Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

İyun 11, 2026
A A

REDAKTORUN SEÇİMİ

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26

Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı cumhuriyyet.az-a müraciət edb.

O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində “MEQAPLUS MMC” tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsmi müqavilə tələb etməyinə baxmayaraq şirkətin bu obyektdəki, rəsmi nümayəndəsi İlqar Kərimov “siz işə başlayın, sonra rəsmi müqavilə bağlanacaq” deyib: “Onu da deyim ki, “MEQAPLUS MMC”-ni və İlqar Kərimovu çoxdan tanıdığım üçün verilən vədə inanıb işə rəsmi müqavilə olmadan başlamışam. İş Üzeyir Hacıbəyli 57 ünvanında havalandırma və soyutma sistemlərinin quraşdırılmasından ibarət olub. İlkin ödəniş kimi İlqar Kərimov mənə 20000 AZN miqdarında pul verib (razılaşdırılan məbləğ 265000 AZN olub). Bu məbləğin az olduğunu dəfələrlə bildirsəm də İlqar Kərimov məni inandırdı ki, “MEQAPLUS MMC” olaraq onlarda sifarişçi “FMG MMC”- dən ödəniş almayıblar”.

Vüqar Nəcəfov qeyd edib ki, beləliklə, 15 gün müddətində ona olan borc 25000 AZN-i keçdiyi üçün işi dayandırıb və İlqar Kərimovla arasında mübahisə yaranıb: “Mən ödəniş olmayacağı halda işə başlamaqdan imtina etdim. Ancaq sonradan İlqar Kərimovun yaxın qohumu və “MEQAPLUS MMC”-nin faktiki rəhbəri İlqar Nuriyev mənimlə görüşdə dedi ki, “işə davam et və tam arxayın ol ki, ödənişləri İlqar Kərimov verməsə mən şəxsən ödəyəcəm”. İlqar Nuriyevi uzun müddət tanıdığım və ona etibar etdiyim üçün verdiyi vədə inandım və işə davam etdim. Beləliklə, 2025-ci il yanvarın 15-ə qədər işlədim”.

O əlavə edib ki, bu müddətdə işi bir neçə dəfə dayandırıb: “5000 borc da, 65000 də, 95000 və sonda 130000 AZN-nə qalxdı. Bütün mal-materiallar qaimə ilə İlqar Kərimovun şəxsən özünə və tərəfindən təyin edilmiş Elnur və Hüseyn adlı anbardarlara təhvil vermişəm. Hər dəfə işi dayandırdıqdan sonra İlqar Nuriyev mənimlə görüşüb. İşi dayandırma səbəbini bildikdə isə vəd verirdi ki, davam edim ödəşlər gecikməsinə baxmayaraq özü ödəyəcək. Bu aralarda isə mənə kiçik məbləğlərlə cəmi 72000 AZN ödəniş oldu. Bütün mal materialları öz hesabıma nisyə yazdırmaqla tanışlardan götürmüşəm. Verilən 72000 AZN isə usta və fəhlələrin əmək haqqlarına gedib. Gündəlik 15-dən az olmayaraq işçilər olub. Gündəlik 30-50 AZN arası maaş alıblar. Mənim Üzeyir Hacıbəyli 57 ünvanında dediyim işləri yerinə yetirdiyimi sifarişçi “FMG MMC” və sonrakı, podradçı “AİM CONSTRUCTİON MMC” təsdiqləyə bilər”.

