Bu gün metronun “28 May” stansiyasında qatar yoluna düşərək həlak olan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxsin 2004-cü il təvəllüdlü Ağayev Elnur İlqar oğlu olması müəyyənləşib.
Onun hansı şəraitdə qatar yoluna yıxılması və digər detallar araşdırılır.









