Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Davam edən manifest… – 85 yaşlı Hafiz Paşayev

May 1, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

İşimlə bağlı təqvim günlərinin tarixinə tez-tez baxıram… Vədəsini gözləyən mətnlər var ki, onlar məhz zamanında yazılanda lazımlı olur. 2 may tarixində doğulan şəxsiyyətləri gözdən keçirəndə bir adamın adını gördüm, barəsində düşünürək əvvəlcə ismin üzərindən keçdim…

Bizdə bir təəssürat formalaşıb, elə bilirik ki, sözünü demiş, uğurlu insanların barəsində yazmağa çox da ehtiyac yoxdur, çünki onlar xalqa yetərincə tanışdır. Ancaq yenidən qayıdıb bu düşüncəmi götür-qoy elədim. Əksinə, uğurlu insanlar haqqında daha çox danışılmalıdır ki, nümunə olsun.

Qazax Müəllimlər Seminariyasının, indiki adı ilə ADA universitetinin Qazax mərkəzinin divarında yazılmış Axundovun sitatında deyildiyi kimi: “Məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi kar olmaq”.

Mayın 2-si tarixinə baxanda doğum gününü gördüyüm isim Hafiz Paşayev idi. Hafiz Paşayevin təkcə təhsil fəaliyyətini göz önünə gətirsək, onun portreti ən dəqiq rənglərlə sərgilənər.

Təhsil xalqın ən dəyərli nemətidir. Təhsilli toplum bütün nailiyyətlərə qadirdir. Bircə təhsillə bütün qapıları açmaq mümkündür. Məhz bu səbəbdən də həqiqi pedoqoqlar, təhsil adamları bu ali həqiqətə vaqif şəxslər olur. Tarixin bütün dönəmlərində cəmiyyətin elmli, təhsilli olmasına çalışan şəxslər dövrün ən dəyərli, təmənnasız ziyalıları olub.

Hafiz Paşayev adı da eşidiləndə ağla ilk olaraq ADA universiteti gəlir. Bəlkə də, elə ADA-dan danışmaq onun həyat manifestindən danışmaq kimidir.

Əvvəllər 600-dən çox bal toplayan gənclər təhsillərini birmənalı olaraq əcnəbi universitetlərdə davam etdirirdilər. Təəssüf ki, həmin gənclərin də əksəriyyəti təhsilini başa vurduqdan sonra obyektiv və subyektiv səbəblərdən Azərbaycana qayıtmırdılar. Bu, olduqca amansız bir seleksiyadır. Çünki 600-dən çox bal toplayan gənc ölkənin öz dövrü üçün ən yaxşılarındandır. Onların yaxşı olmaqları səbəbindən ölkədən uzaqda qalmaları vətəni uduzdururdu. Yaxşıların seçilərək başqa məmləkətlərdə xidmət etməsi, zehnlərini, bacarıqlarını yad coğrafiyalarda xərcləməsi bizim üçün ağır, eyni zamanda qarşısı zorla alınması mümkün olmayan bir gedişat idi.

Bu yerdə ibtidai məktəb dərsliklərindən tanış olduğumuz bir pritçanı xatırlamaq yerinə düşər. Günəş və küləyin bəhsi. Onlar bir kişinin pencəyini soyundurmaq uğrunda yarışa girir. Əvvəlcə külək var gücü ilə əsir. Lakin kişi külək gücləndikcə pencəyinə daha möhkəm sarılır, bütün düymələrini bağlayır ki, külək onu əynindən çıxarmasın. Az sonra çıxan günəş şüaları onun canını isidən kimi kişi pencəyini çıxarmağa məcbur olur. Bir çox problemlərin qarşısını sərtlik yox, həlimlik alır. ADA külək bəhsindəki günəş kimi ölkənin beyin axınının qarşısını aldı. İndi gənclər sevgi ilə Bakını seçir, ADA-ya qəbul olmaq üçün durmadan çalışır.

Azərbaycanda xeyli ailələr var ki, onların maddi gücü və övladlarının biliyi istənilən məşhur əcnəbi təhsil ocağını seçməyə imkan verir, lakin onlar ADA-nı seçir. Uzağa getməyək, elə yaxın günlərdə tələbələrdən biri yüksək balla qəbul olduğu təhsil ocağından imtina edərək ADA-ya daxil olmaq üçün yenidən imtahan verdi. Məhz bu misal Hafiz Paşayevin “ADA” əsərinin bir səhifəsdir. Yəqin ki, 85 yaşını qeyd edən pedoqoq üçün bu ən gözəl hədiyyələrdəndir.

