İranda “Üfüq” televiziyasının aparıcısı canlı yayımda silahdan atəş açıb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə odlu silah təliminə həsr olunmuş proqramın canlı efirində baş verib.
Veriliş zamanı studiyada olan aparıcı və hərbi geyimli təlimatçı AK-47 (“Kalaşnikov”) avtomatının istifadəsi və atış qaydalarını nümayiş etdiriblər.
Hadisənin İranın müxtəlif televiziya kanallarında yayımlanan hərbi-təlim xarakterli proqram çərçivəsində baş verdiyi qeyd olunur. Bəzi iddialara görə, bu cür verilişlər ölkədə elan edilən könüllü hərbi hazırlıq kampaniyaları ilə əlaqələndirilir.









