Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Fevral 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Mayası halallıqla yoğrulduğu üçün, onun haqqında söhbət açmaq çox asandır. Çünki dünyaya “Bismillah” kəlməsinin sədası altında gəlib, əmdiyi ana südünün, yediyi halal çörəyin mayasında “Bismillah” olub, “Bismillah” kəlməsi səslənən ocaqdan pərvazlanıb. Və “Bismillah” deyə-deyə böyüyüb ərsəyə çatıb. Kimdir o? Həddibuluğa çatana kimi, doğulduğu kəndin yaxınlığından axan “Qarayar” çayını dünyanın ən böyük çayı bilib sularında fəxrlə üzən, sonradan həyatını Xəzərə bağlayan, çox fırtınalardan keçən gəmi kapitanı, dəryalar cəngavəri, dalğalar fatehi, yenilməz dənizçi, istedadlı şair, jurnalist, sayt rəhbəri- Faiq Balabəyli!..

Deyir ki:- “Xəzər maraqlı dənizdir. Onun qoynunda işləmək, dənizçi olmaq çox şərəflidir. Xəzərlə dostluq etmək çətindir, gərək onunla dil tapmağı bacarasan. Elə ki, coşdu dözülməz olur, amma susanda adamın pıçıltılarını da eşidir. Dünyanın bir çox dənizlərində üzmüşəm, amma heç biri mənə Xəzərin yerini verməyib. Xəzər daha canlıdır, daha çılğındır. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər…”

O, 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakıya üz tutub. Üç il 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Məktəbi bitirən kimi əsgərliyə yollanıb, Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra isə təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. O, eyni zamanda iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə “Ədəbiyyat qəzeti”ndə işləyib. Hazırda İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. O cümlədən “müstəqil. az” saytına rəhbərlik edir…

İstedadlı adamdır, gözəl poeziya nümunələri, publisistik yazıları var. İndiyədək ondan yuxarı kitabı nəşr olunub…

“İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. Beləiklə, mən qələmə sarıldım. İndiyədək ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika və s.. Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Dənizçi olsam da, bütün ömrüm boyu bədii yaradıcılıqla da məşğul olmuşam. Bu, bir növ mənim hobbimdir. Heç vaxt hansısa yazıma görə ədəbiyyat tarixində qalmağımı düşünməmişəm. Elə buna görə də yaradıcılığıma bələd olanlar yazılarımda səmimiyyət olduğunu qeyd edirlər…”- söyləyir.

Tez-tez görüşə bilməsək də arada zəngləşib dərdləşirik. İncə yumor hissi var, zarafat etməyi bacarır. Səsinin ahəngi gəmi kapitanının əmiranə səsindən daha çox, şair səsinə bənzəyir, yumşaq və canlıdır. Sosial şəbəkədə paylaşdığı yazılarından hiss olunur ki, insanlar arasında olmağı xoşlayır. Necə deyərlər, cəmiyyət adamdır…

Fəzilətli, canlı, həvəsli, optimist, istedadlı və etibarlıdır. Sıfırdan başlayaraq çox çətin məqsədlərə çatmaq gücü var. İti zehni ilə kamillikdən həzz alır. Yaxşı təşkilatçılıq qabiliyyəti olan, diplomatik, dürüst və səmimi, bəzən də sadəlövh birisidir. Sevgi onun üçün ən güclü hissdir. O, sevgisində həmişə dürüstdür. Getdiyi yerdə özünü necə aparmalı olduğunu, cəmiyyətə necə uyğunlaşacağını çox yaxşı bilir. O, pozitiv düşünən və məqsədlərinə çatmaq üçün səy göstərən biridir. Adi işləri sevmir, tənbəlliyi xoşlamır, özünü təkmilləşdirdikcə bundan xoşbəxt olur. Çox həssas və emosionaldır. Bəzən qəzəbli görünsə də, əslində qəzəbinin altında böyük bir zəka gizlənir…

Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəlyan yox, qəm-qüssə, necə deyərlər, millətin, xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Bəli, hər şeir, ağrı-acının, qəm-qüssənin məhsuludur. Öz aramızdır, şairlər də elə kapitanlardır, “SÖZ” dəryasında üzən gəmilərin kapitanları…

Fevralın 23-ü bütün imanlı şəxslər kimi “Bismillah”sız heç bir iş görməyən Faiq bəyin növbəti ad günüdür, 62 yaşı tamam olur. 62 rəqəmi Mendeleyevin cədvəlində Samarium elementinin atom nömrəsidir. Numerologiya sistmində isə, 62 rəqəmi məsuliyyət, harmoniya, əməkdaşlıq və balansı ifadə edir. Bu yaş ola bilər ki, gəmi kapitanları üçün çoxdur, amma şair ilhamının müdriklik dövrünün başlanğıcı deməkdir. Şair dostum Faiq Balabəyliyə tükənməz ilham, uzun ömür arzulayıram.

Hörmətlə, Elman Eldaroğlu

Əvvəlki Yazı

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Növbəti Yazı

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

EKSKLUZİV

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

23 Oktyabr 2026 / 14:00
0
5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

23 Oktyabr 2026 / 13:48
0
Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

23 Oktyabr 2026 / 13:30
1
Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

23 Oktyabr 2026 / 13:17
1

XƏBƏR LENTİ

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Yol polisindən piyadalara çağırış: Azyaşlılarla hərəkət zamanı…

Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.