ADA universitetinin xidməti təkcə gəncləri elit müstəvidə innovativ təhsilə yiyələndirmək yox, həm də onların ən perspektivli çağlarında Azərbaycana işıq salmalarına şərait yaratmaq oldu. Bizim düşünərlərin başqa ölkələrdə düşünməsi gələcək ziyalı mühitimizi qısırlaşdırırdı.

Avropa və Asiyanın coğrafi sərhədi Bakıdan keçir, mənəvi sərhədi də Bakıdan – daha dəqiq desək, ADA universitetinin içindən keçir. Sevindiricidir ki, hazırda ADA-nın ölkə ərazisində yeni mərkəzlərinin yaradılması istiqamətində iş gedir. Belə ki, yaxın gələcəkdə ADA Gəncə və ADA Şəkinin açılış olacaq.

İllər əvvəl Xarici İşlər Nazirliyinin yaxınlığındakı kiçik bir ofisdə Azərbaycan Diplomatiya Akademiyası kimi təsis olunan təhsil ocağının Bakı, Qazax, Gəncə, Şəkidə filialları və orta məktəbinin açılışı təhsilimizin uğurudur. Bir sözlə, 20 il əvvəlki ADA kiçik inzibati binadan 7-8 minlik tələbənin təhsil aldığı möhtəşəm ocağa çevilib.

ADA Avropa modern təhsil təfəkkürünü Azərbaycana gətirir, Bakının həm də bir Avropa şəhəri olduğunu deyir, sərhədin digər tərəfindəki Asiya, Şərq simasını da məhz ənənəyə sadiqliyi ilə qoruyur – Asiya və Avropa ümmanlarının sərhədində bir ada …

Firudin bəy Köçərli bir şuşalı kimi sanki qazaxlı Vaqifin Şuşa xidmətlərinin qarşılığını verərək Qazax Müəllimlər Seminariyasını yaratmışdı. Bu gün seminariyanın həyətində onun və qazaxlı həyat yoldaşı Badisəba xanımın abidəsi var. Hafiz Paşayev də Köçərlinin və digər maarifçilərin mirasını yaşadır, böyüdür. Təmənnasız, tərəqqipərvər, maarifpərvər ziyalıların varisi ola bilmək ömrün ali məramıdır.

Onun digər mühüm xidməti isə regionlarda təhsil ideyaları, əyalətə keyfiyyətli təshili inteqrasiya planlarıdır. Azərbaycanda ilk Azərbaycandilli təhsil ocağı olan Qazax Müəllimlər Seminariyasının bərpası amalı rayonda mötəbər bir təhsil ocağının yaradılması ilə yekunlaşmır, bu həm də rəmzi hadisədir. Bayaq qeyd etdiyimiz gözəl ənənələrə sədaqətin rəmzidir.

Azərbaycanı ən şərəfli anları ilə hiss etmək, tariximizi yaşadığımız təqvim kimi duymaq üçün keçmişimizdən xəbərdar olmaq bəs etmir. Hafiz Paşayevin təşəbbüsü ilə “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına keçirilərək kitab şəklində nəşr edilməsi bizim Cümhuriyyət tariximizin analiz edilməsi, onu təbii atmosferində hiss etmək üçün əlahiddə bir əməldir. Çünki biz adətən bir dövrlə tanış olduqda daha çox həmin illərin ən dramatik və yaddaqalan hadisələrinə nəzər yetiririk. Bir dövrlə bağlı yazılmış bütün kitablar da yalnız xüsusi önəm daşıyan hadisələri özündə saxlayır. Lakin “Azərbaycan” qəzeti ilə tanış olduqda biz orada sadə vətəndaşların dolanışığından, elanlardan, nəyə gülüb nəyə ağladıqlarından, nəyi özlərinə dərd etdiklərindən, bayramları necə qeyd etdiklərindən tutmuş ali dövlət siyasətinə – ölkənin bu günü və sabahı üçün düşünülən planlara qədər – bütün təfərrüatı görürük. Bu təfərrüat dövrü qavramaq üçün olduqca vacibdir. Xronologiyanı bilmək ayrı, dövrü hiss etmək isə tamam ayrı hadisədir.

