Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

May 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Böyük Britaniyada yerləşən dəniz məlumatları təminatçısı olan Lloyd’s List Intelligence şirkətinin hesabatında ABŞ və İsrailin İrana hücumları ilə başlayan regional münaqişənin Hörmüz boğazına təsiri ətraflı şəkildə təsvir olunur.  

Mediaxeberleri.Az bildirir ki, məlumatlara görə, ötən il 1-11 mart tarixləri arasında boğazdan 1229 gəmi keçibsə, bu ilin eyni dövründə bu rəqəm 77-yə düşüb. Qeyd edilib ki, Hörmüz boğazından keçən gəmilərin 26%-i İranla, 13%-i Yunanıstanla və 12%-i Çinlə əlaqəli olub. Həmçinin bildirilib ki, hazırda boğazdan istifadə edən gəmilərin əksəriyyəti Rusiya və İranla əlaqəli olan və Qərb sanksiyalarından yayınmaq üçün istifadə edilən “kölgə donanmasına” aiddir.

Lloyd’s List Intelligence şirkətinin baş analitiki Bridget Diakunun qiymətləndirmələrini özündə əks etdirən hesabatda İranın Hörmüz boğazından keçən gəmilər vasitəsilə mal ixrac etməyə davam etdiyi bildirilir. “Tankerlərin və qaz daşıyıcılarının yarıdan çoxu kölgə donanmalarının bir hissəsidir. Bu gəmilər fasilələrə öyrəşiblər”, – Diakun şərhində bildirib.

O qeyd edib ki, bu tip gəmilər əsasən pis saxlanılan, sığortasız və şübhəli mülkiyyət strukturlarına malik köhnə gəmilərdir və bu da onların keçid cəhdlərinə daha çox meylli olmasına səbəb olur.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində rus neftini daşıyan “kölgə tanker” sisteminə qarşı yeni mərhələyə keçir.

Aİ-nin daxili sənədlərinə əsasən, sanksiya siyahısına əlavə 120 tanker daxil ediləcək və bununla da qara siyahıdakı gəmilərin ümumi sayı 568-ə çatacaq. Bu tankerlər üçün Aİ limanlarına giriş tam qadağan olunur, Avropa şirkətlərindən sığorta, texniki servis və bunker yanacağı almaq imkanları ləğv edilir.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu 120 tankerdən 16-sı heç bir tanınmış dövlətin bayrağı altında üzmür. Məhz bu fakt Avropa ölkələrinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə əsaslanaraq həmin gəmiləri beynəlxalq sularda saxlamaq və müsadirə etmək hüququ verir. Aİ strukturları artıq Baltik dənizinə giriş nöqtələrində bu mexanizmin tətbiqi üçün hüquqi baza hazırlayır.

Sanksiyalar niyə indi sərtləşdi?

Əvvəlki sanksiyalar faktiki olaraq vəziyyəti dəyişməmişdi. “Kölgə tanker”lər əvvəldən də Aİ limanlarına daxil olmurdu və 1994-cü il BMT Konvensiyası, eləcə də 1857-ci il Kopenhagen müqaviləsi ilə qorunan “dinc keçid” hüququndan istifadə edərək Baltik dənizi sularından sərbəst keçirdilər. Yeni mərhələdə isə əsas hədəf məhz bayraqsız, sahibsiz və hüquqi statusu qeyri-müəyyən gəmilərdir.

Bu addım Rusiya “kölgə donanması” ilə bağlı artan risklər – neft sızmaları, dənizaltı kabellərin zədələnməsi, eləcə də potensial diversiya təhlükələri fonunda atılır.

İran izi: Şəmxani ailəsinin tanker imperiyası

media-41

 

Araşdırmalar göstərir ki, sanksiya siyahısına düşən 16 bayraqsız tankerdən biri – “Briont” adlı tanker (IMO 9252955) birbaşa İran əlaqələri ilə bağlıdır. Məlum olub ki, bu tanker İranın ali dini liderinin müşaviri, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan şəbəkəyə daxildir.

media-42

 

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “War & Sanctions” portalına görə, “Briont” tankeri Baltik dənizi limanlarından Rusiya nefti və neft məhsullarını daşımaqda istifadə olunub. Gəmi müxtəlif dövrlərdə marşrut, bayraq və operator dəyişməklə izləmədən yayınmağa çalışıb.

ABŞ-nin SB0215 sanksiyaları: konkret rəqəmlər

2025-ci il 30 iyul tarixində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şəmxani ailəsinə bağlı şəbəkəyə qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib.

Rəsmi açıqlamaya əsasən, bu paket çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, 50-dən artıq tanker və yük gəmisi,
onlarla offşor və idarəetmə şirkəti sanksiya siyahısına salınıb.

