Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq…

Aprel 24, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bir neçə gündür mediada “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əsas komandadan qovulması ilə bağlı müxtəlif versiyalar irəli atılır. Futbolçunun gecə həyatına görə Qurban Qurbanov tərəfindən cəzaya məruz qaldığı bildirilir. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Cəfərquliyev həqiqətən gecə həyatına aludə olub və karyerasına zərbə vurub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dəfələrlə 25 yaşlı oyunçuya xəbərdarlıq etsə də, futbolçu buna məhəl qoymayıb. Maraqlısı budur ki, Elvin demək olar ki, məşqlərdən sonra vaxtının çoxunu gecə əyləncəsinə həsr edir. 

Bir neçə ay öncə Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində Qurban Qurbanovun ona ciddi xəbərdarlıq etdiyini və vəziyyətin dəyişməyəcəyi halda komandadan göndəriləcəyini dediyini bildirmişdi. Futbolçu artıq sakitləşəcəyini və fikrini karyerasına yönəldəcəyini desə də, buna əməl etməyib. 

“Qarabağ”ın vacib “Şamaxı” ilə matçda 0:0-lıq heç-heçə edib çempionluq yolunda ağır zərbə alması və Elvinin bu matçda zəif oynaması Qurbanovun səbrini daşırıb. Həmin qarşılaşmada isə təkcə Elvin yox, digər oyunçular da potensialından aşağı çıxış edib. Uzun müddət sonra start heyətdə oyuna çıxan Abbas Hüseynovun da performansının aşağı olması onu baş məşqçinin qəzəbinə tuş gətirib. 

“Şamaxı” ilə matçdan sonra “Qarabağ” çempionluğun taleyini həll edəcək qarşılaşmada “Sabah”la üz-üzə gələcəkdi. Bu mövsümün oyunundan əvvəl isə Elvin və Abbas yenidən gecə həyatına atılıb. Onların şəhərin bahalı restoranlarından birində gecə əyləncəsinə qatıldıqları və orada spirtli içki qəbul etdikləri məlum olub.  Bu isə Q.Qurbanovu özündən çıxarıb və hər iki futbolçunu əvəzedici heyətə göndərib. Böyük ehtimalla onların heç biri əsas komandaya qaytarılmayacaq və satılacaq. 

“Qarabağ”ın sabiq futbolçularından birinin bizə verdiyi məlumata görə, futbolçuların gecə əyləncəsinə aludə olması Qurban Qurbanovun heç sevmədiyi şeydir. O, vaxtikən özünün də, digər komanda yoldaşlarının da buna görə cəzalandığını bildirib. O qeyd edib ki, Q.Qurbanov yalnız bir neçə ay ərzində 1-2 dəfə bu cür əyləncələrə qatılmağa icazə verir. 

Digər məqam isə ondan ibarətdir ki, E.Cəfərquliyev təkcə indi deyil, Çempionlar Liqasında vacib oyunlardan birindən öncə də gecə əyləncəsinə qatıldığı üçün problemlə üzləşib. Hətta, həmin vaxt da Q.Qurbanov onu komandadan qovmaq istəyib. Lakin ciddi xəbərdarlıqdan sonra futbolçuya güzəşt edilib. Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçdan sonra maraqlı açıqlama vermişdi. O, Elvinə bel bağlamaq olmaz deyərək futbolçunun intizamsızlığına işarə vurmuşdu.

Elvin Cəfərquliyev elə saytımıza müsahibəsində demişdi ki, futbolu buraxıb ofisiant işləyib, Rəşad Sadıqov onu yenidən futbola qaytarıb. O, keçmişdə yaşadığı çətin günləri, çəkdiyi əziyyətləri unutmur. Bunu dilə gətirirsə, yenidən həmin günlərini yada salıb, intizamını düzəldib futbola tam məsuliyyətlə yanaşacağına inanırıq. 

Hazırda E.Cəfərquliyevlə Qurban Qurbanov arasında münasibətlər getdikcə daha da pisləşir. Belə ki, “Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzduqdan sonra 25 yaşlı oyunçunun instaqramda etdiyi paylaşım diqqətçəkməyə bilməzdi. Məşq salonundan foto paylaşan oyunçu sanki “Qarabağ”ın məğlubiyyətində onun meydanda olmamasının rolunu vurğulamaq istəyirdi. 

Onun ardınca “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin “Kimin kim olduğunu bildik” paylaşımı da müzakirələrə səbəb oldu. Bəziləri təcrübəli qapıçının “Sabah”la matçın hakimlərinə söz atdığını, bəziləri isə bunun Elvin Cəfərquliyevə ünvanlandığını bildirdi. 

Elvin Cəfərquliyev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. Həm “Qarabağ”dakı, həm millidəki oyunu ilə diqqətləri üzərinə çəkə bildi. Dəqiq faktlar olmasa da, futbolçuya Avropadan müxtəlif təkliflər gəldiyini güman etmək olar. Çünki E.Cəfərquliyevin “Qarabağ”da adlı-sanlı rəqiblərə qarşı oyunu üst səviyyədə idi. Amma intizamsızlığı onu uçuruma apara bilər. Biz Azərbaycan futbolunda bu cür hadisələrə çox şahidlik etmişik. Vaxtilə Təmkin Xəlilzadə kimi istedad futbolumuzun gündəmində idi. Amma onun da intizam problemi futbolçunu uçuruma apardı. Bu cür misallar çox çəkmək olar. 

