Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Ümumdünya Şəhərsalma Forumu: Bakıdan dünyaya sülh və quruculuq mesajı – Vəhdət liderindən qlobal TƏHLİL

May 18, 2026
A A

REDAKTORUN SEÇİMİ

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18

Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Sülh və əminamanlıq içində yaşamaq arzusunun elə dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Sülh arzusu, məramı dünyanın demək olar bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamda “Əssəlamu-əl-leyküm”, iudaizmdə “Şolom aleyhem”- “Qoy evinizdə sülh olsun” deməkdir. Lakin ortada acı bir reallıq da var. Statistik məlumatlara əsasən aparılan tədqiqatlara görə1945-ci ildən – İkinci Dünya müharibəsi bitdikdən üzü bəri planetdə cəmi 34 dinc gün mövcud olmuşdur. Dəhşətə gətirəcək bir faktdır. Səma şairi Cavid əfəndinin

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü

Çağırışı da elə bu dəhşətdən qurtuluş ümididir…
Dünya qəsbkarlıq müharibələrinin ağuşundadır. İran–İsrail mü¬haribəsi beynəlxalq aləmdəki düzənin çox ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi. Belə bir həqiqət or¬taya çıxdı: artıq dünya əvvəlki kimi təh¬lükəsiz deyil. Əslində, hazırda davam edən Rusiya – Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirmək mümkündür. Moskva – Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artaca¬ğı, arealının genişlənəcəyi şübhəsizdir. Çünki müharibə bitmək bilmir. Venesueladan Koreyaya, Kubadan Vyetnama, Qüdsdən Kiyevə qədər savaş və qarşıdurma yaşanan dünyada bir mənzərə var – dünyanın sabitlik və təhlükəsizlik adası olan Azərbaycanın mənzərə¬si. Yəni, sülhün, firavanlığın və əmin-amanlığın ünvanına çevrilmiş Azərbay¬can obrazı diqqətdən yayına bilməz. Müharibələr həm də dağıntı, böyük mədəniyyətlər, minlərlə ailələr yaşadan şəhərlərin məhvi deməkdir. Məhz dünyanın belə bir mənzərəsində BMT-nin WUF13 forumunun yüksək səviyyədə təşkilində Azərbaycana tam etimad göstərməsinin həm də bir simvolik anlamı var. COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra daha bir mötəbər beynəlxalq platformanın Bakıda keçirilməsi Azərbaycanın artıq dünya siyasətinin əsas dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın təşəbbüsü ilə COP və WUF platformaları arasında yaradılan strateji əlaqə də xüsusi əhəmiyyət daşıyır. Çünki müasir dövrdə iqlim dəyişiklikləri və urbanizasiya problemləri bir-biri ilə sıx bağlıdır. Bakı bu iki mühüm istiqaməti eyni platformada birləşdirərək dünya üçün yeni əməkdaşlıq modeli təqdim edir. Bu isə Prezident İlham Əliyevin qlobal çağırışlara uyğun formalaşdırdığı müasir inkişaf strategiyasının uğurlu nəticəsidir. Şəhərlərin, kəndlərin, yolların, infrastrukturun və sosial mühitin sürətlə bərpası Bakı üçün sadəcə daxili tikinti layihəsi deyil. Bu, artıq beynəlxalq və siyasi “case”ə çevrilib. Azərbaycan nümayiş etdirir ki, müharibədən sonra yalnız əraziyə nəzarəti bərpa etmək deyil, dağıdılmış məkanları qısa müddətdə inkişaf zonasına çevirmək də mümkündür. Məhz buna görə də BMT-Habitatın bu təcrübəyə marağı tamamilə başadüşüləndir. Dünyada dağıdılmış şəhərlərin, postmünaqişə zonalarının, köçürülmə problemlərinin və infrastruktur böhranlarının yaşandığı çoxlu regionlar var. Azərbaycan bu mənada sadəcə bəyanatlar vermir, praktik nümunə ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər artıq ölkənin ayrıca şəhərsalma brendinə çevrilir. Azərbaycan tədricən regional oyunçu çərçivəsindən çıxmağa çalışır. Ölkə göstərir ki, dünya səviyyəli tədbirlər keçirmək, idarəetmə həlləri təqdim etmək və urbanizasiya, postmünaqişə bərpası, dayanıqlı inkişaf və beynəlxalq koordinasiya kimi sahələrdə gündəm formalaşdırmaq potensialına malikdir. Bu baxımdan WUF13 Bakı üçün sadəcə forum deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni mərhələyə keçdiyini nümayiş etdirmək üçün daha bir imkandır. Artıq əsas alətlər hərbi güc deyil, quruculuq, təşkilatlanma, diplomatiya və beynəlxalq nüfuzdur. Müasir dünyada orta güclər regional sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və çoxtərəfli diplomatiya vasitəsilə təsir imkanlarını artırırlar. Azərbaycan artıq bu statusu praktik şəkildə formalaşdırır.

Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş kimi qəbul edilməsinin, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfənin bariz göstəricisidir. Eyni zamanda Azərbaycanın şəhərsalma və müasir infrastruktur quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər də bu seçimin əsas səbəblərindən biridir. Bu gün ölkəmizin beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyi çox mühüm və müasir şəhərsalma təcrübəsi formalaşıb. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri dünya üçün maraqlı və nümunəvi model hesab oluna bilər. Hazırda həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yeni yaşayış məntəqələri salınır. Müasir texnologiyalar, yaşıl enerji həlləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri bu layihələrin əsasını təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait göstərir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir, eyni zamanda müasir və təhlükəsiz həyat mühiti formalaşdırır. Bu təcrübə beynəlxalq səviyyədə şəhərsalma sahəsində tətbiq oluna biləcək mühüm nümunələrdən biridir. Çünki bu gün dünyanın müxtəlif bölgələrində davam edən müharibələr nəticəsində şəhərlər dağıdılır, yaşayış məntəqələri məhv edilir və milyonlarla insan öz yurd-yuvasından didərgin düşür. Müharibənin ağır nəticələrini yaşamış və dağıdılmış şəhərləri yenidən quran ölkə kimi Azərbaycanın təcrübəsi dünya üçün xüsusi əhəmiyyət daşıyır.

Müharibə hər iki tərəfin itkisidir, həm haqlının, həm haqsızın. Dünyanın harasında olursa olsun, o yerdə ki, müharibə vardır, orada nalə, imdad səsləri, uşaq çığırtıları, hər gün insan ölümü, hər gün dağıntı vardır. Bu gün rusiyalı, ukraynalı, fələstinli, israilli uşaq, gənc, qadın, kişilərin faciəsini əks etdirən mənzərələrlə qarşılaşarkən adamın ürəyi parça-parça olur. Bomba səsi bütün insanlar üçün fəlakətdir. Dağıntılar hər bir ölkə üçün iğtisadi tənəzzüldür. Müharibə məfhumu bütün dünya xalqları üçün fəlakətlər toplusudur. Belə isə müharibələrin dəhşəti ruhuna hopmuş bir azərbaycanlılar hamıdan yaxşı bilir ki, xilas müharibəsiz bir dünya qurmaqdadır. Çünki dünyaya, insanlığa sülh gərək. Bu gün Bakıdan bəşəriyyətə məhz bu mesaj verilir.

Adəm İsmayıl Bakuvi 

Vəhdət Partiyasının sədri 

Əvvəlki Yazı

Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı – Video

Növbəti Yazı

“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm”

EKSKLUZİV

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

23 Oktyabr 2026 / 16:00
0
Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

23 Oktyabr 2026 / 15:45
2
Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

23 Oktyabr 2026 / 15:30
3
Məşhur məşqçi Bakıya gəlib

Məşhur məşqçi Bakıya gəlib

23 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Azərbaycan elm xərclərini 12 %-dən çox artırır

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır – Cayşankar

Məşhur məşqçi Bakıya gəlib

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

AFFA klub rəhbərinə ağır cəza verdi

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.