V.Nəcəfovun sözlərinə görə, sonda yarımçıq qalmış işi “AİM CONSTRUCTİON MMC”-yə təhvil verib və bu şirkətlə heç bir problemi olmayıb: “15 yanvar 2025- ci il tarixində “FMG MMC” sifarişçi olaraq işləri yerinə yetirə bilmədiklərinə görə “MEQAPLUS MMC”-ilə bir tərəfli qaydada müqaviləyə xitam verdi və “MEQAPLUS MMC”- podratçı olaraq obyektdən çıxarıldı. 15 yanvar 2025- ci il tarixindən İlqar Kərimov telefonlarıma cavab verməyib. İki ayda bir telefonu açıb. Deyib ki, səbrli olum, yaxşı olacaq. Buna baxmayaraq heç bir ödəniş etməyib. Nəhayət 2025-ci ilin sentyabrın sonları mənə məxsus evimi satıb mağazalara və yaxınlarımdan götürdüyüm borcumu ödəmişəm. Dəfələrlə İlqar Nuriyevlə görüşməyimə baxmayaraq pul ödəməkdən imtina edib. Ödəniş etməmək üçün müxtəlif bəhanələr gətirib. Məbləğin 130000 AZN olmadığını, iş həcmlərinin düzgün olmadığını deməklərinə baxmayaraq sübüt etmişəm ki, mənə olan borc elə 130000 AZN-dir. Sonda isə İlqar Nuriyev dedi ki, İlqarın Kərimovun heç bir şeyi yoxdur, get vur öldür. Heçnəyimiz yoxdur sənə ödəyək. Bunları ətraflı deməkdə məqsədim, mənə bu işdə köməklik göstərməyinizdir. Himayəmdə xərçəng xəstəsi olan yaşlı anam və rəhmətə getmiş qardaşımın ailəsi var. Övladları tələbədir. Maddi sıxıntılarım var. Öz ailəmi bir yana uşaqların universitet xərclərini çatdıra bilmirəm. Evim-eşiyimi satıb borclarımı ödəmişəm. İndi isə İlqar Kərimov və İlqar Nuriyev onlara olan etibarımdan sui istifadə edirlər. Ödəniş etməkdən boyun qaçırırlar. Xahiş edirəm bu işdə mənə yardım edəsiniz. Bütün ümidlərim Sizədir. Xahiş edirəm bu işdə mənə kömək edin”.
V.Nəcəfov həmçinin əlavə edib: “Cənab Prezident İlham Əliyev sahibkarlara çox böyük dəstək olub. Bu sahənin inkişafında kiçik və böyük sahibkarlara öz dəstəyini nümayiş etdirib. Biz hər zaman Cənab Prezidentin bu dəstəyini görmüşük və ona güvənirik. Məhz bu səbəbdəndə məsələnin həllində bizə kömək etməsi üçün rəsmi olaraq Prezidentə müraciət ünvanlayacağam, rəsmi saytına məktub göndərəcəyəm və qəbuluna yazılacağam. Həmçinin qanunvericiliyimizin aliliyini nəzərə alaraq, ölkənin baş prokuroru hörmətli Kamran Əliyevə rəsmi müraciət edəcəyəm və qəbuluna yazılcağam. Eləcədə Korrupsiyaya Qarşı Mübaizə idarəsinə rəsmi müraciət edəcəyəm və qəbula yazılcağam. Milli Məclisin rəhbərinə və yaşadığım ərazidən millət vəkili seçilən deputatımıza rəsmi müraciət edəcəyəm. Onlarla şəxsin pozulmuş hüquqlarının bərpa olunması üçün dövlətimə inanıram və problemin qanunla həll olunmasına çalışıcağam”.

İlqar Kərimovla bir neçə dəfə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.

Əvvəlki Yazı

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Növbəti Yazı

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

EKSKLUZİV

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 / 12:57
1
XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

28 İyul 2026 / 12:16
1
Azərbaycan nefti 96 dollara satılır

Azərbaycan nefti 96 dollara satılır

28 İyul 2026 / 11:08
1
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” – qanun nə deyir?

Pulsuz çimərlikdə “yemək-içmək qadağası” – qanun nə deyir?

28 İyul 2026 / 10:45
1

XƏBƏR LENTİ

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Azərbaycan nefti 96 dollara satılır

Pulsuz çimərlikdə “yemək-içmək qadağası” – qanun nə deyir?

Çindən gətirilən 2 tonluq məhsul məhv edildi

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu bəlli oldu

Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma…

İran Azərbaycandan bu məshsulun alışını artırıb

Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

“Real”ın ulduz futbolçusu özünü tanınmaz hala saldı

Azərbaycanda qoyunların sayı AZALIR

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Ətin qiyməti niyə od tutub yanır?

Xəzər konsorsiumu neft nəqlini dayandırdı

Bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Qarabağ atlarının sayı açıqlandı – RƏSMİ

47 kişi zorakılığa məruz qalıb – RƏSMİ

Azərbaycanda işsizlərin sayı

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT

Müavinət və təqaüd ALANLARIN NƏZƏRİNƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.