E.Cəfərquliyevin adı “Neftçi” ilə hallansa da, onun menecerinin dediyinə görə xarici klublara getmək ehtimalı böyükdür. “Qarabağ”la müqaviləsi davam edən futbolçu Ağdam klubuna da pul qazandıra bilər. Mövsüm başa çatdıqdan sonra isə nə baş verəcəyini görəcəyik. 

Elsevər Məmmədov

Mənbə

Əvvəlki Yazı

Trampın sərt siyasəti İranla sülh danışıqlarını iflic etdi: Diplomatlar narahatdır

Növbəti Yazı

Ərdoğan gənc hafizləri sevindirdi: Qurandan ayələr oxuyaraq dəstək verdi

EKSKLUZİV

Baş nazirdən Əlilliyi Olan Şəxslərin Reyestrinin Aparılması Qaydasına Mühüm Dəyişiklik

24 Aprel 2026 / 18:13
0

İspaniya nəhəngi Santander 40 filialını bağlayır: Səbəb müştəri vərdişlərinin dəyişməsidir

24 Aprel 2026 / 17:45
0

Korsika sahillərində dəniz kirpisi axtararkən minlərlə illik Roma qızıl xəzinəsi aşkarlandı

24 Aprel 2026 / 17:45
0

AFFA Futbol Təhsilini Gücləndirir: Yohan Kroyff İnstitutu ilə Əməkdaşlıq

24 Aprel 2026 / 17:44
0

XƏBƏR LENTİ

Baş nazirdən Əlilliyi Olan Şəxslərin Reyestrinin Aparılması Qaydasına Mühüm Dəyişiklik

İspaniya nəhəngi Santander 40 filialını bağlayır: Səbəb müştəri vərdişlərinin dəyişməsidir

Korsika sahillərində dəniz kirpisi axtararkən minlərlə illik Roma qızıl xəzinəsi aşkarlandı

AFFA Futbol Təhsilini Gücləndirir: Yohan Kroyff İnstitutu ilə Əməkdaşlıq

Klaudio Ranieri “Roma”dan Ayrıldı: Rəsmi Təsdiq

Erməni hərəkat rəhbərindən Azərbaycana qarşı təxribat: Xankəndi kilsəsi iddiaları və qisas çağırışları

30 Milyon Dollarlıq Əşya Cəmi 3 Dəqiqəyə Satıldı: Hərrac Rekordu!

Netanyahuya Bədxassəli Şiş Diaqnozu Qoyuldu: İsrail Siyasətində Yeni Gərginlik

Bakıda Atatürk və Antena parkları birləşdirilir: Yeni nəhəng yaşıl zona yaranır

Trampın Hörmüzə Ortaqlığı: ABŞ və İran arasında gərgin danışıqlar dalana dirənib

Aİ və Suriya arasında tarixi dialoq: Münasibətlərdə yeni səhifə açılır

İsfahani: İran neft ixrac edə bilməsə, başqalarına da imkan verməyəcək – REGİONDA GƏRGİNLİK

İran ABŞ-la danışıqlarda Pakistanın vasitəçiliyini rədd etdi: Növbəti mərhələ sual altında

Türkiyənin 2000 illik möcüzəsi: Bir daşına belə toxunulmayan kənd dünya siyahısında!

Netanyahu ilk dəfə sirri açdı: Prostat xərçəngini gizli müalicə edib

Bavariya’ya müjdə: De Liqt 5 aylıq fasilədən sonra qayıtdı!

Misli Premyer Liqası: 31-ci turun oyun saatları dəqiqləşdi – Həlledici Mərhələ Başlayır

Çoxmənzilli Binalarda Fərdi İstilik Sistemləri: Hansı Hallarda İcazə Veriləcək?

Nefud Səhrasında Qədim Şirin Su Gölü Tapıldı: Bölgənin Sirri Açılır

Pentagon rəhbərindən İrana qarşı əməliyyatla bağlı ŞOK BƏYANAT: ‘Dünyaya hədiyyə’

Putin və Hökumətə Etimad Azalır: Rusiyada Reytinqlər Enişdə

Azərbaycanda “Son Zəng” Mərasimləri Üçün Xüsusi Tələblər Müəyyənləşdi: Nələrə Diqqət Etməli?

Ərdoğan gənc hafizləri sevindirdi: Qurandan ayələr oxuyaraq dəstək verdi

Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq…

Trampın sərt siyasəti İranla sülh danışıqlarını iflic etdi: Diplomatlar narahatdır

CNN: İran ABŞ ilə danışıqlara “yaşıl işıq” yandırdı – İslamabadda kritik görüş

Böyük Finalın Nominal Meydan Sahibi Məlum Oldu: PSİXOLOJİ Üstünlük Kimdə Olacaq?

Qarabağ” FK-ya Türkiyədən Mühüm Dəstək: Məşhur Brend Tərəfdaş Oldu

Gərginlik Fonunda İran Qadınları Hərbi Təlimlərə Cəlb Edir

ABŞ İrana qarşı əməliyyatda 1000-dən çox “Tomahawk” raketi istifadə edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.