Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısının növbəti səyyar görüşü rayonun Qazaxbəyli kəndində yaşayan sakinlərlə olub

Aprel 11, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının aprel ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub.

Aprelin 10-da Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən illər ərzində Qazaxbəyli kəndində 11 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 55 nəfər vətəndaş tərəfindən 36 məsələ qaldırıldığını, həmin məsələlərdən 10-nun təkrar olduğunu, 19 məsələnin müsbət həllini tapdığını söyləyib. 4 məsələnin dövlət proqramına salındığını, 3 məsələnin qanunamüvafiq cavablandırıldığını, 10 müraciətlə əlaqədar aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. İcra başçısı ötən müddət ərzində Qazaxbəyli kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını qeyd edib. Qazaxbəyli kənd uşaq bağçasının yüksək səviyyədə təmir olunduğunu, kənddə su probleminin aradan qaldırıldığını, elektrik dayaqlarının yeniləndiyini, yeni transformatorun qoyulduğunu qeyd edib. Kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu söyləyib.

Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib.İcra başçısı Birinci Qarabağ müharibəsində Qazaxbəyli kəndindən 2 nəfərin şəhid verdiyini, 6 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Qazaxbəyli kəndindən 17 nəfərin iştirak etdiyini, onlardan 11 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 3 nəfərin müharibə əlili olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Qazaxbəyli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Qazaxbəyli kəndində əkin sahəsinin 251,3 hektardan 304 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Qazaxbəyli kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Qazaxbəyli kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 3 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Rayon rəhbəri bu kənddə də növbəlilik cədvəlinin tərtib olunduğunu, arxlarda təmizlik işlərinin aparıldığını diqqətə çatdırıb.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 27 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 12 nəfərin Vətən müharibəsi əlili və müharibə iştirakçısı, 14 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də “Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra “Qazax İdman paytaxtı 2026″nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11-14 mart tarixlərində sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin keçirildiyini vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qazaxbəyli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin olunduğunu bildirib.

İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qazaxbəyli kəndində görülən işlərə, bağçada gələcəyimiz olan uşaqlar üçün yaradılan şəraitə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını, səslənən məsələlərin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini söyləyib.

Əvvəlki Yazı

Özü boyda ürəyi olan Adam

Növbəti Yazı

Xalq şairi S.Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçiriləcək

EKSKLUZİV

Meksikanın Teotiuakan piramidasında dəhşətli hücum: Bir ölü, altı yaralı

21 Aprel 2026 / 11:05
1

Almaniyada yağış suyu yığanlara sərt cəza: 5000 avro cərimə və həbs təhlükəsi

21 Aprel 2026 / 11:05
1

Çin səhrasında günəş panelləri ekoloji möcüzə yaradır: Tədqiqatlar heyran etdi

21 Aprel 2026 / 11:05
1

Luka Modriç Ardıcıl 10-cu Dəfə İlin Ən Yaxşı Futbolçusu Seçildi!

21 Aprel 2026 / 11:05
1

XƏBƏR LENTİ

Meksikanın Teotiuakan piramidasında dəhşətli hücum: Bir ölü, altı yaralı

Almaniyada yağış suyu yığanlara sərt cəza: 5000 avro cərimə və həbs təhlükəsi

Çin səhrasında günəş panelləri ekoloji möcüzə yaradır: Tədqiqatlar heyran etdi

Luka Modriç Ardıcıl 10-cu Dəfə İlin Ən Yaxşı Futbolçusu Seçildi!

Zaur Axundovun Kluba Dəstəyi Təhlükədə: “Tək Qalmışam” Açıqlaması Gərginlik Yaradıb

Prezident Pezeşkian ABŞ-a sərt mesaj verdi: “İran təslim olmayacaq!”

Azərbaycan Neftinin Qiyməti 110 Dollar Səddini Aşıb: Dünya Bazarlarında Yüksəliş

Azərbaycanda faktiki hava: Milli Hidrometeorologiya Xidməti son məlumatları açıqladı

Trampdan Gələcək Proseslə Bağlı Sərt Xəbərdarlıq: “Uzun və Çətin Olacaq”

Rusiya ordusunun Ukraynadakı son sutkadakı itkiləri açıqlandı: Ağır zərbələr

Azərbaycanda əlillik pensiyası alanların sayı kəskin artıb: Martda 249 mini ötüb

Dünyanın ən uzunmüddətli tikintisi başa çatır: Turistlərin dəstəklədiyi 144 illik möcüzə

Bakıda NƏHƏNG İNFRSTRUKTUR LAYİHƏSİ: Metro xəttinin altından avtomobil yolu keçəcək

Qrenlandiyanın ‘Yaşıl Torpaq’ Adı Elmi Cəhətdən Təsdiqləndi: Buzlar Arasındakı Gizli Cənnət

Suriya-İraq Sərhədi 13 İl Sonra Yenidən Açıldı: Bölgə üçün Yeni Ümid

Arktikdə Təhlükə: NATO-nun F-35-ləri Rusiya Nəhəngini Mühasirəyə Aldı

Qlobal İstilik Türkiyə, Braziliya və ABŞ Şəhərlərini Yaşanmaz Edə Bilər

Premyer Liqadan Düşən İLK KOMANDA BƏLLİ OLDU: Kimlər Elitadan Ayrılır?

Azərbaycan Güləşçiləri Dünya Çempionatında: Daha Beş İdmançı Medallar Uğrunda Mübarizəyə Başlayır

Haalandın Sevgilisi Narazı: Futbolçunun Şəxsi Həyatındakı Çətinliklər

ABŞ-ın Təhdidləri Fonunda Danışıqlar Mümkünsüzdür: Qalibafdan Kəskin Bəyanat

Kriptovalyuta Bazarı Qızışır: Bitcoin 76 Min Dollara Yaxınlaşır!

ABŞ Prezidenti Sanksiyaların İran İqtisadiyyatına Vurduğu Zərəri Açıqladı: Gündə 500 Milyon Dollar

Azərbaycandan Ermənistana Dizel Yanacağı Göndərilir: Regionda Yeni Mərhələ

Dünya Neft Bazarlarında Kəskin Ucuzlaşma: Qiymətlər Niyə Düşür?

Balina qusması: Dənizin dəyərli sirri – Kilosu milyonlarla ölçülən sərvət

Azərbaycan Bank Sektoru: Sabitlik, Uğurlar və Gələcək Risklər

“Neftçi”dən Sərt Bəyanat: Klub Rəhbərliyi Susqunluğu Pozdu

Moskva Domodedovo Hava Limanında 40 İsrailli Saxlanıldı: Detallar Açıqlandı

Yaponiyada İnqilabi Addım: Evlər Artıq Öz Suyunu İstehsal Edəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.