OFAC bildirir ki, bu şəbəkə İran və Rusiya neftini gizli yollarla dünya bazarına çıxararaq on milyardlarla dollar gəlir əldə edib. Gəlirlərin əsas istiqaməti Çin bazarı olub. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu vəsaitlərin bir hissəsi İran rejiminin regional və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilib.

media-45

 

Tankerlər, nömrələr və konkret marşrutlar

“Briont” tankeri bu şəbəkənin yalnız bir hissəsidir. “Zulu Ships Management”in kommersiya idarəsində olan və “Fractal Marine DMCC” ilə əlaqələndirilən digər tankerlər arasında aşağıdakı IMO nömrələri açıq mənbələrdə göstərilir: 9433016, 9387279, 9336490, 9332315, 9328170, 9298492, 9282493, 9282481 və 9252955.

Bu gəmilər mütəmadi olaraq Baltik dənizi, Qara dəniz, eləcə də Rusiyanın neft limanlarına daxil olub. IMO 9332315 və IMO 9298492 nömrəli tankerlərin isə Krımın Komış-Burun limanına giriş etdiyi qeyd olunur.

media-46

 

Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Şəmxani şəbəkəsinin idarəetmə hissəsində Azərbaycan bağlantısı xüsusi diqqət çəkir. BƏƏ-də qeydiyyatdan keçmiş “Zulu Shipping LLC” və “The Zulu Ships Management and Operation – Sole Proprietorship LLC” faktiki olaraq eyni struktura bağlıdır. Hər iki şirkət eyni domeni – zulushipping.com istifadə edir, lakin sayt hazırda fəaliyyət göstərmir.

“LinkedIn” və ixtisaslaşmış bazalara görə, bu şirkətin maliyyə və kommersiya direktoru İsmayıl Qasımovdur. O, daha əvvəl “SOCAR Polymer” şirkətində çalışıb, Qafqaz Universitetini bitirib və Türkiyədə magistratura təhsili alıb. Şirkətin rəhbərliyində həmçinin Aygün Cəfərova və Zakir Əliyevin adları keçir. Təsisçi və baş direktor isə Zamiq İsmayılovdur.

“Zulu Shipping” bir müddət Bakıda – Ziya Bünyadov prospekti 706B ünvanında ofis açsa da, sonradan bu nümayəndəlik bağlanıb və fəaliyyət Əbu-Dabiyə köçürülüb.

media-477

 

“Angel” hadisəsi və 1,5 milyon dollarlıq qalmaqal

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvan sahillərində batdı. Tayvan hakimiyyəti dəniz mühitinə dəyən zərərə görə 1,5 milyon dollar kompensasiya tələb etdi. Gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinin müqavilələrinin “Zulu Shipping” MMC ilə bağlandığı ortaya çıxdı.

İşəgötürən və sığorta şirkəti ödənişdən imtina etdi, nəticədə heyət üzvlərinin maaşları kəsildi. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra 16 nəfərlik heyət ölkəyə qaytarıldı. Kapitan və iki zabit isə 2024-cü ilin yanvarına qədər Tayvanda saxlanıldı.
“Kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır

Ortaya çıxan faktlar göstərir ki, “kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır. Bu sistem İran rejiminin elit ailələri, onlarla tanker, 50-dən çox şirkət, on milyardlarla dollar dövriyyə və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan menecerlərlə idarə olunan çoxqatlı bir şəbəkədir. Avropa və ABŞ-nin paralel şəkildə sanksiyaları sərtləşdirməsi isə bu mexanizmin artıq əvvəlki kimi rahat işləməyəcəyini göstərir.

Əvvəlki Yazı

Sabiq deputat Türkiyədə vəfat etdi – Foto

Növbəti Yazı

Nural Əliyev vəzifəsindən azad ediləcək

EKSKLUZİV

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

21 Avqust 2026 / 15:17
0
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust 2026 / 13:30
0
İki ildə 189 min şəxsi işlə təmin edilib

İki ildə 189 min şəxsi işlə təmin edilib

21 Avqust 2026 / 12:59
1
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

21 Avqust 2026 / 12:43
1

XƏBƏR LENTİ

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Ermənistana daha 39 vaqon buğda göndəriləcək

Bu ay 17 gün normadan çox isti olub

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Bu ilin ilk 6 ayında 285 nəfər qəzada ölüb

“Qarabağ” bu gün pley-off oyununa çıxır

Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil

Bunu edənlər vergi ödəməyəcək – Rəsmi

Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır – Nazir

Azərbaycan Əfqanıstanı təbrik etdi

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR

Boşanmaların ən yüksək olduğu RAYON

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.