Sabah Bakı metrosunda qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.
“Qafqazinfo” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, aprelin 21-də baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir.
Hadisənin ilkin qiymətləndirməsi həyata keçirilib, müvafiq texniki və təşkilati yoxlamalar aparılır.
İntervallar:
“Əhmədli–28 May” – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” – 5 dəqiqə
“28 May–İçərişəhər” – 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri keçid vasitəsilə tanış ola bilərsiniz.