“Azərbaycan” qəzeti bizə yaxın keçmiş olsa da, müəyyən səbəblərdən kölgədə qalan şanlı bir dönəmi öyrədir. Təəssüf ki, əski əlifbada olduğundan bir çoxumuz bu vacib məcmu ilə bir əsr tanış ola bilməmişdik.

Hafiz Paşayev təkcə öz sahəsinin – fizika-riyaziyyat elmləri doktoru kimi deyil, bəlkə də ilk baxışdan bu sahəyə yaxın görünməyən diplomatiya plastının da fizikasını incəliklə dərk edən, onun qanunauyğunluqlarını dəqiqliklə tətbiq etməyi bacaran nadir şəxsiyyətlərdəndir. Ən çətin illərdən başlayaraq – 1992-ci ildən 2006-cı ilə qədər Azərbaycan səfiri kimi qlobal gücün ən aparıcı mərkəzində – ABŞ-də çalışıb. Davamında diplomatiya işində inkişaf etdirdiyi beynəlxalq təcrübəni həm Xarici İşlər Nazirliyində, həm də diplomatiya akademiyasının qurucusu kimi təhsil ocağında tətbiq edən, ölkənin xarici siyasət institutlarının formalaşdırılmasına və peşəkar diplomat nəslinin yetişdirilməsinə yönəldən nadir dövlət xadimi kimi də xidmətləri xüsusi vurğulanmalıdır. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Hafiz Paşayev bütün ali fəaliyyəti boyu qazandığı mövqeyə rəğmən, müstəsna təvazökarlığı ilə seçilir, sadə və təbii tərzi ilə isə yetirmələrinə yalnız nəzəri deyil, həm də mənəvi müstəvidə nümunəvi bir dərs təqdim edir.

Yazımı Hafiz Paşayevin Mirşahinə verdiyi müsahibədəki maraqlı məqamlardan biri ilə bitirirəm. O, deyir:

“Qazax Müəllimlər Seminariyasının bərpasından sonra gördük ki, təhsil ocağının lap yaxınlığında qədim bir hamam var, lakin hamamın vəziyyəti olduqca pisdir. Düşündük ki, belə bir təhsil ocağının yanındakı hamam bərbad vəziyyətdə ola bilməz. Layihə hazırladıq, hamam təmir edildi”.

Ardınca isə qeyd edir ki, yaxınlıqdakı təmirsiz bina da təmir edilərək müəllimlər üçün qonaq otağı kimi istifadəyə verilib. Eyni zamanda yaxınlıqdakı orta məktəblə bağlı da Təhsil Nazirliyi ilə danışılıb və yeni təhsil sisteminin həmin məktəbə də inteqrasiyası planlaşdırılıb.

Məsələ budur ki, gözəllik, yaxşılıq da yoluxucudur. Bütün abadlıqlar bir yerdən başlayıb sahmana düşür. Bunun üçün isə nümunə lazımdır. ADA universiteti və Qazax mərkəzi də bir-birindən 500 km aralı olan iki nümunədir. Azərbaycanın ən Şərq və ən Qərb nöqtələrində yerləşən iki mayak. Mayak varsa, deməli, ümmanlarda gəmilər nizamla, cəsarətlə üzəcək.

Nə gözəl ki Azərbaycan tarixi ədalətli hökmdarlarla, istedadlı qələm adamları ilə yanaşı, maarifpərvər şəxsiyyətləri də sevir və yaşadır. Bu, həm də maarifpərvər adamların özlərinin bir-birinə ötürdükləri estafetdir, onları xələfləri əməllərində yaşadırlar. Biri digərini unudulmağa qoymur.

“Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini, onun cümləyə zəruri olmasını inkar edə” deyirdi Firudin bəy. Bu gün onun yaratdığı ideyanı yaşadan Hafiz Paşayevi də yetişdirdiyi tələbələr, gənc köçərlilər, axundovlar, hacıbəyovlar yaşadacaq.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Mənbə

Əvvəlki Yazı

İsveçrədə Qanuni Boşluqdan Yararlanan Şəxs Özünü Kral Elan Etdi: 117 Min Kvadrat Metr Torpaq Mənimsəyib!

