Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

İyun 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

İyunun 12-də  Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax rayon mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Qazax Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, bu gün ölkəmizin Böyük Qayıdışdan – Milli Qurtuluşa – Müasir İnkişafa və Böyük Gələcəyə doğru məsuliyyətli və şərəfli yol keçməsindən 33 illik şərəf tarixindən danışacağıq. Bu, çoxəsrlik milli dövlətçilik tariximizin Heydər Əliyev – İlham Əliyev epoxasının keçdiyi böyük yolun tarixi mərhələləridir. Böyük Qayıdışdan – Müasir İnkişafa qədərki çətin və şərəfli yol Milli Qurtuluşun köklərini, gedişatını və üfüqlərini bütün reallıqları ilə əks etdirir. Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olduğu və inkişafın sarsılmaz təməllərinin qoyulduğu gündür. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması qurtuluş deməkdir. Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir. Məhz belə tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür. Azərbaycan Respublikasında Milli Qurtuluş Günü 1997-ci ilin iyun ayında Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunla təsis edilmişdir. Həmin qərara əsasən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı və ölkədəki siyasi-iqtisadi böhranın qarşısının alındığı 15 iyun tarixi hər il rəsmi bayram kimi qeyd olunur. Artıq 29 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və mürəkkəb sınaqlarla qarşı-qarşıya qalmışdı. Dövlət idarəçiliyi praktiki olaraq yox dərəcəsində idi, ölkədə xaos hökm sürürdü. Siyasi çəkişmələr, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, ordu və hüquq-mühafizə orqanlarının dağınıq vəziyyəti ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarımızın bir hissəsi itirilmişdi. Belə bir ağır və taleyüklü zamanda xalq öz xilaskarını axtarırdı. Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Bu gün fəxrlə deyilir ki, Heydər Əliyevin qoyduğu təməl üzərinə müasir, qüdrətli Azərbaycan qurulub. Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam şəkildə təmin edildi. Artıq bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da öz sözünü deyən, təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Ölkəmiz dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, M.P.Vaqifin və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxış edənlər bildiriblər ki, 1990-cı illərinin əvvəllərində xalqımız müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda Azərbaycan xalqı ölkəni bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevi təkidlə yenidən siyasi rəhbərliyə dəvət etdi. Ulu Öndər Heydər Əliyev qurtuluş missiyası ilə xalqımızı, ölkəmizi sürükləndiyi bəlalardan, məhv olmaq təhlükəsindən qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-i Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla dövlətçiliyimizin xilası günü kimi tarixə yazıldı və ölkəmizin iqtisadi, siyasi, hərbi inkişafı məhz bu tarixdən başladı. 15 iyun sadəcə ölkəni xaotik bir vəziyyətdən və parçalanma bəlasından çıxarmadı, həm də dövlətin gələcək uğurlu inkişaf modelini, iqtisadi və siyasi suverenliyinin sarsılmaz strateji xəttini formalaşdırdı. Milli Qurtuluşdan sonra formalaşan inkişaf yolu xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və azərbaycançılıq ideyasının möhkəmlənməsinin əsasını təşkil etdi. Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan nəhəng quruculuq işləri, müasir infrastruktur layihələri, beynəlxalq hava limanları və Böyük Qayıdış prosesi məhz 1993-cü ildə qoyulmuş qurtuluş təməlinin, Heydər Əliyev strategiyasının parlaq nəticəsidir.

Sonda Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı, Canalı kənd Diyarşünaslıq klubunun müdiri Reyhan Omarova Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Günay Məmmədova və saz sinfinin şagirdi Məhəmməd Əlivəliyev, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin saz sinfinin şagirdləri, Uşaq kitabxanasının oxucularından Yusif Budaqov, Əminə Budaqova, Banu Səmədli Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndiriblər.

Əvvəlki Yazı

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

EKSKLUZİV

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
1
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
1
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 2026 / 11:42
21
“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

10 İyun 2026 / 18:30
9

XƏBƏR LENTİ

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.