Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin etdiyi xəbərdarlıqda bildirilib.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.