Növbəti Yazı

Ədalət Fərəcov Prezident Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

EKSKLUZİV

Emin Mahmudov 1:5 şokundan danışdı: “Oyun sistemimizi və düşüncəmizi dəyişdik”

01 May 2026 / 14:19
0

Hindistanın Nəhəng Hərbi Tatbikatı Başlayır: 11 Ölkə İştirak Edəcək, Birinin Yoxluğu Sual İşarəsi Yaradır

01 May 2026 / 14:19
0

Rusiya Qazaxıstan neftinin Almaniyaya nəqlini dayandırdı: Berlin üçün ciddi zərbə

01 May 2026 / 14:17
0

Yelo Bank rəqəmsal transformasiya ilə müştəri təcrübəsini yenidən formalaşdırır

01 May 2026 / 14:17
0

XƏBƏR LENTİ

Emin Mahmudov 1:5 şokundan danışdı: “Oyun sistemimizi və düşüncəmizi dəyişdik”

Hindistanın Nəhəng Hərbi Tatbikatı Başlayır: 11 Ölkə İştirak Edəcək, Birinin Yoxluğu Sual İşarəsi Yaradır

Rusiya Qazaxıstan neftinin Almaniyaya nəqlini dayandırdı: Berlin üçün ciddi zərbə

Yelo Bank rəqəmsal transformasiya ilə müştəri təcrübəsini yenidən formalaşdırır

Diplomatik Korpus Üzvləri Üçün Yeni Güzəştlər: Azərbaycan Beynəlxalq Əlaqələri Gücləndirir

Elvin Cəfərquliyev əvəzedicilərin oyununda fərqləndi: Gələcək üçün ümidverici qol

Hərbi qulluqçular üçün şəxsi jeton tətbiq olunur: Yeniliklərin detalları

Azərbaycanda Gömrük Brokerliyi Ləğv Edilir: Şəffaf Reyestr Tətbiq Olunacaq

Ukrayna AB üzvlüyü yolunda: Kiyev və Brüssel arasında gərginlik artır

ABŞ İrana qarşı ‘Qara Qartal’ hipersonik raketlərini işə salır: Orta Şərqdə yeni gərginlik

Təhlükəli Invaziv Növə Görə Regionda Fövqəladə Vəziyyət Elan Edildi

Dünya Rekordu Qıran Nadir Cartier Crash Saatı: Hong Konqda Milyonlarla Dollara Satıldı

“Barselona” “El Klassiko”ya Xüsusi Forma ilə Çıxacaq: Detallar Məlum Oldu

Azərbaycan Millisi Belarusu Yenidən Məğlub Etdi: Qələbə Seriyası Davam Edir!

Bakıdan Sərt Addım: Milli Məclis Avropa Parlamenti ilə Əlaqələri Dayandırdı

Azərbaycan Avronest Parlament Assambleyasını Tərk Edir: Milli Məclis Tarixi Qərar Qəbul Etdi

Milli Məclisdən Aİ ilə bağlı Qəti Addım: Əməkdaşlıq Komitəsində İştirak Dayandırılır

Mərkəzi Bank “Baku Pay” MMC-yə Məcburi Göstəriş Verdi: Ödəniş Bazarında Nəzarət Güclənir

Sabah Azərbaycanda hava necə olacaq? – Milli Hidrometeorologiya Xidmətindən Son Proqnoz

İsrailin hücumuna məruz qalan Sumud Filosu aktivistləri Türkiyəyə qayıdır

Vəkillər Kollegiyasından İki Vəkilə İntizam Tədbiri: Töhmət və Xəbərdarlıq

Hikmət Hacıyev diplomatik korpusun Qarabağ səfərindən yeni görüntülər paylaşıb

Azərbaycanda qanun pozuntularına qarşı yeni cəzalar müəyyənləşdi: Cəmiyyətə təsiri necə olacaq?

Ədalət Fərəcov Prezident Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

Davam edən manifest… – 85 yaşlı Hafiz Paşayev

İsveçrədə Qanuni Boşluqdan Yararlanan Şəxs Özünü Kral Elan Etdi: 117 Min Kvadrat Metr Torpaq Mənimsəyib!

Avstraliyada Demoqrafik İnqilab: Hindistanlılar Ən Böyük Xarici İcma Oldu

Trampın Kral Çarlza ‘Viski Jestı’: Britaniya Viskisinə Gömrük Rüsumları Ləğv Edilir

Füzulidə FİFA Dəstəyi ilə Böyük Futbol Festivalı: Gələcəyin Ulduzları Bir Araya Gəldi

Epstein Skandalının Ağır Nəticəsi: Norveçli Diplomatın Oğlu İntihar Etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.