 manata yüksəlib ki, bu da 5 dəfədən çox nominal artım deməkdir.

Ancaq pensiyalar nominal olaraq 5 dəfə artsa da, gündəlik istehlak səbətindəki xərclərin sürətli artımı pensiyaçıların real alıcılıq qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb.

Sadə müqayisə üçün 2011-ci ildə pensiyaçıların gündəlik istehlak etdiyi əsas ərzaq məhsullarından ibarət şərti “ərzaq səbəti” götürək. Məsələn, 1 kiloqram un, 1 kiloqram sümüklü mal əti, 1 litr süd, 100 qram çay, 1 kiloqram şəkər tozu və 1 kiloqram kartofdan ibarət səbətin dəyəri 2011-ci ildə təxminən 13–14 manat təşkil edirdisə, 2026-cı ilin yanvarına gəldikdə eyni məhsullardan ibarət səbətin qiyməti 30 manata yaxınlaşır.

Beləliklə, pensiyalar 15 il ərzində nominal olaraq 5 dəfədən çox artırılsa da, qiymətlərin yüksəlməsi – ərzaq və xidmət inflyasiyası bunun həyat səviyyəsinə təsirini neytrallaşdırıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Növbəti Yazı

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

EKSKLUZİV

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

02 Sentyabr 2026 / 12:16
0
Bu tələbələrə 2000 manat mükafat veriləcək

Bu tələbələrə 2000 manat mükafat veriləcək

02 Sentyabr 2026 / 12:00
0
Azərbaycan sərhədində 11 əcnəbi saxlanıldı

Azərbaycan sərhədində 11 əcnəbi saxlanıldı

02 Sentyabr 2026 / 11:55
0
124 mindən artıq uşaq birinci sinfə qəbul olunub – RƏSMİ

124 mindən artıq uşaq birinci sinfə qəbul olunub – RƏSMİ

02 Sentyabr 2026 / 11:39
0

XƏBƏR LENTİ

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Azərbaycan sərhədində 11 əcnəbi saxlanıldı

124 mindən artıq uşaq birinci sinfə qəbul olunub – RƏSMİ

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Bu il 89 uşaq övladlığa verilib

Sabahın hava proqnozu açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.